Art of Movement platformasının yaradıcısı ilə müsahibə
© Əli Mərdanov
Sərbəst qaçış

Art of Movement platformasının yaradıcısı ilə müsahibə

Əli Mərdanov – riyaziyyat müəllimi, psixoloq və Art of Movement platformasının yaradıcısı
Red Bull tərəfindən yazılıb
8 min read tarixində nəşr olunub
Dünyada istər zahirən, istərsə də xarakter, düşüncə tərzi və vərdişlərinə görə bir-birinə tamamilə bənzər adamlar yoxdur. Hər bir kollektivdə bir tərəfdə liderlər də, idarə edən və idarə olunanlar da, başını aşağı salıb sakitcə öz həyatını eyni tərzdə yaşayanlar da, digər tərəfdə isə böyük enerjisi və həyat sevgisi, eləcə də özünü inkişaf etdirmək və insanları maarfiləndirərək arxasınca aparmaq həvəsi olanlar da var. Müsahibim məhz bu cür insanlardandır. Bu cür insanla ünsiyyətdə olduğun zaman bu qənaətə gəlirsən ki, onun üçün mümkün olmayan heç nə yoxdur və hərəkət onun üçün həyat deməkdir. Məhz buna görə də, o, sərbəst işi və sahibkar fəaliyyətini sabit iş rejimindən üstün tutur.
Əli Mərdanov – riyaziyyat müəllimi, psixoloq və Art of Movement platformasının yaradıcısıdır. Məşğul olduğu işlərdən hansının əsas olması barədə suala verdiyi cavab isə konkret və sadə oldu – mən müəlliməm. Əli həm uşaqlara, həm də böyüklərə bildiyi, bacardığı hər şeyi öyrədir və onun fikrincə, heç bir müəllim öz şagirdlərinin gələcək taleyini bilə bilməz. Onlardan biri prezident, digəri həkim və üçüncüsü isə alim ola bilər və onların hər biri cəmiyyətə öz töhfəsini verər və onların hər birində məhz müəllimlərinin onlara verdiyi biliklərin bir parçası olar...

Xoş gördük! Ənənəvi sualdan başlayaq – uşaq olarkən hansı peşə sahibi olmaq istəyirdin? Bəs hansı peşənin sahibi oldun?

Uşaq ikən Ceymz Bond kimi xüsusi təyinatlı agent olmaq istəyirdim, amma bir qədər sonra Supermen olmağı arzulamağa başladım, nəticədə isə Betmen oldum (gülür). (red. qeydi: Betmen – superqəhrəman olub, komikslərin məşhur və tanınmış qəhrəmanlarındandır. Onun heç bir fövqəladə qabiliyyəti yoxdur, öz zəkası ilə hərəkət edir, döyüş incəsənəti üzrə bilik və bacarıqlarından, elm və texnika sahəsindəki məlumatlarından istifadə edir, eləcə də əyilməz iradəyə malikdir).
Nə ilə məşğul oluramsa – olum, bir istəyim var – özümdən sonra yaddaşlarda qalım, bildiklərimi və bacardıqlarımı başqalarına öyrədim. Məncə, həyatın mənası məhz elə budur.
Əli Mərdanov
Art of Movement platformasının yaradıcısı ilə müsahibə

Art of Movement platformasının yaradıcısı ilə müsahibə

© Ali Mardanov

Peşəyə gəldikdə isə - düşünürəm ki, istənilən cəmiyyətdə əsas sayılan peşələr həkimlik və müəllimlikdir. Gələcək nəslimizin necə olacağına dair məsuliyyət məhz bu insanların üzərinə düşür.
Əli Mərdanov
Bu səbəbdən, müəllimlik mənim sevərək gördüyüm işdir. Öz məşğələlərimdə mən yalnız dərsin mövzusu ilə kifayətlənmirəm. Biz hər bir şey haqqında danışırıq – fəlsəfə, psixologiya, münasibətlər, dünyanın dərk olunması. Şagirdlərimə maraqlı hər bir şeyi, cavablarını bildiyim sualları birlikdə müzakirə edib, araşdırırıq.
Mənim əsas məqsədim onlara nəyin düzgün olduğunu və necə etməli olduqlarını söyləmək deyil, onların açılışmalasına və maraqlandıran sualın cavabını özlərinin tapmasına imkan yaratmaqdır. İstədiyim tək bir şey dünyagörüşümü onlara ötürmək, onlarda yaşayıb-yaratmaq sevgisi oyatmaqdır. Təhsilimi bitirən kimi, riyaziyyat müəllimi kimi çalışmağa başladım və indiyə qədər də davam edirəm. Bakıdakı Oxford School (SAT) və University Foundation Centre tədris müəssisələrində dərs deyirəm. Riyaziyyatla yanaşı, ingilis dili və psixologiyanı da tədris edirəm.
İngilis dilini tədris etmək üçün hansısa kursu bitirmisən?
Özümü ingilis dili müəllimi kimi sınadıqdan sonra başa düşdüm ki, bu mənim xoşuma gəlir və bu işi davam etdirmək istəyirəm. İxtisasımı artırmaq məqsədilə kursda iştirak edib TESL (teaching English as a second language) sertifikatını əldə etdim. Bu sertifikat dünyanın istənilən nöqtəsində ingilis dilini tədris etməyə imkan verir. Bakıda bu sertifikatı yalnız bir şirkət verir.
Art of Movement platformasının yaradıcısı ilə müsahibə

