Bu gənclərə baxmaqla sən uçmağa can atacaqsan

Bu dəstə hansısa sərgüzəştdən qayıdan zaman onların həmişə danışmağa maraqlı əhvalatları olur.
By Tarquin Cooper

Axtarış komandası uçuş keçirmək üçün dünyada ən əlçatmaz və valehedici yerləri axtarır. Heç bir səfər eyni olmur, hər birinin öz özünəməxsusluğu və çətinliyi olur. Lakin onlar həmişə maraqlı əhvalatlarla və ondan da maraqlı video və şəkillərlə qayıdırlar.

Onlar yaxınlarda Maqadaskara olan səyahəti ən sonuncu olub. Yuxarıdakı videonu izlə və bizim nəyi nəzərdə tutduğumuzu başa düşəcəksən.

Dağlara qalxmaq həqiqətən çox çətindir, orada cəmi bir yol var.

Hədəf çox sadə idi. Komandanı bir yerə yığaraq Afrikanın şərqindəki uzaq Maqsadaskar adasına missiyaya yollanmaq.

“Mənim evimdə olan dünya xəritəsinə göz gəzdirdim,” missiyanın rəhbəri Tom de Dorlodot deyir. “Çoxdandı mən Maqadaskara baxaraq düşünürdüm ki, orada nəhəng dağ silsilələri, okeandan əsən küləkləri var, deməli ora yüksək potensiala malikdir.”

Uçuş vəd edildiyi kimi oldumu?

“Giriş çox mürəkkəb idi” o deyir, “dağlara qalxmaq həqiqətən çox çətindir, hava çox istidir və şimaldan cənubi doğru gedən yalnız bir yol vardır, yerdə qalanlar bir-birindən aralanan cığırlar idi. 100km yolu 4x4 avtomobili ilə getmək 5 saatdan 7 saata kimi vaxt alır”

Havaya çıxmaqla özünüzü inanılmaz dərəcədə yaxşı hiss edirsən

 

Getting about in the country was hard going for the team. Here they are held up by muddy roads
Covering 100km could take 7 hours. © John Stapels

Komandanın digər üzvləri paraplan pilotları Horasio Lorens, Teo de Blik, Tomun qardaşı Harold və operator və fotoqraflar Benoit Delfosse və Con Stapelsdən ibarət idi. Komanda üzvləri üçün macəra özü uçuş qədər vacib idi. Onlar məyus olmadılar, təkcə uçuşa qalxma yerlərinə gedib çıxmaq özü böyük bir sərgüzəşt idi.

hiking through a jungle
The team hike through jungle to reach a launch. © John Stapels

Gənclər gəzdilər, 4x4 tipli maşında saatlarla səyahət etdilər, adanın bir hissəsində isə yola davam etmək üçün onlar aşağıdakı şəkildə göstərilən, piroq adlanan ənənəvi qayıqvarı qurğudan istifadə etdilər.

Sailing by Pirogue in Madagascar
The adventure was as important as the flying © John Stapels

Onlar adanın bəzi hissələrinə giriş etmək üçün xüsusi icazə almalı idilər. Qəribədir ki, sənədi hazırlayan şəxs həmin sənədir qədim çap maşınında hazırlayırdı.

Official types up authorisation
In Madagascar they're still waiting for Windows 95 © John Stapels

Tomun dediyinə görə yerli insanlarla tanış olmaq da bu səfərin əsas hissələrindən biri idi. Videonun bir yaddaqalan səhnəsində Teo yerli balıqçını özü ilə bərabər tandem uçuşuna aparır.

“O çox təlaşsız idi,” Tom deyir. “Biz ona nə axtardığımızı izah etdikdən sonra o bizi uçuş yerinə apardı və sonra biz ona təşəkkürümüzü bildirmək üçün onu özümüzlə uçuşa apardıq. Bundan sonra o yerli qəhrəman idi, hər kəs bunun necə keçdiyini bilmək istəyirdi.”

Tom de Dorlodot shows off his acrobatic paragliding to watching locals
Showing off some acro skills © John Stapels

Bəs ən yaxşı hissəsi nə oldu?

Bizim üçün bu paylaşmaqdan ibarətdir. Belə yerlərdə? Ən birinci gələn macəra və özünü yerli yaşayış şəraitində hiss etməyindir. Sən həqiqətən bunun içinə daxil olursan və insanların necə yaşadığını öyrənirsən. Bu çox maraqlıdır. Paraplan uçuşu bunun üçün əla yarayır, o insanlar arasındakı soyuqluğu qırmağa yaxşı vasitədir.”

cooking over a campfire
The adventure life: cooking over a campfire. © John Stapels

Fotoqraf Con Stapels və həmçinin Tom və Horasio bu regiondan çox gözəl şəkillər çəkdilər. Bu region kontinental Afrikadan minillərlə aralı qaldığı üçün unikal bir təbiətə sahibdir. Bu şəkillər bunu əyani olaraq sübut edir.

Hiking to launch. Madagascar offers great flying – but the launch sites are remote and hard to reach
Hiking to launch © John Stapels

Heç bir səfər gün qürubu şəkli çəkilmədən başa çatmamalıdır. Tomun çəkdiyi bu şəkil isə möcüzəlidir. Növbəti dəfəyə kimi...

paragliding into the sunset in Madagascar
Flying into the sunset © Tom de Dorlodot
Next Story