6 Ən Həyacanlı GoPro Videolarını İzlə

Bizim maraqlı GoPro videolarımızın ən yaxşı seçmələri
Jokke Sommer takes a selfie while hanging out of a helicopter way above Hawaii
Hangin' out of a heli © Jokke Sommer
By Corinna Halloran

Hündürlükdən qorxursan ya üzə bilmirsən? Bəlkə sənin qayığın yoxdur? Narahat olma, sadəcə bizim ötənilki ən maraqlı GoPro videolarımıza bax. Bu kameralar demək olar ki, hər yerə gedə bilirlər. David Lama, Rafa Ortiz və digərləri bunu bir daha sübut etdilər. Yüksək keyfiyyətdə və 4K keyfiyyətində videolar çəkə bilən GoPro öz masanızın arxasında oturarkən havada uçmağın və suyun dərinliklərinə enməyin hisslərini sizə aydın olaraq yaşadır.

Rafa, bu sənsən? Mağaradakı qayıq

Sən hara getdin? Rafa Ortiz səni Qrutas de Kakahuamilpa Milli Parkındakı mağara sisteminin dərinliklərinə aparır.


Onlar kamera ilə nə dərəcədə professional getdilər? 5. Ortizin daxil olduğu ən böyük axın olmasa da, burada qaranlıq çökdükdə görüntülər tamam başqa məna kəsb edirdi.

Bir nəfəsə dərinliyə dal və bir GoPro

Sən hara getdin? Nemo hovuzunun 34,5 metr dərinliyinə


Onlar kamera ilə nə dərəcədə professional getdilər? 7. Öz ağciyərini portağal həcminə qədər kiçiltməyi, ürək döyüntülərinin sayını dəqiqədə 37 döyüntü səviyyəsinə azaltmağı, bunlarla bərabər idmançı formasında qalmağı və eyni zamanda GoPro-da başla düyməsinə basmağı bacaran adam tərifə layiq insandır.

Özünü yüksəkdən də yüksəkdə hiss etmək

Sən hara getdin? David Lama səni Nepal və Tibetin sərhədində Everestin zirvəsinə aparır.


Onlar kamera ilə nə dərəcədə professional getdilər? 10. Lama burada yeni bir dağı fəth etməklə yanaşı, onun bu videosu həm də hündürlüyə çox da həvəsi olmayan insanları oturacağından tullanaraq “Heç vaxt!” qışqırmağa vadar edir.

Özünü axan çay kimi hiss etmək

Sən hara getdin? Papua Yeni Qvineya sahillərindəki Yeni Britaniya adasına.


Onlar kamera ilə nə dərəcədə professional getdilər? Sən o gəncin “möhkəm avar çək” deyə qışqırmasını eşitdin? Bəli, çünki onun həyatı birbaşa olaraq bundan asılı idi.

Çevik və aldadıcı hərkətlər, uçuşlar və bir GoPro

Sən hara getdin? Tim Alongi səni bu burulğanlı GoPro videosunda Mont Blank dağının üzərinə qaldırır.


Onlar kamera ilə nə dərəcədə professional getdilər? 8,7. Yuxarıdan aşağı kifayət qədər professional çəkiliş idi.

Qar uçqununu ötüb keçərkən.

Sən hara getdin? Valentin Delluk səni Agil du Midinin şimal tərəfinə götürür.


Onlar kamera ilə nə dərəcədə professional getdilər?
15. O sadəcə olaraq qar uçqununu ötüb keçdi. Mikrofon yerə düşdü.

Dəniz xəstəliyinə meylliliyin var? Bu 70 saniyəlik videoya baxmaqla özünü bir qədər narahat hiss edə bilərsən. Yaxud bucaq altında uçmaq istəyirsən? Bu həddindən artıq heyranedicidir.

read more about
Next Story