Niaqara Şəlaləsindən Aşağı Enmək İstəyən Kayakçı

Rafa Ortizin bir arzusu var və bu Niaqara Şəlaləsində kayakla üzməkdir. Yeni filmin treylerinə bax.
By Josh Sampiero

Saniyədə 567.811 litr su. 51 metr hündürlük. Ölkələrarası sərhəd. Niaqara şəlaləsinin dünyada ən məşhur şəlalələrdən biri olmasının səbəbləri var.

Bu səbəbdən Rafa Ortiz onun üzərində üzmək istəyir. Həmin arzusunu yerinə yetirmək üçün Niaqaraya gəlir. Mexiko şəhərində böyümüş, hal-hazırda isə dünyanın ən tanınmış kayakçılarından biri olan bu gənc demək olar ki, qeyri-mümkün olan bir şeyi etmək qərarına gəldi. Yuxarıdakı treyleri izlə.

 

Meksikada təlim

Rafa Ortiz takes a big drop over a waterfall
That's how you take centre stage © Marcos Ferro

O, Meksikanın Çiapas ştatında yerləşən Santo Dominqo çayı və Vaşinqton ştatındakı 60 metr hündürlüyə malik Palus şəlaləsi kimi yerlərdə təlim keçdi. “Santo Dominqo çayının bu hissəsi dünyadakı kəskin axına malik çaylar arasında ən dik olan hissədir,” Ortiz Santo Dominqo çayı haqqında belə deyir. “indiyə kimi heç bir kayakçı bu çayda tam olaraq eniş həyata keçirməyib. Biz hamıdan birinci olmaq istəyirik.”

Rafa Ortiz - running any waterfall requires foresight and planning
Contemplating a drop… © Marcos Ferro

Bunun kiçik bir video olmadığını deməyə ehtiyac yoxdur, ona görə ki, səfərin özü də qısa olmayıb. Bir saatlıq sənədli film Ortiz və onun dostları sınaqda olarkən çəkilib. Bu filmdə onlar Niaqara naminə öz həyatlarını, bədən üzvlərini və sərbəstliklərini təhlükəyə atmağın düzgün addım olub-olmadığını sual edirlər.

Bütün filmi görmək istəyirsən? Aşağıdakı buraxılış tarixlərini yoxla.

ABŞ/Kanada: Məhdud Kinoteatr Buraxılışı, iyulun ortalarında.
Almaniya, Avstriya, İsveçrə: 25 avqust.
Polşa: Sentyabr.
Dünya üzrə ev şəraitində baxmaq üçün buraxılış (kinoteatr buraxılışı olan ölkələr xaric): 1 iyul.

read more about
Next Story