Bu uçuş təkcə paraplaner uçuşu hesab olunmur

Yerə enmə də ən azı uçuş qədər vacibdir. Sübut kimi Red Bull elements 2016-da olan uğursuzluqları
By Nicolas Guiloineau

Red Bull Elementsdə açıq hava idmanı yarışı Ennesi gölü ətrafında keçirilir, bu yarışda paraplanerizm mərkəzi yeri tutur. Tək ona görə yox ki, pilotlar cığır qaçışlarından sonra və daö velospidçilərindən əvvəl yarışa çıxırlar, həm də ona görə ki, bu idman növü yarışdakı ən texniki idman növüdür.

Paraplançılar üç müxtəlif uçuşda yarışmalıdır, onların bəzisi qaçış ilə əlaqəlidir, sonuncu eniş isə birbaşa olaraq gölün üzərindəki platformada edilməlidir. Asan görünür eləmi? Elə də yox. Platforma böyük deyil və pilotlar yerə enmək üçün enmə yerini cərrah dəqiqliyi ilə seçməlidirlər. Lakin hətta onlar ayaqları ilə yerə toxuna bilsələr belə, bu onların yerdə qala biləcəyinə və sürüşərək suya düşməyəcəklərinə zəmanət vermir. 2016 yarışının sonuncu şənbə günündə baş tutan yarışda olduğu kimi əgər platformanın üzəri yağış səbəbindən yaş olubsa, oraya eniş etmək lap daha çətin bir məsələyə çevirlir.

Sən orada iştirak edə biləcəyinə inanırsan? 2017-ci il yarışı üçün qeydiyyat artıq başlayıb!

read more about
Next Story