Sən sanki 100 m. hündürlüyündə binanın üstündəsən

Bu heyrətamiz 360º video ilə birlikdə sənin ürək döyüntülərini həddindən artıq sürətlənəcək
Abudi Alsagoff on the edge of a bridge in Putrajaya, Malaysia
Abudi Alsagoff sits on the edge of a bridge © KEO FILMS/Red Bull Content Pool
By Corinna Halloran

Binanın zirvəsində dayanıb aşağı baxan zaman hansı hisslər keçirə biləcəyin barədə nə vaxtsa düşünmüsən? Şəhərin ən hündür binalarının üzərində özünü tənha hiss edirsən və kiçik maşınlara və insanlara yuxarıdan aşağı baxırsan. İndi isə bu 360º video ilə birlikdə binanın üst qatına istədiyin qədər yaxın dura bilərsən.

Red Bull TV-nin Urbeks seriyalarının bir hissəsi kimi, bu 360º video sənin birbaşa olaraq ucqar yerə gətirir və eyni vaxtda səni bu seriyalardakı üç urbeksçi ilə tanış edir: Abudi Alsaqoff, Oleq KriketBrus Uilson. Nəmli körpü və ya tərk edilmiş bina olmasından asılı olmayaraq, urbeksçilərin yanında ol və onların ölümlə üz-üzə qalmaqla necə müxtəlif fəndlər yerinə yetirməsini öyrən.

Red Bull TV-nin Urbeks seriyaları şəhər sərgüzəştçüləri olan kişilərin və qadınları düşüncələrini və həyatını sənə çatdırır. Çoxları deyir ki, bu sərgüzəştçilər ölümü arzulayırlar, lakin reallıqda bunun tam əksidir. Onların bir çoxunun risk altında özlərini rahat hiss etmələrinə baxmayaraq, sərgüzəştçilər sadəcə olaraq öz həyatlarını zənginləşdirməyin və irəli aparmağın yeni yollarını axtarırlar.

İndi 360º-lik videonu izlə

© KEO FILMS/Red Bull Content Pool

Ən yaxşı görüntü üçün videonu aç, Virtual Reallıq aparatını və Android və iOS qurğuları üçün ən son Youtube versiyasına sahib mobil telefonu götür. 360º-lik video qulaqcıq avadanlığı ilə də işləyir, kameranı hərəkət elətdir, özünün mobil telefonunun fiziki olaraq sağa və sola hərəkət elətdir və ya avadanlığının toxunma ekranından istifadə edərək kameranı əl ilə hərəkət elətdir.

Son olaraq, əgər sənin yalnız komputerin varsa, 360º-lik videonu izləmək üçün Google Chrome brauzerinin sonuncu versiyasını əldə etməlisən. Kameranı hərəkət elətdirmək üçün mausun üzərinə vurmaq və ya onu hərəkət elətdirmək, video göstəricisinin yuxarı sol tərəfində istiqamət tənzimləyicilərindən istifadə etmək, və ya klaviaturada W, A, S və D düymələrindən istifadə etmək lazımdır.

Bizə inan, sənin ürək döyüntülərinin sayı həddindən artıq yüksələcək.

Daha çox heyrətamiz Urbeks anlarını izləmək istəyirsənsə, səni Moskvanın ən hündür binalarının zirvəsinə aparan Oleq Kriketlə tanış ol.

Yaxud Red Bull TV-nin Urbeks seriyalarına yönlən və bütün maraqlı epizodları izlə.

Next Story