Qaçış

Əngəllər sərhəd tanımır: Bir çempionun hekayəsi

Danışacağımız hekayə həyatda baş verən bütün ağılasığmaz çətinliklərə rəğmən daim irəli baxmaq və əzmkarlıq göstərməyə gözəl nümunədir.
Red Bull tərəfindən yazılıb
dəq. oxuPublished on
Wings for Life World Run

7 may, 15:00, Dövlət Bayrağı Meydanı

Gəl, bütün dünya ilə eyni anda qaçaq!

Lənkəranda çox geniş yayılan ağır atletika 8 yaşlı Rüstəmi özünə cəlb edir. Elə bundan sonra Rüstəmin bu idman növünə həm marağı artır həm də uğur bir-birinin ardınca gəlir.
İndi Rüstəmin 24 yaşı var və həyatında çox şeylər dəyişsə də, dəyişməyən onun pozitivliyi, həyata sevgisi və əzmkarlığıdır.
Rüstəm İmanzadə

Rüstəm İmanzadə

© Rüstəm İmanzadə

Rüstəm, uğurlarının səbəbini nədə görürsən?

Rüstəm İmanzadə

Rüstəm İmanzadə

© Rüstəm İmanzadə

Səbəb güclü dissiplindir. Mən yuxu rejimimə, qidalanmağıma çox diqqət edirdim. Düşünürəm ki, əgər idmançı tənbəl deyilsə və deyilənlərə əməl edirsə demək ki, çempionluğa gedən yoldadır.
Quotation
Bir idmançının uğurlarının qarşısına alan tənbəllikdir.

Deyə bilərikmi, idmançını həm uğura və həm də uğursuzluğa aparan elə məşqçidir?

Rüstəm İmanzadə

Rüstəm İmanzadə

© Rüstəm İmanzade

Tamamilə razıyam. Çünki, mənim karyeramın ən yaxşı dönəmində baş verən hadisə məni idmandan uzaqlaşdırdı. Mən günahkar məşqçiləri hesab edirəm. Çünki 20 gün ərzində ağır bir yarışa qatılmaq, istirahət etməmək nə qədər düzgün ola bilərdi ki? Mən özümdən böyüklərlə bir yarışırdım. Və istirahət etmədən. Hər bir idmançı ağır yarışdan sonra 1-2 ay ərzində dincəlməlidir.

İdman zamanı zədələnmə hallarının baş vermə səbəbi əsasən nədir?

Mən deyərdim məşqçilərin məsuliyyətsizliyi və diqqətsizliyi. Çünki idmançı ilə birbaşa çalışan məşqçidir və idmançı məşqçinin dediklərinə əməl edir. Əgər idmançı zədə alırsa demək ki, məşqçi haradasa nəyisə düzgün etməyib.
Ümumiyyətlə idman zamanı baş verən zədələrin nəticəsi idmançını əlil arabasına məhkum edə bilir. Onurğa sütunu zədələri müalicəsi çətin və zaman aparan bir dönəmdir. Bəs tibb nə qədər inkişaf edib?
Neyrocərrah Cəmil İskəndərov tibbdə əldə edilən nailiyyətlər barədə danışıb.
Neyrocərrah

Cəmil İskəndərov

© Cəmil İskəndərov

Əlil arabası istifadəçilərinin yenidən normal həyata qayıtması nə qədər realdır?

Onurğa zədələrinin problemli cəhətlərindən biri də odur ki, onlara vaxtında müdaxilə olunmazsa əlilliyə gətirib çıxara bilər. Günümüzdə idman zamanı hərəkətin düzgün icra edilməməsi müəyyən müddətdən sonra çox ciddi problemlərə səbəb ola bilir. Qarşıdan yay ayları gəlir və bir çox gənclərin hətta suya düzgün tullanmadıqlarına görə onurğa zədələnmələri halları ilə üzləşdiyi müşahidə olunur.
Ciddi problemlər zamanı əməliyyatdan əlavə müalicələrin də düzgün aparılması mütləqdir. Əlil arabasına möhtac olmuş və lazımi əməliyyatı icra olunaraq ayağa qalxan, əlil arabasından uzaqlaşmış pasientlərmiz var. Burada ən önəmli olan bütün prosedurların paralül və düzgün aparılmasıdır.

Nümunələr varmı?

Əgər onurğa beyni, sinir elementlərinin tam qırılması baş verməyibsə hər zaman itmiş hərəkətlərin bərpası mümkündür. Bu səbəbdən də sinir elementlərinin tam qırılması baş vermədiyi hallarda mümkün olan cərrahi əməliyyat, bərpa prosedurları, konservativ müalicələr davam etdirilməlidir.
Rüstəm bəzi tibbi prosedurlardan keçib və bu gün o, qismən də olsa ayaqlarını hərəkət etdirə bilir. Ancaq, uzunmüddətli müalicə və reabilitasiyaya ehtiyacı var.

Orijinal Red Bull

Red Bull Enerji İçkisi

Red Bull Energy Drink

Hazırda hansı prosedurlardan keçirsən?

Fizioterapiya demək olar ki, məni sağalmağa aparan müalicədir. Düzdü müalicələrim yarımçıq qalıb və maliyyə baxımdan problem yaşayıram. Ancaq yenə də bu mənim idmana qayıtmaq istəyimin qarşısını ala bilmir.

Sənin pozitivliyin çoxlarına örnəkdir.

Rüstəm İmanzadə

Rüstəm İmanzadə

© Rüstəm İmanzadə

Məni pozitiv saxlayan deyərdim psixologiyamın güclü olmağıdır. Məncə psixologiyası güclü olan adam hər şeyə qadirdir. Və təbii ki inam. Mən inanıram ki, yenidən ayaqlarım üstündə dayanacam və idmanımla məşğul olmağa davam edəcəm.
Fizioterapiya zamanı

Fizioterapiya zamanı

© Rüstəm İmanzadə

Elə buna görədir ki, Wings for Life World Run qaçışında iştirak edərək, mənim kimi idman zaman alınan zədə nəticəsində əlil arabası istifadə edənlərin problemlərini cəmiyyətə çatdırmaq, insanları daha diqqətli olmağa çağırmaq istəyirəm.
Həyatımızda hər nə baş verirsə, bu bizi ruhdan salmamalı, əksinə daha da irəli aparmalıdır. Məni mənəvi olaraq ayaqda saxlayan da məhz budur.
7 may, 15:00-da, Dövlət Bayrağı Meydanında gəl bir yerdə qaça bilməyənlər üçün qaçaq!