Dostlarını bir komanda yaratmağa sövq et, komandanla birlikdə məşq et və bir çox nailiyyətlərə imza at. Buna inanmaq çətindir, lakin əslində basketbolçu Estelle Centerstam keçən il İsveçdə keçirilən Red Bull Half Court yarışında məhz bunları yaşadı. Bu qələbə həm də onun və onun komandasının Misirdəki Dünya Finalında İsveçi təmsil etmək şansı qazanması demək idi.
Builki Red Bull Half Court turniri ərəfəsində o, basketbol bacarıqlarını maksimum dərəcədə yaxşılaşdıran üç məsləhətini paylaşır. Bundan əlavə o, Red Bull Half Court turnirinin onun həyatında ən yaddaqalan möcüzələrdən olduğundan danışır.
01
Centerstamın 3 ən yaxşı tövsiyəsi
1
İrəli get!
Oyunlar çox qısadır. Odur ki, əvvəldən cəsarətli olub irəliyə get və oyunda hər şeyi sınaqdan çıxar. Unutma ki, zərbə heç zaman pis olmur.
2
Əsas ünsiyyətdir!
Komanda yoldaşlarınla ünsiyyət qur. Komanda yoldaşlarının adətən necə oyun oynadığını bilmən vacibdir. Tövsiyələri, fəndləri və hansı strategiyadan istifadə etməli olduğunuzu müzakirə edin.
3
Əvəzləmədən istifadə et!
Sən düşünə bilərsən ki, 10 dəqiqə çox az bir müddətdir, lakin komandaların yalnız üç nəfərdən ibarət olduğunu və mübarizənin intensivliyini nəzərə aldıqda, oyunun heç də asan olmadığı anlaşılır. Oyunçulara istirahət vermək üçün ehtiyat oyunçulardan istifadə et. Bundan əlavə, turnirdən əvvəl fiziki forman üzərində işləməyin lazımdır.
02
3x3 basketbolu oynamaq nəyə lazımdır
Red Bull Half Court yarışının əsasını təşkil edən 3x3 basketbol oyunu mümkün qədər çox qol vurmağa yönəlmiş sürətli və templi bir oyundur. Bundan əlavə, Centerstam keçən il bu oyunun çox əyləncəli olduğunu anlayıb. Adi basketbolda olduğu kimi 5x5 deyil, meydançanın yarısında cəmi 10 dəqiqə ərzində oynanan bu 3x3 oyunu daha gərgin və daha intensiv keçir. Centerstam anlayıb ki, bu oyun yalnız mübarizədən ibarət deyil, burada həmçinin heyrətamiz ab-hava və əyləncə var.
O deyir: "3x3 oyunlarında çox xoş ab-hava olur. Burada aktiv musiqi var və oynamayan hər kəs eyni anda bir neçə oyunu izləyə bilər. Bu oyunlar çox əyləncəlidir və sən öz üzərində 5x5 oyunlarında olan təzyiqi hiss etmirsən. Təbii ki, qazanmaq üçün biz əlimizdən gələni edəcəyik. Bu oyunlar daha həyəcanlıdır. Sən sadəcə öz hədəfinə doğru gedirsən".
Sən sadəcə öz hədəfinə doğru gedirsən.
Centerstam "Alvik" komandasında basketbol oynayaraq böyüyüb. Burada o, İsveç Gənclər Çempionatında qələbə kimi olduqca yaxşı nailiyyətlər əldə edib. Hazırda o, İsveçin üçüncü səviyyəli peşəkar liqasından milli basketbol liqasına gətirdiyi “Boras” komandasında özünün dördüncü mövsümünü keçirir. Bununla belə, 3x3 oyunu bir yenilikdir və o öz oyununu bu formata uyğunlaşdırmalı olub.
O deyir: "Oyunun özü çox sürətlidir və sən sadəcə dayanıb izləyə bilməzsən. Sən daim gərgin mübarizədə olmalısan. Bu oyunda təkbətək məqamlar çox olur. Oyunda bədən təmasına icazə verildiyi üçün oyun bir qədər daha sərt keçir. Bu mənim üçün əlverişlidir. Belə ki, mənim boyum kifayət qədər qısadır, hündürboy qızlara təzyiq göstərə bilirəm".
