Urbeksin həyəcanverici treylerini izlə

Qan təzyiqi dərmanını özünlə götür, çünki sənin adrenalinin Urbekslə birlikdə göyə qalxacaq.
By Corinna Halloran

Afişası avqustun birində olacaq Urbeks seriyalarını yeni Red Bull TV sənədli seriyalarında izləyərkən heyrətdən açıq qalmış çənəni bağlamağa hazır ol.

Şəhər kəşfi (və ya Urbeks) müasir tədqiqatçı olmağın nə demək olduğunu bildirir, belə ki, “urbeksçilər” ən çılğın yerlərdə təhlükəsizlik heyətinin gözündən yayınaraq dünyanın ən hündür binalarına dırmaşırlar. Onlar bütün bunları öz həyatlarını zənginləşdirmək üçün edirlər.

Bu sənin öz qorxunla savaşmaqdan ibarətdir. Mən daim özümü irəli çəkməyə çalışıram və nə qədər uzağa gedə biləcəyimi görmək istəyirəm.

Parkor professionalı və urbeksçi, Abudi Alsaqoff

 

Beynəlxalq kəşfiyyatçıların gördükləri və danışdıqları əsasında qurulan Urbeks bütün göstərişləri sənin ovcunun içinə gətirir. Hekayələr hamısı canlıdır, səslər həqiqidir və bütün başgicəlləndirmə realdır.

Baxmayaraq ki, çoxları bu şəhər kəşfiyyatçılarını ölüm arzusu ilə yaşayan və mənasız yerə qanunları pozan çılğınlar olduğunu düşünür, lakin əsl reallıq bunlardan tamamilə uzaqdır.

Reallıq odur ki, urbeksçilər sadəcə olaraq tədqiqatçıdırlar. Biz Marko Polonun ölüm arzusuna malik olduğunu heç deyirik? Xeyr, biz onun öyrənmək arzusunu yüksək dəyərləndiririk və əslində o bizə dünyanı daha yaxşı dərk etməyi öyrətdi.

Dünyanı kəşf etmək sənin edə biləcəyin ən vacib şeydir və burada əsas məqsəd heç kimin gedə bilməyəcəyi yerə sənin getməyin. Mən bilmirəm buna nail olacam ya yox, lakin mən heç vaxt cəhd etməyə son qoymayacam.

Rusiyalı Şəhər tədqiqatçısı Oleq Kriket

Ektremal fəndlər, gözəl şəxsi perspektiv görünüşü və insanın qəlbinə toxunan əhvalatlarla birlikdə Urbeks insanların nəyə görə kəşf etməyə bu qədər meylli olduğunu çatdırmaöa çalışır. Bu meyl sonsuzdur.

Next Story