Tükürpədici sürətli dağ uçuşu videosunu izlə

Dağdan sürətlə aşağı enməyin üçün qara ehtiyac yoxdur. Bu video sənə bunun səbəbini izah edəcək.
By Yann Faucher

Bir şeydən əmin ola bilərsən. Dağdan sürətlə aşağı uçmağın yeganə yolunu bilən bir insan varsa o da fransalı Valentin Dellukdur. Sürətli dağ uçuşu nədir? Bu paraplan ilə hava dalğıclığının qarşığından ibarət olan sürətli aşağı uçuş növüdür. Uçuş kostyumunun qanaqları ənənəvi planer qanadından çox kiçikdir və bu daha yüksək sürət, daha böyük sürətlə aşağı enmə və böyük əyləncəyə səbəb olur.


Əksər atletlər qışda uçmağa meyllidirlər, bu zaman geyinilən bir cüt xizək qarda eniş etməyə və yenidən havaya qalxmağa imkan verir. (Bu fenomen bu idmana verilən digər adı – sürətli xizəksürməni izah edir.) Lakin Fransadakı Alp dağlarından aşağıya doğru edilən bu uçuş ilə Valentin heç bir xizəyə ehtiyac olmadığını göstərir.


“Mən həmişə havaya qalxmağımı küləyə və yamaca əsasən təyin edirəm, yamac maili olmalı və qarşıdan əsən küləyə malik olmalıdır, belə olduqda mən qanadlarımı iki addım içərisində geniş aça bilirəm. Lakin bu dəfə belə alınmadı.”

Valentin özünün keçmiş sürətli uçuş şücaətini nümayiş etdirir, burada o qar uçqunu üzərindən uçuş həyata keçirir.

 

read more about
Next Story