Brendin Qorunması

 Red Bull öz Brendinin qorunması məsələsinə çox ciddi yanaşır. Biz bu brendin hər hansı bir mənanı əks etdirdiyindən məmnunuq və ümid edirik ki, istehlakçılar da bizim ticarət nişanını daşıyan istənilən məhsulun etibarlı olduğunu bilirlər. Bizim qeydiyyatdan keçmiş və keçməmiş ticarət nişanı hüquqlarından ibarət geniş çeşidli qlobal portfoliomuz vardır və bu ticarət nişanlarının heç biri, hətta çaşdırıcı şəkildə oxşar olanları belə Red Bull-un razılığı olmadan istifadə edilə bilməz. Əks halda bu bizim hüquqlarımızın pozulması kimi qiymətləndirilir. Bu isə bizim tərəfimizdən qəbulolunmaz haldır.


Saxta malları əldə etməklə


• Siz özünüzü aldatmış olursunuz, belə ki, Red Bullun vərdiş etdiyiniz keyfiyyətini əldə etməyəcəksiniz və nəticə etibarilə daha çox pul ödəmiş olacaqsınız.
• Siz cinayətkarlara və hətta saxta mallar satmaqla özünün mailiyyə imkanlarını təmin edən terrorist qruplarına dəstək vermiş olursunuz
• Siz qeyri insani və ətraf mühitə zərər vuran standartlar şəraitində başa gələn istehsalata dəstək vermiş olursunuz
• Saxta mallar istehsal edən şirkətlər hüquqi şirkətlər kimi vergi ödəmədiyindən sizin vergi normanız artmış olur və hökumət bu itirilmiş vergiləri sizdən almış olacaq
Red Bull özünün, qeyri məhdud hüquqlarını ciddi şəkildə qoruyur və eyni şəkildə oxşar, təkrar və ya saxta malların istehsalı ilə bağlı hər hansı məlumatın əldə edilməsində maraqlıdır.

Qiymət inanılmaz dərəcədə ucuzdursa çox güman ki, sizə saxta mal təklif edilir. Belə mallarla üzləşdiyiniz və ya şübhə yarandığı halda aşağıdakı formadan istifadə edərək bizimlə əlaqə saxlamağınız xahiş olunur. Bu forma həmçinin bizə məlumat vermək və ya Red Bull brendi ilə və yaxud aidiyyatı xidmətlərlə bağlı sual vermək üçün də istifadə oluna bilər. Brendin qorunması və ya saxta brendlə bağlı məlumata aid olmayan sualların cavablandırılması və yaxud Red Bulla ötürülməsi mümkün olmayacaqdır.


Əgər sizi Red Bull dünyasının orijinal malı maraqlandırırsa www.redbullshop.com saytını ziyarət edə bilərsiniz.

Təşəkkürlər. Sizin Red Bull Komandanız.

 

 Saxtakarlıqla bağlı xəbərdarlıq:
Biz aşkar etmişik ki, Red Bull brendi bəzi fırıldaqçı əməllər üçün istifadə edilir. Bu cür əməllərin əsas hədəfi şəxsi məlumatların toplanması, sonradan bu məlumatların qeyri qanuni əməllərdə (saxta şəxsiyyət) istifadə edilməsidir. Digər saxta əməllərə aşağıdakılar aiddir:


1.Təşviqat fırıldaqçılığı. Fırıldaqçılar istifadəçilərə Red Bullun təşviqat kampaniyası ilə bağlı məlumatı əks etdirən e-mail göndərir. Məktubda göstərilir ki, istifadəçilər bu təşviqat kampaniyasına qoşulmaq və pul qazanmaq üçün şəxsi məlumatlarını xüsusi forma vasitəsilə göndərməlidir. Bu forma bəzi saxta Red Bull ticarət nişanlarını özündə əks etdirə bilər. Red Bull bu cür təşviqat proqramları, yarışlar və s. bu kimi tədbirləri həyata keçirmir, həmçinin üçüncü tərəflə birgə bu cür tədbirlərdə iştirak etmir.

2. Lotereya fırıldaqçılığı. Red Bull brendinin istifadə edildiyi digər fırıldaq əməllərdə isə insanlara SMS göndərərək onların Red Bullun keçirdiyi lotereyadan pul mükafatı qazandığını bildirilir. Red Bull heç bir lotereya keçirmədiyini və üçüncü tərəflə birgə heç bir lotereya tədbirlərində iştirak etmədiyini bildirir.

3. İşədüzəlmə saxtakarlığı. Fırıldaqçılar Red Bullun adından istifadə edərək saxta veb saytlar və yaxud saxta işədüzəlmə formaları göndərərək şəxsi məlumatları əldə etmək məqsədilə uydurma iş imkanları təklif edir. Red Bull İnternet vasitəsilə heç kimə işədüzəlmə forması göndərmir.
4. Avtomobil reklamı fırıldaqçılığı. Fırıldaqçılar qurbanları inandırır ki, onlar şəxsi avtomobillərində Red Bull reklamlarını yerləşdirsələr bunun qarşılığında pul əldə edəcəklər və bunun üçün şəxsi məlumatlarını göndərmələrini istəyirlər. Bu çox geniş yayılmış bir fırıldaq növüdür. Red Bull ümumiyyətlə bu cür reklam kampaniyalarını həyata keçirmir və üçüncü tərəfdən heç zaman avtomobillərində brendi yerləşdirməyi xahiş etmir.
5. Vauçer fırıldaqçılığı. Bəzi satıcılar ebay vasitəsilə vauçer təklif edir. Bu vauçerlər vasitəsilə alıcının müəyyən mağazalarda, supermarket və s. Red Bull məhsullarına endirim əldə edəcəyi bildirilir. Satıcı bildirir ki, alıcı bu vauçerləri toplu şəklində əldə edib və onlar, çox güman ki, saxtadır (sitat “…onlar çox keyfiyyətlidir…”). Red Bull heç bir zaman belə vauçerlər buraxmadığını və ümumiyyətlə bu cür vauçerlərin mövcud olmadığını bildirir.
Red Bull öz adını çox ciddi şəkildə qoruyur və brendinin fırıldaq əməlləri üçün istifadə edilməsindən ciddi narahatlıq keçirir və bu cür fəaliyyətlərin qarşısının alınması üçün əlindən gələni edəcək. Yuxarıda qeyd olunmuş saxtakarlıqlara cavab verməməyiniz, əvəzində yerli polisi və bizi brandprotection@at.redbull.com vasitəsilə xəbərdar etməyiniz xahiş olunur.