Növbəti 70 Saniyə Ərzində Dəniz Xəstəsi olacaqsan

Okean dalğalarında özündə halsızlıq hiss etməyə hazır ol
By Corinna Halloran

Məlumat üçün deyim ki, hətta ən təcrübəli dənizçilər belə dəniz xəstəliyini hiss edirlər.

Belə bir ssenari təsəvvür et. Sən qurudan minlərlə kilometr aralıda Volvo Okean Yarışında saatda 30 dəniz mili sürətilə üzürsən. Nəhəng dalğalar gəminin burnuna çırpılır və hər bir şey çox güclü silkələnir. Sən göyərtədə uzun keçən dörd saat keçirmisən və indi də dörd saat dincəlmək istəyirsən. Ağla ilk gələn fikir yeməkdir.

Sən sonuncu dondurulmuş yeməyini axtarıb tapırsan (onun üzərində toyuq əti və makaron olduğu yazılıb, lakin toyuq əti daha çox doğranmış süngərə bənzəyir) və oturub onu yeməyə başlayırsan. Əsl əyləncə indi başlayır. Qayığın içərisində olarkən sən sanki paltaryuyan maşının içərisindəki kimi silkələnərək fırlanırsan və toyuqdan yedikcə özündə istilik hiss edirsən.

Sənin mədəndə hər şey fırlanmağa başlayır və tərləməyə başlayırsan. Özün-özünə bunları deyirsən “xəstələnmə, xəstələnmə, xəstələnmə”. Dərindən nəfəs alırsan, bunu dəfələrlə təkrarlayırsan, lakin hər dəfə qayıq bir dalğanın üzərindən düşüb digərinin üstünə qalxanda sən mədəndəki yeməyi orada saxlamaq üçün əziyyət çəkməli olursan.

Sən qarşısıalınmaz bir şeyi ləngitməyə çalışırsan, lakin sənin ağzın qurudur və süngər kimi olan toyuğun xeyri olmur. Kaş ki, fırlanan attraksion karuseli kimi dayanardın. Nəhayət, həddən artıq yedikdən və növbəti dalğadan sonra sən nahar yeməyini qaytarırsan. Xöşbəxtlikdən, sən başını vaxtında kabinadan çölə çıxarırsan və növbəti gələn dalğa onları yuyub aparır.

Team Alvimedica fight through seasick-inducing heavy seas during the Volvo Ocean Race
Team Alvimedica braces themselves for waves © Amory Ross/Team Alvimedica/Volvo Ocean Race

Nəm, soyuq və paltaryuyan maşını xatırladan bir şəraitdə yaşamaq insan üçün xoş deyil, bu çox əzablı, çətin və əziyyətlidir. Lakin, günlərlə (həftələrlə) davam edən dəniz xəstəliyi və güclü dalğalara baxmayaraq, okean yarışlarının gözəl anları da olur. Bu gözəl və unudulmaz əyləncəli anlarda sən sanki sənin komanda üzvlərinin dünyadakı yeganə insanlar olduğunu hiss edirsən. Həmin anlarda sən korvet gəmilərindən daha sürətlə üzürsən, ətrafında isə albatroslar uçur və delfinlər üzürlər. Bu anlarda sən dəniz xəstəliyinə aid olan bütün anları unudursan.

Belə macəralı anlar səni bura qayıtmağa məcbur edir. Hər necə olsa da, dəniz xəstəliyi müvəqqətidir, lakin sənin Volvo Okean Yarışında doqquz ay müddətində dünya boyunca əldə etdiyin unikal mənzərələr yaddaşlarda unudulmaz qalır.

Əgər sən bu doqquz aylıq cəsarətli macəraya hazırsansa, əgər düşünürsən ki, sən dəniz xəstəliyinin, yeməyin və tam olaraq gücdən düşməyin öhdəsindən gələ bilərsənsə, əgər sən komanda əhvalatı və həyatındakı dəyişiklik haqqında danışmaq istəyirsənsə, o zaman dünyadakı ən çətin işə nəzər sal.

The Dongfeng Race Team sail towards the sunrise in rough seas during the Volvo Ocean Races
Dongfeng Race Team heads into the sunrise © Sam Greenfields/Dongfeng Race Team/Volvo Ocean Race

Volvo Okean Yarışından daha çox möhtəşəm görüntülərə baxmaq istəyirsən? Təbiətin şou göstərməsinə və ya okeanın sanki səhra kimi olmasına burada bax.

read more about
Next Story