Bu fotolar səndə olan macəra hissini oyadacaq

Bunlar Red Bull İllume fotoqrafiya yarışmasından olan ən yaxşı macəra fotolarıdır.
By Tarquin Cooper

Bu 15 şəkil yaxınlarda olan Red Bull İllume Şəkil Yarışmasında sərgilənən heyrətamiz macəra şəkillərinin kiçik bi hissəsidir.

Bu yarışmanın məqsədi fotoaparat arxasındakı fotoqrafları qeyd etməkdir. Biz düşünürük ki, bu şəkillər macəra idmanlarını qeyd edən ən yaxşı şəkillər olmaqla bu işi layiqincə yerinə yetirirlər.

11 kateqoriya üzrə qaliblərə buradan bax.

Macəraya başlayaq

On the walk-in to attempt a ski descent of Shishapangma
The long walk-in to Shishapangma © Marcin Kin/Red Bull Illume

Bu şəkil yüksəkliklərə doğru gedən alpinistlərin gözləntilərini, ümidlərini və arzularını əks etdirir. “Bu şəkildə biz Andrey Bargieli, şarpa tayfasının üzvlərini və düşərgəyə qida, avadanlıq və xizəkləri aparan tibet öküzlərini görürük,” fotoqraf Markin Kin deyir. “Biz Tibet yaylasındayıq, 5000 metr hündürlüyə qalxmaq üçün 25 km yol gedirik.

Andrey uzaqdan görünən Şişapanqma (8027 metr) dağının zirvəsindən aşağıya doğru xizəklə enməyə hazırlaşır. On səkkiz gün sonra biz xoşbəxt idik, çünki ekspedisiyamız uöurla başa çatmışdı.”

Gecə uçuşu

Skydivers preparing to jump at night
Lit up and ready to jump © Kuba Konwent/Red Bull Illume

“Kamera mənim hazırladığım xüsusi əyilmə formasında təyyarənin qanadına bərkidilmişdi,” fotoqraf Kuba Konvent deyir. “Mən uçuşdan qabaq korpusu və kameranın parametrlərini hazırladım. Sonra mən simsiz idarəetmə ilə şəkil çəkməyə başladım və şəkildən dərhal sonra biz hamımız birlikdə tullandıq.”

Furqon həyatı

Climbers Mayan Smith-Gobat and Ben Rueck wake up in the fields of Sao Jose do Divino
Right, who’s making the coffee? © Frank Kretschmann/Red Bull Illume

Fotoqraf Frenk Kreçmann gecəə çəkilişi etməyi planlaşdırırdı, lakin çox vaxt olduğu kimi hansısa işin ortasında onun başqa bir çəkilişi daha yaxşı alındı. “Furoqnun kənarına platforma asmaq fikri bizim ağlımıza anidən gəldi, çünki biz qəfildən heç bir çadırın olmadığı, çəxlu inəklərin olduğu sahəyə gəlib çıxdıq və bir neçə gün divar rəfində bir neçə gün gözəl və rahat şəkildə yata bildik,” o deyir.

Bu Mayan Smit-Qobaq və Ben Ruekin “Xöşbəxtlik Yeri” adlı yoldakı dırmaşmasından sonranı əks etdirir. Bu həm də onların düşərgə yerinin təsviri də ola bilərdi.

Cənnətdə paraplan uçuşu

Tom de Dorlodot and Paul Guschlbauer fly above a lake in Berchtesgaden National Park shot by Philip Platzer, Red Bull Illume 2016
This is why we paraglide © Philip Platzer/Red Bull Illume

Əgər paraplan uçuşunu qızğınlığını və sərgüzəştini təsvir edə bilən bir şəkil varsa o da budur. Fotoqraf Filip Platzerin Zalsburq ətrafında Pol Quşlbauer və Tom de Dorlodotun uçuşundan çəkdiyi şəkil atletlərin ən sevimli işinin görüntüsüdür.

Uçuş kostyumu və kəndir yeriyişi ardıcıllığı

A wingsuit pilot flies underneath a slackline in Chamonix, France
"It was madness," Fabrice says of the feat © Fabrice Wittner/Red Bull Illume

Biz bu şəkli çox gözəoxşar olmasından ötrü, yoxsa orada göstərilən fəndlərin valehedici olmasından ötrü sevdiyimizi deyə bilmriik. “İnsanlar kəndirin üzəri ilə yeriyir, digərləri isə onun altından uçuş keçirir. Bu dəlilikdir,” fotoqraf Fabris Vittner deyir.

İşığa doğru

A climber ascends a shard of light, in Zion National Park, Utah
Into the light © Jeremiah Watt/Red Bull Illume

Ceremi Vatt alpinist Rob Pizem ilə birlikdə Sion Milli Parkında çəkilişə yollandı. “Rob çox qeyri-adi fikri irəli sürəndə məndə intriqa yarandı,” o deyir.

