Dünyanın və bütün dövrlərin ən yaxşısı statusu hər zaman mübahisələr yaradır, çünki insanlar bunu bəzən medallara, bəzən individual nailiyyətlərə, bəzən isə güclü xarakterə görə təyin edir. Tarix boyu müxtəlif idman növləri arasında bir çox idmançı bu meyarların hər birində özünü sübut edə bilmişdir və hazırda da bütün dövrlərin ən yaxşısı ünvanına layiq görülürlər. Bu məqaləmizin mövzusu isə ən yaxşılar arasından seçdiyimiz 8 idmançı və onların uğurlarıdır.
Nadya Komaneci (Gimnastika)
Cəmi altı yaşında kəşf edilən Komaneci, Olimpiya oyunları çərçivəsində mükəmməl 10 bal toplayan ilk gimnast idi. Çoxlu qızıl olimpiya medallarının qalibi olan Nadya adı hələ də mükəmməl 10-luqla sinonimdir. O, 14 yaşında çoxnövçülük və gimnastika üzrə ən gənc Olimpiya çempionu kimi dünya rekorduna sahib olmuşdur. Bu status artıq ondan başqasında ola bilməyəcək bir uğurdur, çünki yenidən işlənmiş yarış qaydaları yalnız 16 yaşdan yuxarı idmançıların yarışmasına icazə verir.
Rocer Federer (Tennis)
Roger Federer bütün zamanların ən böyük kişi tennisçilərindən biri kimi qəbul edilir və 2002-ci ildən bəri ilk 10-da yer alır, zədə onu mövsümdən çəkilməyə məcbur etdiyi 2016-2017-ci illər istisna olmaqla. Federerin sahib olduğu rekordların siyahısı demək olar ki, sonsuzdur, lakin diqqətəlayiq məqamlar arasında 20 “Grand Slim” titulunu qazanmaq, hər bir “Grand Slam” finalına ən azı beş dəfə çıxmaq və dünyanın bir nömrəsi titulunu ardıcıl 237 həftə özündə saxlamaq yer alır.
Maykl Cordan (Basketbol)
Maykl Cordan ümumiyyətlə basketbolun ən böyük oyunçusu kimi qəbul edilir. Basketbol daha çox ABŞ-da populyar olsa da, Cordan bütün dünyada məşhurlaşmağı bacarmışdı. 1999-cu ildə o, ESPN tərəfindən 20-ci əsrin ən böyük idmançısı seçilib və uğurlarının böyük hissəsini “Çikaqo Bullz”da oynayarkən əldə edib. Cordan altı qat NBA çempionu və beş dəfə “NBA-nın Ən Dəyərli Oyunçusu” ünvanına layiq görülmüş və karyerası ərzində bir çox başqa mükafatlar da əldə etmişdir.
Maykl Felps (Üzgüçülük)
Üzgüçülük idman həvəskarlarının böyük əksəriyyətinin hər dörd ildən bir sadəcə bir həftə maraqlandığı idman növüdür. Bununla belə, Felps hovuzdakı hər kəsdən açıq-aşkar yaxşı və dominant olduğu üçün, bunu görmək, əldə etdiyi 23 qızıl (ümumilikdə 28) medalın qeyri-adiliyini unutdurur. Olimpiya qızıl medalçısı 200 metr məsafəni təxminən 1,42 dəqiqəyə üzə bilirdi, bu da təxminən 7,6 km/saat sürətə bərabərdir. Təəccüblü deyil ki, onu “Baltimur gülləsi” adlandırırdılar.
Serena Uilyams (Tennis)
Amerikalı tennis superulduzu Serena Uilyams açıq era ərzində “Grand Slam” yarışlarında, kişi idmançılar da daxil olmaqla, bütün digər tennisçilərdən daha çox qalibiyyət əldə etmişdir. Güclü oyun tərzi ilə qadın tennisində inqilab etmiş Uilyams, karyerası ərzində bir çox təzyiqlərə də məruz qalmışdır. Böyük bacısı Venus Uilyamsa qarşı əsassız tənqid, irqçilik və idmanda rəqabət kimi saysız-hesabsız maneələrlə üzləşmişdir.
Useyn Bolt (Qaçış)
9,58 saniyə, Useyn Boltun 2009-cu il Dünya Çempionatında 100 metr məsafəyə qaçdığı rekord vaxtdır. 2008-ci il “Pekin Olimpiadası”nda o, 200 metr və 4x100 metr məsafəyə estafet yarışlarında qalib gələrək hər ikisində dünya rekordu vurdu. Dörd il sonra “London Olimpiadası”nda Bolt, 4x100 metr məsafəyə estafetdə daha bir dünya rekordu vuraraq hər üçündə bir daha qızıl qazandı. Boltun rəqibsiz sürəti ona dünya rekordlarını qırmağa kömək etdi ki, bəlkı də bəziləri heç vaxt yenilənməyəcək.
Toni Hauk (Skeytbord)
Toni Hauk skeytbord üzrə mükəmməl nəticələr əldə etmiş və ən yaxşılar arasında öz yerini ən öndə tutmuşdur. “Bu mənim həyatımın ən yaxşı günüdür” dediyi gün o, iki yarımlıq hava hərəkətini tamamlamaqla “900” yerə endirən ilk skeydborçu olmuşdu. 2009-cu ildə Hauk açılış mərasimində Skeytbordinq Şöhrət Zalına daxil edildi. 2016-cı ildə yəni 48 yaşında Toni Hauk hələ də yaşlanmadığını sübut etmiş və son dəfə “900”ü tamamlamağı bacarmışdı.
Kris Hoy (Velosiped)
Hoy 11 qat dünya çempionu və 6 qat olimpiya çempionudur. Ümumilikdə yeddi olimpiya medalı, altı qızıl və bir gümüş ilə Hoy bütün zamanların ən çox mükafat alan ikinci olimpiya velosipedçisidir. 2012 və 2021-ci illər arasında o, Britaniyanın ən uğurlu olimpiyaçısı və bütün zamanların ən uğurlu olimpiya velosipedçisi olub. 2021-ci ildə o, nəhayət hər iki rekordu, keçmiş həmkarı və rəqibi Ser Ceyson Kenniyə verdi. Onun dörd fənn üzrə on yeddi qlobal titulu Hoy-u bütün dövrlərin qlobal səviyyədə ən uğurlu trek velosipedçisi edir.
Siyahıda yer alan bütün idmançıları uğurlu edənin əzmkarlıq və çox çalışmaq olduğuna əminik. Əgər yetərincə istəklisənsə, sənin də ən yaxşı olmaq şansın var. Məqaləmizi ən yaxşı olmaq istəyənlərlə bölüşməyi də unutma!