Bu səbəbdən Hannes Ark macəra əfsanəsinə çevrilib

By Tarquin Cooper

Əfsanə sözü həddindən artıq çox işlənilib, lakin özəl helikopter uçuşu qəzasında faciəli şəkildə həlak olmuş Hannes Arkın nümunəsində ona verilən bu ad tamamilə əsaslandırılıb. Akro paraplan pilotu, öncül BASE tullanışı atleti və akrobatik pilot olan Hannes 25 il boyunca havada mövcud olan məhdudiyyətləri aşmaqla məşğul olub. Buna qədər o alpinist və dağ bələdçisi olmaqla ilk yüksəlişini Alyaskada həyata keçirib.


Aşağıda ona həsr olunmuş videonu izləməklə onun nəyə görə əfsanə hesab edildiyini anlayacaqsan. Səhifənin aşağısına keçməklə onun ən heyrətamiz göstərişlərini görə bilərsən.

İsti hava şarı üzərinə paraplanla enmək

Hannes Arch lands his paraglider successfully on a hot air balloon in 2002.
Landing on top of a balloon © Bernhard Spöttel/Red Bull Content Pool

2000-ci ildə Hannes dünyada isti hava şarı üzərinə paraplanla endikdən sonra yenidən uçuşa davam edən ilk paraplan pilotu oldu. Yalnız onun kimi birisi belə bir şey etməyi ağlından keçirə bilərdi. Başqa bir cəsarətli göstərişində avstriyalı hava şarı üzərindən skeybordla sürüşərək aşağı tullanır və havada olarkən paraşütünü açır. Texniki olaraq bu BASE tullanışı anlayışını yenidən formalaşdırdı, belə ki, hava şarı ənənəvi BASE tullanışı obyektləri olan bina, antenna, körpü tağı yaxud hündür bir yer kimi sinifləndirilmir. Hər necə olsa da, onun bu konsepti əsl çılğınlıq idi, lakin o bunu professional şəkildə həyata keçirdi.

Eyger və Matterhorndan BASE tullanışı

2000-ci ildə Ueli Gegenşatz ilə birlikdə Hannes məşhur Eiger dağının Şimal Üzündən BASE tullanışı edən ilk insan oldu və bu nailiyyətini üç il sonra Matterhornda da təkrarladı. Həmin vaxtlar təhlükəsiz uçuşa təminat verən (atletlər sıldırım qayadan tullanırdılar) aerodinamik uçuş kostyumları hələ icad olunmamışdı. Matterhorn tullanışında Hannes və Uelinin paraşütlərini açmaq üçün cəmi iki saniyə vaxtları var idi.

Akro paraplan pilotu

Hannes Arch paragliding in 1997 on the Dachstein mountain in Austria
Hannes Arch paragliding in Austria © Ulrich Grill/Red Bull Content Pool

Hannes Ark gənc yaşlarından uçmağa başlayıb. O ilk paraplan uçuşunu 15 yaşında olarkən həyata keçirib. 1990-cı illərdə paraplanerçilik idman növü kimi formalaşmağa başlayan zaman o Red Bull Akro Komandasının əsasını qoydu və paraplan aerobatika pilotu çempionu tituluna yiyələndi. Bu şəkil onun Avstriyada öz sevimli məşğuliyyəti ilə məşğul olması zamanı çəkilib.

“Dünyanın ən çətin macəra yarşının” əsasının qoyulması

Paul Guschlbauer flies past the Matterhorn during the 2015 Red Bull X-Alps
Hannes Arch founded the Red Bull X-Alps © Sebastian Marko/Red Bull Content Pool

O 2003-cü ildə Red Bull X-Alps yarşının əsasını qoydu və sonrada bu yarışın ideya rəhbəri oldu. O bu ideyaya Almaniya televiziyasında Toni Benderin Alp dağları üzərində paraplanla uçmasını əks etdirən sənədli filmi izlədikdən sonra gəldi. “Bu yüzlərlə qaydalara və normativlərə yox, insanın bədəninə və ruhuna bağlı bir şeydir” o belə demişdi. Belə sərbəst ruh halı Hannesin xüsusiyyəti idi.

Red Bull Air Race çempionu

Hannes dünyanın ən yaxşı aerobatik plotlarından biri idi. 2007-ci ildə Red Bull Air Race Dünya Çempionatındakı ilk yarışında o, dünya çempionluğunu qazandı. O, 2015-ci il mövsümünə kimi əvvəlki dörd ilin hər birində birinci yaxud ikinci yeri tuturdu və bu yarışlarda iştirak edən ən çox uğur qazanan pilotlardan biri hesab olunurdu.

O sadəcə olaraq təyyarələrdə uçmurdu, o həmçinin helikopterlərdə də uçurdu. Bu ilin əvvəlində özül bir təşəbbüs olaraq o Nepal ucqar dağ yerlərinə təchizat daşımaqla xeyriyyə işlərinə dəstək verirdi. Belə bir təchizat uçuşlarının birindi, bu dəfə doğma Avstriyada onun helikopterinin qəzaya uğraması nəticəsində o həyatanı itirdi, beləliklə dünya nəinki məşhur bir əfsanəni, həm də yaxşı insanlarından birini itirdi.

Hannes Arch flies into the sunset in his Red Bull Air Race plane
Hannes Arch flies into the sunset © Marcos Ferro/Red Bull Content Pool
read more about
Next Story