Red Dead Redemption
© Rockstar Games
Oyunlar

2018-Cİ İLİN ƏN YAXŞI 10 OYUNU

2018-ci ilin ən yaxşı oyunları bu siyahıda!
Şefik Akkoç tərəfindən yazılıb
6 min readPublished on
Bitmək üzrə olan 2018-ci ildə də bir-birindən fərqli müxtəlif oyunları oynamaq şansımız oldu. Həm böyük firmalar həm də sərbəst istehsalçılar möhtəşəm oyunlara imza atarkən “şah əsər” olaraq qiymətlədiriləcək oyunlar da rəflərdəki yerini aldı. Xüsusiylə God of War və Red Dead Redemption 2 ikilisinin möhürlərini vurduğu bu il boyu Dragon Quest XI: Echoes of an Elusive Age, Far Cry 5, Ni no Kuni II: Revenant Kingdom və Octopath Traveler kimi AAA və Dead Cells, Frostpunk, Overcooked! 2, Pillars of Eternity II: Deadfire, Return of the Obra Dinn və Yoku`s Island Express kimi sərbəst oyunlar çıxdı, amma 10 oyunluq bir siyahıya təəssüf ki, bunlar yerləşmədi. Budur bəzilərini çox asanlıqla, bəzilərini isə min bir çətinliklə seçdiyim 2018-ci ilin ən yaxşı 10 oyunu.

Assassin’s Creed: Odyssey

Assassin’s Creed: Odyssey

Assassin’s Creed: Odyssey

© Red Bull

  • Növ: Aksion/Macəra
  • Platforma: PC, PS4, Xbox One
  • Buraxılış Tarixi: 5 Oktyabr 2018
2017-ci ildə buraxılan Assassin`s Creed: Origins ilə özünə yeni bir yol seçən Assassin`s Creed seriyası, RPG elemetnləri ilə bəzənmiş bu yeni formasıyla bəyənilmişdi. Təbii ki, oyunçuların müsbət rəylərini cavabsız qoymayan Ubisoft, uğurunu daha da zirvələrə daşıyaraq Alexios və Kassandra ikilisinin macərasına apardı bizi. Odyssey açıq dünyası , saysız-hesabsız əlavə missiyaları və oyunçuları Atina ilə Sparta arasındakı Peloponez müharibəsinə aparan hekayəsi ilə ayrıla bilməyəcəyiniz bir macəra təqdim edir.

Celeste

Celeste

Celeste

© Red Bull

  • Növ: Platforma
  • Platforma: PC, PS4, Xbox One, Switch
  • Buraxılış Tarixi: 25 Yanvar 2018
Bir dövrə imza atan mini konsol Ouya`nın buraxılış oyunlarından olan TowerFall-un istehsalçıları tərəfindən inkişaf etdirilən Celeste, pikselli qrafiklərə sahib olan platforma oyunudur. Mövzusu, əsas qəhrəman Madeline`ın Celeste Dağı`nın zirvəsinə ettiği səfər olan oyunda qarşımıza şeytani düşmənlər çıxır və biz də bu çətin mübarizədə sağ qalmağa çalışırıq. Çox maraqlı bir hekayəsi olan oyun, The Game Awards-da ən təsirli oyun və ən yaxşı sərbəst oyun mükafatlarına laiq görüldü.

Forza Horizon 4

Forza Horizon 4

Forza Horizon 4

© Red Bull

  • Növ: Yarış
  • Platforma: PC, Xbox One
  • Buraxılış Tarixi: 2 Oktyabr 2018
Simulyasiya növündəki Forza Motorsport seriyasının “arcade” quruluşundakı əlavə seriyası Forza Horizon, hər yeni oyunuyla daha da əyləncəli olmuşdu. Oktyabr ayında buraxılan Forza Horizan 4 isə sadəcə Forza seriyasının deyil, bəlkə də son illərin ən yaxşı yarış oyunu ünvanını asanlıqla ələ keçirmiş vəziyyətdədir. Əvvəlki oyunlarda olduğu kimi oyunçuları sərbəst buraxan və əyləncə dolu açıq bir dünya təqdim edən Forza Horizon 4, bir də həftəlik mövsüm dəyişimini də əlavə edərək atmosferini daha da gücləndirdi.

God of War

God of War

God of War

© Red Bull

  • Növ: Aksiyon / Macəra
  • Platforma: PS4
  • Buraxılış Tarixi: 20 Aprel 2018
PlayStation tarixinin ən güclü markalarından biri, bəlkə də birincisi sayıla biləcək God of War bu il çıxan yeni oyunuyla həm oynanma, həm də təqdimat mənasında dəyişiklik yaşadı. Əvvəlcə öyrəşdiyimiz kamera görüntüsünü dəyişən və Kratosa daha da yaxın olduğumuz yeni oyun, Kratosun oğlunun da macəraya qoşulmasıyla daha çox hekayə əsaslı oyuna çevrildi. Kratos ve Atreus ikilisinin çətin və zaman zaman duyğu yüklü macərasına şahidlik etdiyimiz oyun, The Game Awards-da ilin oyunu mükafatına laiq görüldü.