Lakin o trosla dərin yarğanın içinə düşdükdə artıq bunun nə ilə nəticələnəciyini heç ağlına da gətirmirdi. Sonra bir işıq şüasi görünməyə başladı və o dərhal şəkilləri çəkməyə başladı. “Bu fenomen bir neçə dəqiqə sürdü və biz xoşbəxtlikdən onu tuta bildik,” o əlavə edir.

Mayak tullanışı

A BASE jumper parachutes after BASE jumping from a 40m high lighthouse that sits in the waterways of the Gulf of Finland: Victor Sukhorukov, Red Bull Illume
The fog nearly meant it was a no fly day © Victor Sukhorukov/Red Bull Illume

Heyət üzvləri Fin Körfəzində yerləşən mayaka çatdığında hər şey heç də yaxşı deyildi. Əvvəlcə onlar onu tapa bilmirdilər. Sonra texniki problemlər fotoqraf Viktor Suxorova mane oldu. O həm də müharibə fotoqrafı kimi Suriya və Ukrayna kimi konfliktlərdə çəkiliş aparmışdı.
Aşağı temperatur drona təsir etdi və xəta mesajları gəlməyə başladı.

Sonra BASE tullanış atletləri tullanmağa başladılar. “Çoxlu sayda şəkil arasından yalnız biri yüksək keyfiyyətli idi. Bu şəkildə Semen Lazarevin tullanışı göstərilib,” o deyir.

Cənub Okeanında nəhəng dalğalar

Navigator Simon Fisher during Leg 5 of the Volvo Ocean Race
Battling the ferocious waves of the 'Roaring 40s' © Matt Knighton/Red Bull Illume

“Bu şəkil naviqator Simon Fişerin Volvo Okean Yarışının 5-ci mərhələsində onun yelkəni dartan zaman üzləşdiyi altı metrlik dalğa zamanı çəkilib,” fotoqraf Mett Nayton deyir
“Mən bunu gözləyirdim və qayıqdan aşağı düşməmək üçün dalğadan qabaq onun qarşısına keçməyim və sonra təhlükəsiz yerə qayıtmağım üçün çox az vaxtım var idi.

Mən bu şəkli çəkməklə bir anlıq hava boşluğu yaradacağımı gözləmirdim!”

Od və buz

Halley Coxson tends a fire on ice in Edmonton
What Canadians do in winter © Kirsten Quist/Red Bull Illume

Bu fotoda sürreallıq var. Qız buz üzərində alov yandırır. Fotoqraf Kirsten Kvist Kanadadakı Edmonton şəhərində olan bu parkda ətrafda gəzərkən Halley Kokson ilə qarşılaşdı. O kayakçı və Paralimpiya İdman Assosiasiyasının hokkey komandasının üzvü idi.

“O, qış entuziastları üçün alov hazırlamaqla görəvləndirilmişdi və mən dərhal ondan şəklini çəkə biləcəyimlə bağlı icazə istədim,” o deyir. “Mənim əsas çətinliyim -30C temperatur idi. Soyuq hava mənim avtomatik optik fokusuma və yaddaş kardlarıma təsir göstərirdi. Heç biri işləmirdi. Xoşbəxtlikdən, bir sıra ibditai isitmə üsüllarından sonra (yəni bədən isitməsi ilə) onların hər ikisi işlədi və mən bu şəkli çəkə bildim.

Tasmaniya dəniz qayaları və ilanları

Climbers enjoying the 22-metre Moai sea stack on the Tasman Peninsula
Climbers ascending a sea stack in Tasmania © Simon Carter/Red Bull Illume

“Tasman yarımadası qeyri-aid dəniz qayaları ilə məşhurdur,” fotoqraf Saymon Karter deyir. “22 metrlik Moai onlardan biridir. Bu qaya macəraçılar üçün dırmaşma, əyləncəli gün (ayaqlara dolaşan pələng ilanı istisna olmaqla) və zirvə dərmaşanları üçün gözəl yer və bununla əlaqəli oyunlar üçün əlverişli yerdir.”

O ideal dan işığı fonunda dırmaşmanın şəklini çəkmək istəyirdi, lakin qəfil başlayan külək buna mane oldu. Sonda, getdikcə sıxlaşan yağış buludları şəkilin əsasını təşkil etdilər. “Bu hadisə məndə əminlik yaratdı ki, sən bəzən bunu etməli və pis hava ilə də mübarizə aparmalısan.”

Böyük mavi

Freediver Guillaume Nery in El Pit, part of Sistema Dos Ojos, on the Yucatan Peninsula of Mexico
The freediver Guillaume Nery doing what he does © Klaus Thymann/Red Bull Illume

Diqqətlə bax: bu əslində bir neçə şəkilin birləşməsidir, lakin burada saxta heç nə yoxdur. Bu şəkil fransız sərbəst dalğıcı Gillom Nerinin Meksikanın Yukatan Yarımadasındakı 30 metr dərinliyindəki El Pit mavi dərinliyinə enməsini göstərir.

