Köpəkbalıqları da romantik ola bilirlər

İti dişlər? Problem deyil! Bu iki sərbəst dalğıcların köpəkbalıqları ilə dost olmaqlarını izlə
By Corinna Halloran

Bəlkə də qorxunc çənələri sanki onun qurbanları ilə oynaşır, məhz bu mavi köpəkbalıqları belə edirlər. Bu mütləq milyard dollarlıq döyüş filminə çevrilə bilərdi. Lakin, daha sonra düşündükdə, çənələr utanmaz şəkildə öpüşmək üçün deyillər.

Lakin heç də bütün köpəkbalıqları bu 7 metrlik insan parçalaya bilən köpəkbalığı kimi qəddar deyil. Məhz bunu göstərmək üçün rejissor Daan Verhoeven və dalğıc Besi Rayan Kornvall sahilində mavi köpəkbalıqları ilə suya dalıblar. Kornvall Böyük Britaniyanın cənub-qərb yarımadasıdır və dünyada mavi köpəkbalıqları ilə qəfəsdənkənar üzmək üçün olan yerlərdən biridir, lakin bu zaman sən yanağından kiçik dişlək də ala bilərsən.

“Mən köpəkbalıqlarının təhlükəli kimi təsvir olunması stereotipinə qarşı çıxmağa çalışdım,” Verhoeven deyir. “Mən onların gözəlliyini və onların mühitində onlarla birlikdə üzməyin mümkün olduğunu göstərməyə çalışdım.”

A blue shark swimming
A blue shark goes in for a kiss © Daan Verhoeven
A diver swims with a shark
A freediver dives down to a blue shark © Daan Verhoeven

Mavi köpəkbalıqları soyuq sudan və kalmardan zövq alırlar, lakin insanlardan yox. Əslində, Verhoevenin gözəl, sakitləşdirici videosundan göründüyü kimi onlar yırtıcı köpəkbalıqları kimi deyillər, heç onlara yaxın da dura bilməzlər. 124 dəqiqə ərzində beş insanı və bir iti parçalayan yırtıcı köpəkbalığından fərqli olaraq, mavi köpəkbalıqları 433 il ərzində cəmi dörd insanı parçalayıblar. Buna baxmayaraq, yırtıcı köpəkbalıqlarının ac və zəhmli davranışları çox böyük təsirə malikdir, Verhoeven isə bu təsiri təyişməyə çalışır.

“Köpəkbalıqları dünyaboyunca təhlükə altındadırlar, onları üzgəclərinə görə aktiv şəkildə tutur və ovlayırlar,” Verhoeven deyir. “Fikrimcə, buna ictimaiyyətin çox reaksiya verməməsinin səbəbi insanların köpəkbalıqlarını qorxunc bir yırtıcı kimi görmələridir. Belə yanaşma doğru deyil və mən onu dəyişməyə kömək etmək istəyirəm.”

A blue shark swimming
A blue shark swims off the coast of Cornwall © Daan Verhoeven
A shark and a diver on the water's surface
A freediver and a blue shark on the surface © Daan Verhoeven

Mavi köpəkbalıqları insanların barmağı (və ya boynu) üçün ova çıxmırlar, onlarla birlikdə üzməyin qorxulu cəhəti də var, hər necə olsa da onlar vəhşi heyvanlardır və sən onların ərazisindəsən.

“Onlarla birlikdə suya dalarkən biz əsasən suyun üzərində qalaraq köpəkbalıqlarının bizə tərəf gəlmələrinə izin veririk. Biz onlarla birlikdə suya dalmağa cəhd edərkən bəzən onlar bir az qəzəbli olurlar. Lakin biz onlarla birlikdə bir neçə metr dərinlikdə üzə bildik, bu çox qorxulu həm də zövqverici idi.”

Hmmm, burada biz Verhoevenin sözlərinə etibar etməliyik, lakin mavi köpəkbalıqları ilə qorxulu perspektiv fotoları yenə də çox möhtəşəmdir.

Verhoeven sərbəst dalma fotoşəkilinə yad adam deyil, fərqi yoxdur bu qum şəaləsinin sənədli filminə aid olsun və ya Stiq Praydsın Dinin Mavi Dərinliyinə dalması olsun, sən yenə də bu rejissordan gözlərini heyrətləndirə biləcək görüntülər gözləyə bilərsən.

Next Story