Into the Breach

Into the Breach

Into the Breach

© Red Bull

  • Növ: Strategiya
  • Platforma: PC
  • Buraxılış Tarixi: 27 Fevral 2018
6 il bundan əvvəl FTL: Faster Than Light kimi möhtəşəm sərbəst istehsala imza atan Subset Games-in yeni oyunudur. Baş rolda mechlərin yer aldığı bu növbə əsaslı strategiya oyunundakı məqsədimiz, mech`lərdən meydana gələn ordumuzu idarə edərək yadplanetli təhlükəsinə qarşı mübarizə aparmaq və şəhərləri qorumaqdır. Olduqca çətin olan İnto the Breach, The Game Awards-da Battletech, Frostpunk, The Banner Saga 3 və Valkyria Chronicles 4 kimi güclü rəqiblərinə qarşı ilin ən yaxşı strategiya oyunu mükafatını almağı bacardı.

Marvel’s Spider-Man

Marvel’s Spider-Man

Marvel’s Spider-Man

© Red Bull

  • Növ: Aksiyon / Macəra
  • Platforma: PS4
  • Buraxılış Tarixi: 7 Sentyabr 2018
Yalnız PS4 üçün buraxılması səbəbiylə digər platforma sahiblərini məyus edən Marvel`s Spider-Man, PS4 sahiblərinin bayram etmələrinə səbəb oldu. Bunun səbəbi isə əslində əsas etibarıyla tam olaraq satndart bir açıq dünya oyunu olmasına baxmayaraq, Hörümçək adamın akrobatika və döyüş qabiliyyətlərini möhtəşəm oynama texnikası ilə oyunçulara yaşatmasıdır. Nyu-Yorkun göydələnləri arasında sərbəst tullanaraq gəzdiyimiz oyunda şəhərdə yenidən sülhü bərpa etmək üçün əlimizdən gələni etməyə çalışırıq.

Monster Hunter: World

Monster Hunter: World

Monster Hunter: World

© Red Bull

  • Növ: Aksiyon
  • Platforma: PC, PS4, Xbox One
  • Buraxılış Tarixi: 26 Yanvar 2018
Yılın ilk ayında konsollar için çıkış yapan, Ağustos ayında da Steam üzerinden PC için yayımlanan Monster Hunter: World, 10 milyondan fazla satarak Capcom tarihinin en çok satan oyunu olma başarısı gösterdi. Oyuncuların tek başlarına ya da dört kişiye kadar eşli olarak oynayabildiği oyunda amaç, birbirinden zorlu yaratıklarla karşı karşıya gelmek ve onları kesmek. RPG öğeleri açısından da oldukça zengin olan oyun, Final Fantasy ve The Witcher gibi yapımlarla yaptığı ortaklıklarla da dikkat çekiyor.

Red Dead Redemption 2

Red Dead Redemption 2

Red Dead Redemption 2

© Red Bull

  • Növ: Aksiyon / Macəra
  • Platforma: PS4, Xbox One
  • Buraxılış Tarixi: 26 Oktyabr 2018
Bundan səkkiz il əvvəl PS3 və Xbox 360 üçün satışa buraxılan Read Dead Redemption, oyunçuları Vəhşi Qərbə apararaq möhtəşəm bir macəra təqdim etmişdi. Səkkiz il fasilədən sonra çıxan ikinci oyun isə tam olaraq Vəhşi Qərb abı-havasını yaşadan, həm də bunu kinematik təqdimatla dəstəkləyən bir oyundur. Arthur Morgan xarakterini idarə edərək əsas hekayəni izləməkdən başqa sərbəst şəkildə gəzə bilən və saysız-hesabsız əlavə missiya və fəaliyyətlərdən ibarət olan oyunun Read Dead Online hissəsi də ömrünü bir az da uzadacaq kimi görünür.

Super Smash Bros. Ultimate

Super Smash Bros. Ultimate

Super Smash Bros. Ultimate

© Red Bull

  • Növ: Döyüş
  • Platforma: Switch
  • Buraxılış Tarixi: 7 Dekabr 2018
Super Smash Bros. seriyasının beşinci oyunu olan Super Smash Bros. Ultimate, Nintendo dünyasının demək olar ki, bütün əsas xarakterlərini bir yerə toplayan bir döyüş oyunudur. Mario, Donkey Kong, Link Yoshi, Pikachu, Fox, Kirby, Snake, Zelda və daha neçə xarakterin yer aldığı oyunda 1v1 döyüşlərindən başqa hər kəsin tək olduğu dört və səkkiz nəfərlik oyun rejimləri yer alır. Ilin sonuna doğru çıxdığı üçün bir çox mükafat qiymətləndirməsindən məhrum qalan oyunu heç olmasa biz nəzərdən qaçırmaq istəmədik.

The Messenger

The Messenger

The Messenger

© Red Bull

  • Növ: Aksiyon / Platforma
  • Platforma: PC, PS4, Xbox One, Switch
  • Buraxılış Tarixi: 30 Avqust 2018
Sanki keçmişdən gələn bir oyundur Messenger. Klassik iki ölçülü platforma oyunları quruluşuna sahib olan oyunda şeytan ordusu tərəfindən mühasirəyə alınan gənc bir ninjanı idarə edərək qəbiləmizin xilas olması üçün mübarizə aparırıq. Dinamik oyun texnikası ilə davam etdirdiyimiz macəramız boyunca bu gənc ninjanın akrobatik qabiliyyətlərini istifadə edir, onu inkişaf etdirir və yeni bacarıqlarla bəzəyirik. The Messengerin The Game Awards-da ən yaxşı sərbəst buraxılış oyunu mükafatını aldığını da qeyd etmək istəyirəm.