Başını qaldır və bu valehedici gecə uçuşu izlə

By Tarquin Cooper

Gecə zamanı uçuşa çıxmaq uçuş incəsənətinə yeni mənzərə verir, fərq eləmir bu uçuş kostyumu yaxud paraşüt ilə, ay işığı altında yaxud Qütb parıltısı altında həyata keçirilir. Aşağıda biz sizə meteor yağışına oxşar olan şəkil daxil olmaqla ən yaxşı gecə uçuşu şəkillərinin sərgisini təqdim edirik.

Ay işığında uçuş kostyumu uçuşu

Bu layihə üçün Vins Reffet və Fred Fugen ay işığı altında gecə uçuş kostyumunu götürdülər. Bu onların ilk dəfə gecə zamanı etdikləri BASE tullanışı idi.

Lakin ən maraqlı hissəsi heç də bu deyil, ən maraqlı hissəsi onların kostyumundan quraşdırılmış və xüsusi hazırlanmış işıqlar idi. Bu işıqları onların tullanışına qeyri-adi effekt verirdi.

LED-lərlə səmada dalmaq

Red Bull Skydive Komandasına uçuş kostyumları üçün LED-lər, təyyarə, havada rəqs etmək üçün musiqi ritmi verdikdə nə baş verir? Məhz bu baş verir. Fikrimizcə siz də bununla razılaşarsız, bu çox unikaldır.

Qütb Parıltısı boyunca planer uçuşu

Qütb Parıltısı özü-özlüyündə çox unikal bir görüntüdür. Bəs onu səmadan izlədikdə necə? Horakio Lorens də məhz bunu düşünür. Onun planı nədir? Paramotoru (motorlu planer) işə salmaq və onu yoxlamaq. Mənfi 15 dərəcə selsi temperaturda hava elə soyuq olur ki, o qızdırıcı əlcəklər geyinmişdi və su hövzəsinə düşməsi ehtimalına qarşı sukeçirməz kostyum geyinmişdi.

Bu səma dalğıclarının meteor yağışı boyunca uçuşunu izlə

Perseids La Palma adasından görünən dolğun bir meteor yağışıdır. Ona görə də bu uçuş kostyumundakı dalğıclar 1800 metr hündürlükdən tullanmaqla bu meteor yağışına qoşulmağı qərara aldılar. Videonu izlə və bizim nə dediyimizi anlayacaqsan.

Meteor yağışı ilə səhv salmaq

Red Bull Air Force səma dalğıcları Çikaqo üzərindən gecə zamanı tullanma yerinə yetirərkən, hər kəs onları meteor yağışı ilə səhv salmışdı.

Onların arxasınca pirotexnika atəşi buraxıldığı üçün səma dalğıcları Con Devor, Mayk Svenson və Şon Makkormak səmadakı alov şarları kimi qələmə verilmişdilər.

Next Story