130 km/s Sürətlə Gedən Skeytbordu Dayandırmaq

Skeytbordla dünya sürət rekordunu vurduqdan sonra necə dayanmaq lazım olduğu barədə heç düşünmüsən?
By Corinna Halloran

Skeytbordla yol enişi ilə aşağıya doğru sürətlə enərkən dayanmaq əyləcə basmaq kimi sadə iş deyil. Onsuz da texniki olaraq orada heç əyləc sistemi də yoxdur.

Beləliklə, sən əlində olan variantdan istifadə etməlisən, yəni öz bədənindən. Xeyr, bu o demək deyil ki, sürətlə gedərkən skeytborddan tullanmaq və ya üzü üstə səkiyə atılmaq lazımdı.

Belə halda ayaq barmaqlarından sinəyə qədər hər bir şey maksimum dərəcədə idarə olunmalıdır. Döngə zamanı əyilərkən (əgər sən dünya rekordunu vurmağa cəhd göstərmirsənsə) əl şaybalarından istifadə olunması tarazlıq yaratmaq üçün düzgün vasitədir.

“Sən əllərini yerə toxundurmaqla təkərlərə düşən təzyiqi azaltmış olursan, həmçinin tarazlıq yaradırsan,” Erik Lundberq belə deyir. “Əllərindəki şaybalardan istifadə etmək dayanmaq üçün ən effektiv üsuldur.”

Sürüşərək dayananda sən çox kəskin dərəcə altında dönüş həyata keçirirsən və sürətlə dayanırsan. Əgər sən Lundberqin dünya rekordunu qırdığı sürət kimi maksimum sürət yığmısansa, o zaman şaybalardan istifadə etməməlisən.

Sən həmçinin yol enişi ilə sürətlə enərkən öz bədənindən istifadə etməklə sürətini azalda və dayana bilərsən. Bu hava əyləci adlanır və sən öz bədənini əyilmiş şəkildə uzadırsan. Əvvəlcə sən əllərini açırsan, sonra qalxaraq sinəni qaldırırsan.

Əgər sən saatda 130 km sürətdən sıfıra qədər bir neçə saniyə ərzində yavaşımaq istəyirsənsə, bunun üçün əvvəlcə hava əyləcindən istifadə etməklə sürətini saatda 100 km-ə endirib daha sonra sürüşərək dayanırsan. Bu proses 5 saniyədən 7 saniyəyə qədər davam edə bilər.

Erik Lundberq

 

Nəhayət, əgər sən hava əyləci ilə birlikdə daha sürətlə yavaşımaq istəyirsənsə, onda öz geyimini açaraq insan paraşütü effektini yaratmalısan. Lakin Lundberq deyir ki, “bu yarış üçün ideal seçim deyil, belə olduqda sən yıxıla və zədə ala bilərsən.”

Ən sonda, ayaq əyləci növü də var. “Ayaq əyləci yavaşımağın ən fundamental yoludur və yarış zamanı yavaşımaq üçün əlverişli üsuldur,” Lindberq deyir.

Ayaq əyləci üçün bir neçə üsul var. Lakin ən vacib olanı yüksək sürətlə gedərkən ayağını skeytdən kənara qoyduqda öz tarazlığını qorumaqdır. Bəli, bunun üçün xüsusi ayaq geyimi geyinməlisən, Erik ayaqqabısının altına əlavə 4 mm qalınlığında altlıq yapışdırır.

Digər dünya rekordlarına baxmaq istəyirsən? Laso Şallerin 58,8 metr hündürlükdən qayadan tullanmaq üzrə dünya rekordunu 1 kilometrlik tros üzərində yerimə rekordunu izlə.

read more about
Next Story