O, bu şəkili əldə etmək üçün dörd gün ərzində 24 dəfə suya dalmalı oldu. Əsas çətinlik mağaranın işıqlandırılmasında idi. “Orada demək olar ki, həmişə tam qaranlıq olur,” fotoqraf Klaus Taymann deyir, onun özü də 50 metr aralı dayanmışdı. Şəkil viski yarlığı üçün hazırlanırdı. “Əsas konsept kəşetmə anını tutmaq idi,” deyə o əlavə edir.

Aktiv vulkan boyunca uçmaq

A paraglider flies alongside an Italian volcano
Jochen Schweizer flies an Italian volcano © Felix Wölk/Red Bull Illume

Feliks Völk şəkillərini çəkdiyi atletlər qədər sağlam, istedadlı və güclü bir macəra fotoqrafıdır. Onun hava şəkillərinin hamısı paraplanda çəkilib. O bəzən rahat işləyə bilməsi üçün tandem şəklində uçsa da, o bu dəfə tək uçurdu.

“Bu o deməkdir ki, idarəetməni əlsiz edirdim, sadəcə bədənimin çəkisi yönləndirməklə,” o deyir. “Bu nəfəskəsici bir mənzərə idi,” o əlavə edir. “ Kraterdəki tüstü və duman arasından arasıkəzsilməz gurultu səslərini eşitmək qeyri-adi bir şey idi. And içirəm ki, bu çox qorxulu idi. Mənim üçün bu aydın idi ki, bu şəkli ağ və qara çəkməli idi. Lakin bu yenə də əsl şəkildir. Şəkildəki elementlər alov, su və hava qədər həqiqidir.”

Köpəkbalığı tələ yemi

Freediver Marianne Aventurier confronts a blue shark – shot by Alexandre Voyer Red Bull Illume 2016
A freediver goes head to head with a blue shark © Alexandre Voyer/Red Bull Illume

Çox az insan köpəkbalığı ilə onun öz ərazisində üzbəüz dayana bilərdi. Yaxşı, bu mavi köpəkbalığıdır, hansı ki, əsasən kiçik balıqlarla qidalanır. Amma yenə də!

“Biz Fayal adasının sahilində dənizdə idik və bu zaman açıq okeanda iki mavi köpəkbalığı gördük,” fotoqraf Aleks Voyer xaıtrlayır. “Burada biz Atlantik Okeanın ortasında yalnız idik, su qaranlıq və aydın idi və bəlkə də bizim aşağımızda 2,000 metr dərinlik var idi. Bu çox valehdici bir an idi.”

Təhlükəli eniş

Mike Dawson drops a fall at night in his slalom kayak – Graeme Murray, Red Bull Illume 2016
Mike Dawson drops into a chute at night © Graeme Murray/Red Bull Illume

Bu şəkil atlet və fotoqraf arasındakı ideal əməkdaşlığın məhsuludur. “Elit kayakçı Mayk Davson və mən nəsə qeyri-adi, nəsə fərqli bir şeyi yaratmaq barədə müzakirə aparırdıq. O öz slalom qayığı ilə eniş etmək istəyirdi, mən gecə çəkilişi edib onu işıqlandırmaq istəyirdim. Biz bir az plan qurduqdan sonra axşam saat 5-də çaya yollandıq,” Grem Murray xatırlayır.

“Bu eniş çox təhlükəlidir və əgər sən onu yalnış etsən bir dəliyə ilişərək irəli-geri getməyə davam edəcəksən, bu yer kayakdan çıxıb üzmək üçün çox da yaxşı deyil. Mən bütün ləvazimatları özümlə götürmüşdüm, lakin buna dəyərdi. Biz gecə yarısına qədər çəkiliş etdik, Kayk qaranlıqda bir neçə dəfə eniş etdi, o çox yorğun idi və üşüyürdü, lakin nəticə onu heyrətləndirdi,” o deyir.

Qütb parıltısı

Rahel Schelb climbs a giant iceberg in Iceland, lit by the northern lights
Climbing an iceberg under the Northern Lights © Tim Kemple/Red Bull Illume

Bir çox fotoqraflar sadəcə Qütb Parıltısını çəkməklə kifayətlərinirlər. Lakin bu şəkildə Tim Kempl bir addım daha irəli getdi. O sadəcə İslandiyanın aysperqləri və dənizi üzərindən onları qeyri-adi şəkildə çəkməklə kifayətlənmədi, lakin yaxından baxmaqla sən orada iki nəfərin dırmaşmasını görəcəksən. “Biz saatlarla buza baxdıq və sonda qərara gəldik ki, ora qalxmaq təhlükəsizdir,” o deyir.

“Biz dırmaşmanı işıqlandırmaq üçün üç başlıq lampasından və aysberqin içərindən olan forması və rəngindən istifadə etdik. Belə zəif işıqda Rahel Şelb dırmaşmanı həyata keçirdi və mən aşağıdan şəkilləri çəkdim.”

Bu ilki Red Bull İllume-yə aid daha çox valehedici şəkillərə buradan bax.

read more about
Next Story