Art of Movement platformasının yaradıcısı ilə müsahibə

© Əli Mərdanov

Sonra mən bir müddət MSPro şirkətində işlədim. Burada biz podratçılara ingilis dilini öyrədirdik. Məsələn: ASAN Xidməti götürək, hələ bu layihə yeni başladığı vaxtlarda biz rəhbərliyə və əməkdaşlara ingilis dilini öyrədir, psixologiya üzrə təlimlər keçirdik. Həmçinin, Tibb Universiteti, Əmək Nazirliyi ilə də layihələrimiz olub ki, bu layihələr çərçivəsində əməkdaşlara ingilis dilini öyrətmişik.
Bəs idman necə, xüsusilə də parkur? Buna necə gəlmisən?
Əqli inkişafla yanaşı, fiziki inkişaf da az əhəmiyyətə malik deyil. Art of Movement üzrə tədris etdiklərim – bədən tərbiyəsidir ki, o da birbaşa neyrobiologiya ilə əlaqəlidir.
Uşaqlıqdan idmanla məşğul oluram – yüngül atletika və Aykido. Aykido üzrə qara kəmərim var, həmçinin şüvüllə hündürlüyə tullanma üzrə çempionam.
Art of Movement platformasının yaradıcısı ilə müsahibə

Art of Movement platformasının yaradıcısı ilə müsahibə

© Ali Mardanov

13 yaşımda olarkən ilk dəfə parkurla videoçarxa baxdım və elə o zaman bununla məşğul olmaq istəyidiyimi anladım. Parkurda hər bir tullanış, hər bir hərəkət riskdir. Yaşadığın anın dəyərini anladığın zaman əsl həyatı başa düşürsən. İlk əvvəl mən məktəbdə partaların üstündən, pilləkənlərdən tullanırdım. Sonra bu marağım yavaş-yavaş böyüyərək hobbiyə çevrildi və indi bu artıq mənim həyatımın ayrılmaz bir parçasına çevrilib. Son bir il yarım ərzində mən əsasən parkurla məşğul oluram.
Məqsədim insanlara parkurun sadəcə adrenalin, ağılsızcasına damdan-dama edilən tullanma, səmərəsiz risk olmadığını göstərməkdir. Bu, daha böyük bir anlayışdır – parkurla məşğul olan insan bir çox idman növündə üstünlük qazanır – qaçış, akrobatika, gimnastika. Bu, vücudun başqa bir bacarığıdır, burada vacib olan şey - buna doğru gələrkən keçdiyin yoldur – vəziyyəti cəld qiymətləndirmə bacarığı, koordinasiya, analitika, qorxuya üstün gəlmə.
Art of Movement vasitəsilə tələbələrimə çatdırmaq istədiyim də məhz budur. Bu, yekun nəticədə müxtəlif şeylərlə – dırmanma, tullanma, rəqsetmə, üzmə ilə maraqlanan insanları bir araya gətirən bir platformadır.
Art of Movement sadəcə parkur deyil
Əli Mərdanov
İstərdim ki, AOM idman zalına yalnız əzələlərini şişirtmək üçün deyil, zövq almağa və inkişaf etməyə kömək edən bir idman növü ilə məşğul olmaq üçün gedən fəal insanları birləşdirən ideologiyaya çevrilsin. İnsan hər şeyə qadirdir – qeyri-mümkün sayılan nəticələrə çatmaq, qorxuya, tənbəlliyə, özünə inamsızlığa üstün gəlmək.
Art of Movement platformasının yaradıcısı ilə müsahibə

