Yeni Səyahətlər Etməyi Arzulayırsan? Videonu İzlə

Bu videonu izləməklə müasir dövrdə yeni səyahətlər etməyin nə olduğunu gör.
By Corinna Halloran

Fərqi yoxdur, vulkana dırmaşmaq olsun və ya dünyadakı ən güclü dalğaların üzərində külək sörfinqi olsun, indiki səyahətçilər (kəşfiyyatçılar) bütün sərhədləri aşırlar.


Yeni yerlər kəşfetmə (xüsusilə bu mövsümdəki “Səyahətçilər Red Bull TV-də”) insanın qəlbinin görmək, səyahət etmək və yeni ərazilərdə həyəcan keçirmək istəyini yerinə yetirməkdir. Bu, yaşadığımız kiçik dünyada tanımadığımız yerləri görmək və onlarla üz-üzə gəlməkdir. Bu gün yeni yerlər kəşf etmək hansısa yeni ada və ya ölkəni tapmaq yox, səyahəti yeni səviyyəyə qaldırmaqdır.

Təchizat tərəfindən bu çox da asan bir iş deyil. Səyahətçilər Mövsümü 4-də iştirak edən bütün səyahətçilər görürdülər ki, işlər heç də həmişə plana uyğun getmir. Beləliklə, səyahət özü sənin ona nə dərəcədə uyğunlaşa biləcəyinə bağlıdır.


Bəzi hallarda, məsələn İtmiş Ada Onekotan seriyasında üç xizəkçinin səyahəti zamanı hava şəraiti səyahətçilərin ləngiməsinə səbəb olurdu. Amazon missiyasında düzgün işləməyən avadanlıq onları ləngidirdi. Sitadel seriyasında isə dağa dırmaşmaq istəyənləri dağın özü sözün əsl mənasında dayandırırdı. Beləliklə, bütün əhvalat səyahətdən çox səyahət zamanı çətinliklərin öhdəsindən gəlməkdən ibarət olurdu.


Bu gün, kəşf etmə daha çox “mən ora gedə bilərəmmi?”, “mən həmin səviyyəyə çata bilərəmmi?” və “məni dayandıran nədir?” suallarını öz-özünə verməkdir. Ona görə də, bütün dünyanın artıq kəşf edildiyi 2016-cı ildə kəşf etmə yeni yerlər tapmaq yox, daha çox özünü ağlagəlməz və yad yerlərə aparmaqdır.

Cəsarətli səyahətlərin hamısına Red Bull TV-nin seriyalarında burada bax.

read more about
Next Story