İnanılmaz şəkillər, inanılmaz yüksəklikərdə

Bu şəhər sərgüzəştçiləri həm də möhtəşəm fotoqrafdırlar və bunun sübutu aşağıdadır.
A woman stands next to a statue above a city
Elaina Hammeken seen in Copenhagen, Denmark © KEO FILMS/Red Bull Content Pool
By Corinna Halloran

Sən fotoşəkil üçün nə qədər yüksəkliyə qalxardın? Sən 100 metrlik körpüyə dırmaşardın yoxsa dünyanın ən hündür binasının zirvəsindən bir əllə tutaraq sallanardın? Moskvadakı hündür kranın zirvəsindən bir əllə yapışaraq sallanmaq bəs necə?

Şəhər sərgüzəştçiləri olan və Red Bull TV-də Urbeksdə yayımlanan oğlanlar və qızlar üçün bu təkcə onları daha yüksəklərə aparan adrenalin deyil, bu həm də onlar üçün fotoqrafiya yaradıcılığı deməkdir. Hər necə olsa da, onlar şəhəri yüksəklikdən aşağı doğru baxışdan tutmuş zaman axarlı gecə şəkillərinə kimi ən unikal baxışdan izləyə bilirlər.

“Mənim həyatdakı məqsədim unikal məkanlardan fotolar çəkməkdir.”

Brays Uilson

 

Fotoqrafiya sərgüzəştlərinin bir çoxunda olduğu kimi, urbeksçilər arasında da fotoqrafiya mübarizəsi var. “Bu sanki hər hansı məkanda hamıdan əvvəl şəkil çəkməyə dair bir yarışdır,” Eleyn Hammeken deyir. “Əgər kimsə bunu səndən əvvəl İnstaqrama qoyursa, sən özünü məğlub edilmiş kimi hiss edirsən.”

Urbeksçilər fiziki olaraq maksimum dərəcədə mümkün olanı edirlər, onların şəkillərində bunun yansıması təəccüblü deyil, fərqi yoxdur bu heyrətamiz dərəcə görüntüsüdür, zaman axarlı gecə fotoqrafiyasıdır və ya möhtəşəm fəndlərin gözəl şəkilləridir. Sosial mediadakı tanınmadan əlavə, urbeksçilər həm də şəkillərə öz hekayətlərini təsvir etmək üsulu kimi də yanaşırlar.

“Biz təkcə şəkil çəkir və öz izimizi buraxırıq,” Maks Ross deyir. “Biz ancaq bunu edirik. Biz heç bir əmlaka ziyan vurmuruq. Biz heç buna ən azından cəhd belə etmirik. Bu bizim məqsədimiz deyil. Biz sadəcə möhtəşəm şəkillər və möhtəşəm təcrübə ilə geri qayıtmaq istəyirik.”

Lakin burada şəhər sərgüzəştinə dair əsas bir dilemma var. Şəhər sərgüzəşti icması arasında bir çoxları onların şəkillərinin və videolarının xeyirdən çox ziyan verdiyini düşünürlər, belə ki, digər sərgüzəştçilər də binaların damına çıxırlar və dünyaya, həmçinin təhlükəsizlik xidməti üzvlərinə özlərini tanıdırlar. Hər dəfə möhtəşəm şəkillər və qeydlər yarandıqca, təhlükəsizlik tədbirləri daha da gücləndirilir, bu isə Urbeks icmasını və cəmiyyəti daha da “qəzəbləndirir”.

“Mən şəhər sərgüzəştini necə tanıtdırmağımı dəyərləndirməyən insanlardan özümə qarşı çoxlu nifrət görmüşəm,” Brays deyir.

Beləliklə, Urbeks təşkilatına daha çox möhtəşəm şəkillər göndərildikcə, digər bütün tərəflərdən də daha çox təzyiq formalaşmaqdadır. Lakin, bu təzyiq də ola bilsin Urbeksçilərə bizi daha çox heyrətləndirməyə kömək edir.

A group of police on a building
Police on top of a building © KEO FILMS/Red Bull Content Pool

Bu təzyiq haqqında daha çox öyrənmək üçün Red Bull TV-nin orijinal seriyalarını burada izlə, onlar hamısı onlayndır və elə indi sən onlara baxa bilərsən.

Next Story