A best trick contestant performs a boardslide for spectators at a demo in New York City on June 22nd, 2019.
© Jonathan Mehring/Red Bull Content Pool
Skeytbordinq

7 əsas skeytbord fəndi: yeni başlayanlar üçün siyahı

Skeyt sürməyi öyrənmək istəyirsən? Skeytbordinq üçün zəruri bacarıqları mənimsəməyə nədən başlamalı olduğunu öyrən.
Red Bull Editorial Team tərəfindən yazılıb
dəq. oxuPublished on
Biz skeytbordinqi hərəkət azadlığı, sürət və özümüzü ifadə etmək bacarığına görə sevirik. Həm də üzərində çoxdan və çox çalışdığımız fəndin alındığı zaman keçirdiyimiz sonsuz məmnunluq hissinə görə. Skeytbordinqlə məşğul olmaq üçün səndə güclü həvəs yaranıbsa və onunla məşğul olmaq üçün artıq zəruri avadanlığı əldə etmisən, lakin öyrənməyə nədən başlayacağını bilmirsənsə, bu məqalə məhz sənin üçündür.
Qeyd edək ki, yaxşı bacarıq tələb edən fəndləri öyrənməyə başlamazdan əvvəl skeytbord üzərində hərəkət əsaslarından və düz səth üzərində başlamağın lazımdır. Onlar sənə lövhəni dərindən hiss etməyə və tarazlığını yaxşılaşdırmağa kömək edəcək. Skeytbord fiziki travmalarla dolu bir fəaliyyət növü olduğunu unutma! Lövhə üzərində sərbəst və sabit dayana bilmirsənsə, burxulma, sümüklərin sınması və beyin silkələnməsi kimi zədələrin yaranma ehtimalı xeyli artır.
Özünəinam qazandıqdan və lövhə üzərində əminliklə dayanmağı öyrəndikdən sonra sürətini qoruyub saxlamaqla əyilib qalxmağı öyrən. Daha sonra aşağıdakı əsas fəndləri öyrənməyə hazır olacaqsan.

1. Dayağını dəyiş

Dayağı dəyişərək hərəkət etmək (switch) öz-özlüyündə fənd deyil. Lakin bildiyin fəndlərin sayını artırmaq fikrinə düşsən, bu texnikanı bacarmağın zəruridir. Switch – həmişə dayaq kimi istifadə etdiyin ayağın digəri ilə əvəz edilməsi deməkdir. Məsələn, sən adətən sol ayağını öndə qoyub, özünə sağ ayağınla təkan verirsənsə, switch zamanı əksinə sağ ayağını öndə qoyub, özünə sol ayağınla təkan verəcəksən. Bu texnikanı mənimsədikdən sonra sənə bir çox yeni imkanlar və fəndlər açılacaq.

2. Drop-In

Bu texnikanın da heç bir xüsusi çətinliyi yoxdur. Bunu da fənd adlandırmaq olmaz. Lakin Drop-In rampalarda (half pipes) skeyt sürməyin əsas elementlərindən biridir. O, bir çox fəndlərin başlanğıcıdır. Onun məğzi rampaya onun kopinqindən, yəni kənarından daxil olmaqdır. Bunun üçün lövhənin arxasını arxa ayağınla birgə rampanın kənarına yerləşdir. Bütün ağırlığını arxa ayağının üzərində saxla. Sonra qabaq ayağını lövhənin burnuna yaxın yerləşdir və axıcılığı və dəqiqliyi birləşdirərək və bədən tarazlığını qoruyaraq rampaya daxil ol. Radius hissini tut və hərəkətə davam et.
İlk əvvəl bu hərəkət bir qədər qorxulu görünə bilər, lakin unutma ki, bu bacarıq gələcəkdə daha çətin fəndləri icra edə bilmək üçün sənin özünəinam qazanmağına kömək edəcək.