Art of Movement platformasının yaradıcısı ilə müsahibə

© Ali Mardanov

Sənin qrafikin çox sıxdır, bəs hər şeyə necə vaxt tapırsan? Həm də, eyni vaxtda bir neçə işlə məşğul olduqda, işin keyfiyyəti itmirmi?
Nə qədər ki cavanam, daxili resurslarım və enerjim vardır, bu rejimdə yaşamağa davam edəcəm. Məni idarə edən gəncliyə xas olan maksimalizmdir və onun sayəsində eyni vaxtda bir neçə işi görmək üçün özümdə güc tapıram. Düzdür, praktiki nöqteyi-nəzərdən, ağlım mənə deyir ki, diqqətimi yalnız bir, maksimum isə iki işdə cəmləməliyəm. Görülmüş işin keyfiyyətini itirməmək üçün öz işlərini prioritetləşdirmək çox mühümdür.
Bizneslə məşğul olan istənilən adamlarda olduğu kimi, əsas amillərdən biri pul və gəlirdir. Maliyyə sənin üçün hansı yeri tutur?
Pul – istənilən biznesin vacib elementidir. Bəli, mənim üçün bu vacibdir, amma çox qazanmaqda məqsədim daha varlı olmaq deyil. Düşünürəm ki, nə qədər çox qazansam, öz işimi daha çox genişləndirə bilərəm, etdiyim iş daha keyfiyyətli olar. Belə ki, gəlirimin artmasına baxmayaraq, özümə sərf etdiyim xərclər əvvəlki kimi qalıb. Məqsədim bahalı maşın, bahalı ev, aksesuar və s. almaq deyil. Amma öz işimə sərmayə kimi yatıracağım əlavə resurslara malik olmaq istərdim.
Özünü müxtəlif işlərdə sınamış bir insan kimi, Azərbaycanda biznesə yenicə başlayan sahibkarlara nə tövsiyə edərdin?
İstənilən işə başlayarkən, yaxşı olardı ki, kapital şəklində əlavə resursların və investorların olsun. Belə ki, istənilən yeni iş bilinməz, sınanmamış bir yoldur. Hər şey çox asan və sadə görünə bilər, amma iş əsnasında çoxlu sayda gözlənilməz nüanslar ortaya çıxır. Verəcəyin hər qərarı yüz ölçüb bir biçməlisən ki, bu da hər zaman mümkün olmur. Bununla yanaşı, öz işini sevməli və ona inanmalısan, əks təqdirdə, onun heç bir mənası olmaz. Çox gözəl anlayıram ki, sevdiyin bir işlə məşğul olmaq və bondan zövq almaq çox nadir haldır. Üstəlik, bunu başqalarına ötürmək çox mühüm, eyni zamanda mürəkkəb bir işdir, çünki bu, sənin dərk etdiyindir, sənin yanaşmandır. Və əlbəttə ki, anlamalısan ki, öz işini görmək 24/7 rejimində çalışmaq deməkdir.
Dünyanın hər yerində nöqtəsində olduğu kimi, Azərbaycanda da, öz işini açmağın üstün və çatışmayan cəhətləri var. Bunun burada mümkün olmadığını söyləyənlər sanki öz qorxu və inamsızlığına bəraət qazandırır. Bunu başa düşmək üçün sınamaq lazımdır. Əgər baş tutarsa, lap yaxşı, yox alınmazsa, heç olmazsa, növbəti cəhd üçün təcrübə qazanmış olacaqsan.
Son sualım arzuların və məqsədlərinlə bağlıdır
Biznesə gəlincə, öz işimi genişləndirmək, inkişaf etdirmək istəyirəm. İstərdim ki, mənim konsepsiyam, yəni Art of Movement franşizaya çevrilsin. İnsanlar başa düşsünlər ki, bu məkan ailələrin gəldiyi yerdir və hər kəs burada özünə lazım olanı tapa bilər – istər idman olsun, istər ünsiyyət, istərsə də rəqs və s.
Art of Movement platformasının yaradıcısı ilə müsahibə

Art of Movement platformasının yaradıcısı ilə müsahibə

© Ali Mardanov

Amma əgər şəxsi məqsəd və arzularımdan danışsaq, bu, 30 yaşımadək nail olmaq istədiyim bir məqsəddir. Səyahət etmək istəyirəm və getmək istədiyim müəyyən yerlər vardır – Tibeti, İslandiyanı, daha sonra isə şimal şəfəqini seyr etmək istədiyim. Afrikada, hansısa bir kənddə müəllim kimi işləmək istərdim. Sonra isə Çinə səyahət edib yük gəmisi ilə Yeni Zellandiyaya getmək, bədənimə Maori tatusu həkk etdirmək istəyirəm (Red. qeydi: Maori qəbiləsinin təsviri – Maori adlı tatular öz başlanğıcını eyni adlı qəbilədən götürmüşdür və onların tarixi neçə-neçə əsrlər öncəyə gedib çıxır. Əvvəllər, bu tatular öz daşıyıcılarının statusunu bildirir, onun allahlarla həmrəyliyinə, cəsarət və müdrikliyinə işarə edir, habelə, onun bədəninə güc və gözəllik verirdi).
Nə deyim, sənin kimi hərtərəfli insan üçün tam adekvat bir arzudur! Sənə uğurlar! Qoy istədiyin hər bir şey gerçəyə çevrilsin!