Kəşf Et

Qızlar üçün 6 məsləhət: Oğlanlarla düzgün tanışlıq

Qızlar üçün 6 məsləhət: Oğlanlarla düzgün tanışlıq
Aysel Mirzoyeva tərəfindən yazılıb
2 min read tarixində nəşr olunub
Qızlar üçün 6 məsləhət: Oğlanlarla düzgün tanışlıq

Qızlar üçün 6 məsləhət: Oğlanlarla düzgün tanışlıq

© s-media-cache-ak0.pinimg.com

Tanış olduqda, xanımı necə qorxutmamaq barəsində artıq danışmışdıq. İndi isə, xanımların bəylərlə ünsiyyətdə hansı səhvlərə yol verməsindən danışmaq vaxtı gəldi.
Əlbəttə, xamının xoşuna gəlmək üçün universal bir üsul yoxdu, lakin bəzi səbəblərə görə gənc oğlanlar daha sizə zəng etməyəcəklər. Gəlin bir yerdə bunları araşdıraq.
1. Bildiyiniz kimi, ətri Fransada icad etməyin səbəbi, tərli və kirli bədənin iyini ört-basdır etmək idi, sadəcə o zamanlar adamlar aylardı çimmirdilər. Ətrin bütöv şüşəsini üzərinizə boşaltmaq lazım deyil. Əslində, alışmaq istənmə zəif bir qoxu kişiləri daha çox cəlb edir. Sən axı istəmirsən o düşünsün ki, səndən xoşagəlməz qoxu gəlir.
2. Birinci görüşdə sizin gələcək toyunuzdan, uşaqlarınıza hansı adlar verəcəyinizdən danışmaq heç məsləhət görmürük. O, bu söhbətlərdən sonra səndən elə tez və uzaq qaçar ki, heç göz qırpmaq belə vaxt tapmayacaqsan.
3. Bəlkə də hansısa bir oğlanın bu xoşuna gələr, lakin çoxlarını merkantil xanımlar acıqlandırır. Bu səbəbdən maşın, ev, maaş haqqında suallarını o saat vermə.
4. Kişilərə epilyasiya, üzün təmizlənməsindən, aybaşı haqqında danışmaq lazım deyil. Birincisi, onun üçün gözəl bir sirr kimi qal; ikincisi, bu mövzulara onun marağı, sənə motordan və sürət qutusundan qulaq asmaq gədərdi.
5. Hər beş dəqiqədən bir ona yazma / zəng eləmə. Birincisi, mobil telefonun batareyası yatar; ikincisi, bu çox bezdirir. Qoy o sənin üçün darıxsın.
6. Ən sonuncu məsləhət isə, tanı olduqdan sonar onun telefonun, Facebook profilin, elektron poçtun və s. şifrələrini tələb etmək lazım deyil. Orda nə axtarırsan? O tualeta çıxarkən, onun Whatsapp-ını oxuma. Əvvəl - axır o da səndən bunları tələb edəcək.
Əlbəttə, şəxsi münasibətlər müxtəlif əsaslı detallar üzərində qurulur və hamı üçün eyni deyil, lakin bu əsas qaydalar oğlanın səndən qaçmamasına, nömrəni blok etməməsinə köməkçi olacaq. Uğurlar!