Bizim 10 ən gözəl göstərişli videolarımızı izlə

Biz bilirik ki, sən ən gözəl macəra videolarını çox sevirsən. Gözləməyin axır ki başa çatdı.
By Corinna Halloran

RedBull.com/Adventure səhifəsindəki videolarımızı biz sevirik, biz onları hazırlamağı və onlara tamaşa etməyi sevirik. Biz onları daha çox hazırladıqca sən onları daha çox sevəcəksən. Biz Macəra kanalından bizim 10 ən gözəl göstərişli videolarımızı bir yerə yığdıq.


1.Laso Şallerin çılğın 59 metrlik qaya tullanışı

Hər ehtimala qarşı əgər sənin Laso Şallerə hansısa hörmətin yoxdursa, onu bilməlisən ki, o 59 metr hündürlüyündə olan qayadan tullandıqdan sonra sakitcə oradan yeriyərək aralanıb. Uzun sözün qısası, o çox soyuqqanlıdır və bizim bütün dövrlərin ən yaxşı bir nömrəli videomuz bunu sübüt edir.


24 dəqiqəlik sənədli filmə Red Bull TV-də bax!

2.Stiq Prayds Dinin Mavi Dərinliyinə sərbəst dalır

Sərbəst suya dalmada xüsusi nəsə var. Bəlkə də bu okeanın sakitliyindən və dərinliyindəndir, bəlkə də bu tarixi lap qədimlərə gedib çıxan və bizim hamımızın uşaqlıqda etdiyi “su altında nəfəsini nə qədər çox saxlaya bilərsən” çağırışıdır və hətta bizim hansı yolun yuxarı, hansı yolun isə aşağı aparmasından xəbərimizin olmamasındandır. Yaxud bu insanın heç vaxt bitmədiyi maraq hissidir ki, suyun altında nə olduğunu bilmək istəyir. Hər nə olursa olsun, biz bir şeyi dəqiq bilirik, bu işləyir.

3.Orlando Dyuk Viktoriya Şəlaləsinə qayadan tullanır

İnanılmaz atlet: doğru
30 metrlik qaya tullanışı: doğru
Ölümcül timsahlar: doğru
Qorxunc şəlalə: doğru


RedBull.com/Adventure videosundan başqa nə istəyirsən?

4.Natan Paulin və Denni Mensik tərəfindən 1 km kəndir üzərində yeriməklə dünya rekordu

 

İki gənc Fransanın mərkəzində 1 km uzunluğunda kəndir quraşdıraraq öncəki kəndir üzərində yerimə rekordunu qırdıqda nə baş verir? Onların bunu həqiqətən etdiyinə inana bilməyən dünyanın hər yerindən milyonlarla insanın videonu izləməsi. (səssiz emosiyanı daxil edin)


5.Səhrada kayak sürmək
 

 

Çoxlu sayda izləmə sayı və bir həyat boyu davam edən tullanıb-düşmələr, bu videonun bizim ən sevdiyimiz videolardan biri olmasının öz səbəbi var. Üstəlik, bu ən uyğun olmayan yerdə eyni vaxtda ən uyğun olmayan iki idman yarışıdır.


6.Dünyanın ən böyük (ikiqat) kamakı ilə çılğın hisslər yaşa

Ən yaxşı dostlarınla keçirə biləcəyin ideal bir vaxtı videoya çəksən bu video alınar. Musiqi əladır, məkan möhtəşəmdir və dostluq atmosferi kəndirlərin özləri kimi sıxdır.


7.Səni donmuş kimi hiss etməyə məcbur edən 60 saniyə

Bilirik ki, siz hamınız qış üçün darıxmısız, ona görə bu sizə kiçik bir xatirə olsun. GoPro kameralarını geyinməklə və 50 kq-lıq buzlu ərazilərə dırmaşma alətlərini götürərək, bu iki nəfər “macəra ruhlu dostlar” (bütün bunların təmsilçisi Laso Şaller kimi) İsveçrənin şəlalələrinə və kanyonlarına doğru dırmanaraq bu mənzərəli videonu sənin üçün hazırlayırlar.
(Şhhh... “başla” düyməsini basmazdan qabaq sən isti köynək geyinməlisən)


8.Səni aşağı tullanan kimi hiss etməyə məcbur edən 60 saniyə

Aşağı tullanmaqdan qorxursan, lakin adrenalindəndən həzz alırsan? Problem yoxdur, stolunun qarşısında Red Bull iç və bu videonu izlə, sən həqiqətən 60 saniyə ərzində aşağı tullandığını hiss edəcəksən.


9.Dünyanın ən hündür yaşayış binasının zirvəsində sürüşmə kəndiri

Dünyanın ən hündür yaşayış binasının zirvəsində sürüşmə kəndiri quraşdıranda nə baş verir? Burada ən heyrətamiz olan budur. Ən həyəcanlı göstərişləri sənin qarşına gətirən və dəbilqələrə möhkəm şəkildə quraşdırılmış GoPro kameraları ilə bu iki nəfər həyəcan pedalına basdılar və həyatlarıın ən möhtəşəm göstərişini etdilər.


10.İndoneziyada qaya axtarışı

Gözəl mənzərələrin qarışığı, gözəl yavaş templi video və möhtəşəm fəndləri ilə bu video heç şübhəsiz bizim 10 ən yaxşı macəra videolarımız arasında birinci yeri tutur. Əgər inanmırsansa, bunu reallıqda yoxlaya bilərsən.

Bizim ən yaxşı videolarımızdan daha çox görmək istəyirsən? Bizim son bir neçə ilə aid ən yaxşı GoPro videolarımıza buradan bax.

read more about
Next Story