03
Qalib gəlmək üçün peşəkar olmaq vacib deyil
Centerstamın 3x3 basketbol oyunu haqqında peşəkarcasına danışmasına aldanma. Belə ki, özünün Red Bull Half Court yarışındakı qələbəsindən bir il əvvəl o, bu 3x3 formatı ilə heç tanış da deyildi. Əvvəllər oyunları izləyib, lakin komanda qurmağa cəhd göstərdiyi zamanadək heç oynamamışdı. Red Bull Half Court turnirinin İsveçə gələcəyini və turniri qazanan hər kəsin Misirə Dünya Finalına gedəcəyini biləndə çox sevindi və bütün dostlarını onunla birlikdə oynamağa razı salmağa çalışdı.
"Bizim heç bir gözləntimiz yox idi, sadəcə oyunun çox əyləncəli olduğunu bilirdik", - oyundan əvvəl onu planlamaq üçün komanda yoldaşları Amanda Tivenius, Emelie Anas və Evelin Ovner ilə necə görüşdüyündən danışarkən o deyib.
"Amanda əvvəllər bir neçə dəfə oynamışdı, buna görə də ilk oyunumuzdan əvvəl bizə bəzi tövsiyələr verdi, fəndləri başa saldı. Qeyd edim ki, biz əvvəldən inanılmaz dərəcədə yaxşı oynadıq. Əvvəllər bir komanda olaraq birlikdə heç zaman oynamamışdıq. Çox əyləndik".
04
Dünya finalında iştirak etmək imkanı insana həyatda bir dəfə verilir.
Bu idmana əvvəldən doğru yanaşma sərgiləyən Centerstream və onun komandası İsveçdəki turniri qazanır. Növbədə dünya finalında iştirak idi.
“O indiyədək nail olduğum ən gözəl qələbə oldu və mən onu heç zaman unutmaram. Bütün bunlar çox möhtəşəm idi. Əvvəllər yalnız İsveçdə oynayırdım. Finalda dünyanın ən müxtəlif yerindən gələn oyunçularla tanış olmaq çox maraqlı və əyləncəli idi”.
O indiyədək nail olduğum ən gözəl qələbə oldu və mən onu heç zaman unutmaram.
Piramidaların yanında oynamaq insana çox nadir hallarda nəsib olur
© Markus Berger / Red Bull Content Pool
Əlbəttə, dünyanın ən yaxşı 3x3 oyunçularına qarşı oynamaq bir qədər qorxu verirdi və Centerstam öz bacarıqlarına şübhə ilə yanaşırdı, lakin komanda yoldaşı Tivenius özünə arxayın idi.
"Amanda hamımızı psixoloji olaraq doğru yönəltdi. Bunun sayəsində, hər şey gözlədiyimizdən daha yaxşı keçdi. Məşhur oyunçuları görüb təəccüblənirdik, əslində isə bizim daha yaxşı strategiya və taktikamız var idi".
Məşhur oyunçuları görüb təəccüblənirdik, əslində isə bizim daha yaxşı strategiya və taktikamız var idi.
Komanda layiqli mübarizə aparıb dörddəbir finala yüksəldi. Bununla da onların səyahəti başa çatdı. "Biz zəif oynadıq. Bəlkə bu, məşqlərin azlığından baş verdi, bəlkə səbəbi başqa oldu. Bəzən belə hallar olur. Lakin bu mənim bu il yenidən iştirak etmək arzusu ilə yanmağıma səbəb oldu".
Əgər o, yenidən dünya finalına çıxa bilsə, onun hədəfi məlumdur: “Dünya finalına çıxsaq, inanıram ki, daha irəli gedərik”.
2023-cü ilin Red Bull Half Court yarışı haqqında ətraflı məlumatla sən bu linkdə tanış ola bilərsən.