3. Manual

Təbiətdə manual

Təbiətdə manual

© Bodo Rüedi

Manual – skeyt lövhəsinin ön təkərlərini yerdən qaldıraraq onu iki arxa təkər üzərində sürdüyün bir tarazlıq vəziyyətidir. Bu hərəkət prinsip etibarı ilə velosipedin arxa təkərləri üzərinə qaldırılması ilə eynidir. Manual vəziyyətində uzun müddət qalmağa ehtiyac yoxdur, skeyt lövhəsini iki təkər üzərində sürmək isə tarazlığın inkişaf etdirilməsi üçün ən yaxşı üsullardan biridir.

Orijinal Red Bull

Red Bull Enerji İçkisi

Red Bull Energy Drink

4. Dönmə

Dönmə və ya “Kick Turn” – xüsusilə də sürət yığa bildiyin zaman çox yaxşı fənddir. Dönməni həyata keçirmək üçün bir ayağını skeytbordun arxasına yerləşdir və bədəninin ağırlığını ona yönəlt. Digər ayağını sərbəst şəkildə lövhənin ön hissəsində yerləşdir. Arxa ayağınla lövhəni yüngülcə aşağıya sıx. Bu an lövhənin ön hissəsi yerdən ayrılacaq. Belə olan halda sən lövhəni asanlıqla döndərə və yoluna davam edə bilərsən.

5.Olli

Nick Moore – Olli

Nick Moore – Olli

© Brian Caissie

Əsas texnikanı mənimsədikdən sonra, daha çətin fəndləri öyrənməyin vaxtı gəlir. Bir çox skeytbordçu Olli hərəkətini ən əsas skeytbord bacarıqlarından biri hesab edir, çünki digər fəndlər onun üzərində qurulur. Olli – tullanarkən skeytbordun sənin ayaqlarına sanki yapışmış kimi ayaqlarının altında qalmasıdır. Tullanmadan öncə lövhənin arxa hissəsində dayan (bir ayağın lövhənin ortasında, digəri isə arxa kənarında olmalıdır) və dizlərini yüngülcə qatla. Tullandıqdan sonra öndə duran ayağınla lövhəni əvvəlki vəziyyətinə gətir. Məşqə davam et və inan ki, tezliklə Olli hərəkətini öyrənəcəksən.

6.180 Olli

180 Ollie

180 Ollie

© redbullcontentpool.com

Bu fənd əsas Olli hərəkətinə əsaslanır. Buna görə də, bu fəndə keçməzdən əvvəl bundan əvvəlki hərəkəti inamlı şəkildə icra etməyin zəruridir. 180 Olli fəndini icra etmək üçün ayaqları adi Olli vəziyyətində yerləşdir və tullan. Yerə düşərkən switch fəndini icra et. Bu hərəkəti mənimsədikdən sonra, digər fəndləri öyrənə bilərsən.

7. Boardslide

Boardslide

Boardslide

© Torey Pudwill

Boardslide – Olli fəndini, dönmələri və tullanmaları mənimsədikdən sonra öyrənə biləcəyin bir fənddir. Bu fəndin köməyilə sən öz skeyt lövhəni reyllər üzərində sürə, daha doğrusu, sürüşdürə bilərsən. Bunun üçün sən yaxşıca sürətlənməlisən. Daha sonra Olli fəndini icra et və reylin üzərinə tullanarkən lövhənin mərkəzini onun üstündə yerləşdirməyə çalış. Reyldən düşərkən switch fəndini icra et. Sürüşməni daha hamar etmək və lövhəni zədələməmək üçün reylə parafin çək.
Skeyt lövhəsini əminliklə sürmən üçün bu 7 əsas fəndi öyrənməyin zəruridir. Unutma ki, nə qədər çox məşq etsən, fəndlərin icrası səndə bir o qədər yaxşı alınacaq. Hər dəfə skeyt sürməyə başlamazdan əvvəl yüngül idman hərəkətlərini icra etməyi unutma. Bu, sənə fiziki travmalardan qaçınmağa kömək edəcək.