Rhiannan Iffland ve Jonathan Paredes
Texnologiya

Hər kəs onu müzakirə edir. Clubhouse nədir?

© Dean Treml/Red Bull Content Pool
Clubhouse sosial şəbəkəsi nə üçün bu qədər populyarlaşdı, şəbəkədə kimləri təqib etməliyik və ondan necə istifadə edə bilərik? Clubhouse sosial şəbəkəsinə dair tövsiyələr RedBull.com-da
Red Bull tərəfindən yazılıb tarixində nəşr olunub
Clubhouse nədir? Bu məqalədə sən yeni texnologiya hədiyyəsi olan Clubhouse haqqında hər şeyi tapa bilərsən. Gəl başlayaq.

Clubhouse nədir?

Sadə dillə desək, Clubhouse insanların yalnız öz səslərindən istifadə edərək ünsiyyət qurduğu yeni nəsil sosial şəbəkəsidir. Clubhouse-da səsdən başqa ünsiyyət qura biləcəyiniz bir əlaqə vasitəsi yoxdur. Yəni heç kəs heç kəsə gizli bir mesaj və ya başqa bir şey göndərə bilməz. Bundan əlavə, bu şəbəkədə bəyəndiyini göstərə və ya şərh yaza bilməyinə imkan yoxdur. Hazırda bir çox sosial şəbəkələrdə rast gəlinən zaman şkalası (timeline) Clubhouse da sosial şəbəkəsində mövcud deyil.

Clubhouse-un qurucuları və tarixi

"Clubhouse şəbəkəsini kim yaradıb? Bu şəbəkə nə vaxtdan populyarlıq qazanmağa başlayıb?" suallarına cavab axtarırsansa, bizdən ayrılma. Clubhouse sosial şəbəkəsi Paul Davison ve Rohan Seth-in təsis etdiyi Alpha Exploration şirkəti tərəfindən yaradılmışdır. 2020-ci ilin aprelində istifadəyə verilən bu şəbəkənin populyarlaşmağa başladığı tarix 2020-ci ilin dekabr ayıdır.

Clubhouse şəbəkəsinə necə daxil olmaq olar?

Təəssüf ki, Clubhouse-a üzv olmaq üçün əhəmiyyətli yerlərdə tanışların olmalıdır. Daha doğrusu, əvvəlcə Clubhouse-dan istifadə edən bir dostundan dəvət almalısan. Dəvət aldıqdan sonra telefon nömrənlə qeydiyyatdan keçib özünə istifadəçi adı seçirsən. Sonra sənə telefonundakı əlaqə siyahında olan Clubhouse abunəçilərini avtomatik olaraq təqib etməyin təklif olunur. Bu məqamda sən özün qərar verirsən. Təklifi qəbul da edə bilərsən, ondan imtina da edə bilərsən. Təqib siyahısından keçdikdən sonra maraqlarını seçə biləcəyin bir səhifəyə yönəldiləcəksən. Bu səhifədə maraq dairələrini seçib növbəti düyməni sıxırsan. Bütün bu prosedurları etdikdən sonra qarşına otaq təklifləri gəlir. Artıq şəbəkədən istədiyin kimi istifadə edə bilərsən.
Artıq Clubhouse şəbəkəsindəyik.
Artıq Clubhouse şəbəkəsindəyik.

Clubhouse-dan necə istifadə etmək olar?

Qeydiyyat prosesi başa çatdıqdan sonra təklif olunan otaqlara daxil ola və ya istədiyin otağı axtara bilərsən. İstənilən bir otağa girəndə üç fərqli təsnifat görəcəksən. Bunlar aşağıdakılardır: Səhnədəkilər və ya danışanlar, səhnədəkiləri və danışanları tanıyanlar, otaqdakı digər insanlar. Gördüyün kimi hər şey çox sadədir. Yəqin ki, istifadənin asan olması Clubhouse-un sürətlə böyüməsində mühüm rol oynayır.
1. Səhnədəkilər və ya danışanlar kimlərdir və nə edə bilərlər?
danışmaq səlahiyyətinə sahibdirlər və təbii ki, bu səlahiyyətdən də istifadə edirlər. Onlar çox danışırlar.
2. Səhnədəkiləri tanıyanlar
Bu insanlar otaq sahiblərini təqib edənlər də adlandırıla bilər. Danışmaq üçün əl qaldırmalıdırlar. İstədikləri an söhbətə qoşulub söz deyə bilməzlər. Onlar yalnız moderatorun icazəsi ilə danışa bilərlər. Bəli, burada müəyyən iyerarxiya var.
3. Otaqdakı digər insanlar
Başqa sözlə, otağa daxil olan tamaşaçılardır. Onların əsas hüquq və azadlıqları bir qədər məhduddur. Məsələn, onların danışma səlahiyyəti yoxdur. Danışmaq üçün əl qaldırmaq məcburiyyətindədirlər. Moderatorların razılığı olarsa, səhnəyə çıxıb bir-iki söz deyə bilərlər. Ancaq əslində bu şəbəkənin gözəlliklərindən biri də budur ki, sən otaqlardakı söhbətlərdə iştirak etmədən onları istədiyin qədər dinləyə bilərsən.

Nə üçün Clubhouse bu qədər populyarlaşdı?

Cloubhouse sosial şəbəkəsinin bu qədər populyar olmasının səbəblərindən biri də onun xüsusi üzvlük sisteminə malik olmasıdır. İstifadəçilərin yalnız dəvətnamə ilə qeydiyyatdan keçə bilmələri amilinin özü də bu sosial şəbəkəyə kortəbii bir maraq doğurur və istifadəçi sayını artırır. Barak Obama, Elon Musk, Mark Zuckerberg və digər tanınmış simaların Clubhouse sosial şəbəkəsinə qoşulması da ondan istifadə edənlərin sayının artması səbəblərindəndir.
Sosial şəbəkənin yeni adı – Clubhouse
Sosial şəbəkənin yeni adı – Clubhouse

Clubhouse digər platformalardan nə ilə fərqlənir?

Clubhouse-un digər sosial şəbəkələrindən əsas fərqi onun çox aktiv olmasıdır. İstifadəçilər bu şəbəkədən yalnız danışmaqla və ya dinləməklə istifadə edə bilərlər. Onlar bu şəbəkədə heç bir yazı və ya şəkil paylaşa bilməzlər. Halbuki İnstaqram-da bir şəkil və ya Twitter-də bir mətn paylaşdığınız zaman, aktiv olmasanız da digər istifadəçilər etdiklərinzi görə bilər.
Bu şəbəkənin ən yaxşı xüsusiyyətlərindən biri də onda saxta hesab açmağın başqa şəbəkələrindəkindən daha çətin olmasıdır. Çünki Clubhouse-da qeydiyyatdan keçmək üçün bir telefon nömrəsi və dəvət lazımdır. Birdən çox nömrə istifadə olunursa, saxta hesab yaratmaq mümkündür, lakin digər sosial şəbəkələrdəki saxta hesabların sayını nəzərə alaraq burada saxta hesabların daha az olduğunu deyə bilərik.