Josko Gvardiol EA FC 27-də Jamal Musiala-ya qarşı müdaxilə edir
© EA Sports
esports

EA FC 27-nin yeni multiplayer rejimi haqqında hər şey

25 sentyabr 2026-cı ildə dünya üzrə çıxacaq EA Sports FC 27 oyunun multiplayer rejiminə böyük və rəqabətli yeniliklər gətirir.
Tom Ward tərəfindən yazılıb
dəq. oxuPublished on
25 sentyabr 2026-cı ildə dünya üzrə çıxacaq EA Sports FC 27 oyunun multiplayer rejiminə böyük və rəqabətli yeniliklər gətirir.
Qeyri-adi yarış rejimindən tutmuş basketbol üslublu matçlara, küçə futboluna və tamamilə yeni "The Grounds" funksiyasına qədər – EA Sports FC 27 bu dəfə dostlarla oyun əyləncəsinə hər zamankından daha çox diqqət ayırıb. Oyunçuların daha axıcı hərəkətləri, təkmilləşdirilmiş standart vəziyyət dinamikası və daha ağıllı süni intellektlə yanaşı, bu yeniliklər seriyanın ən yeni oyununu azarkeşlərin tam ürəyincə edir.
Geniş açıq dünya tipli sosial mərkəzi və hətta boççe (bocce ball) oynamaq şansı ilə (bəli, zarafatsız) – EA Sports FC 27-ni dostlarınla oynamaq haqqında bilməli olduğun hər şeyi bir araya topladıq.
01

The Grounds

The Grounds in EA Sports FC 27.

"The Grounds" sözün əsl mənasında oyunun qaydalarını kökündən dəyişir.

© EA Sports

EA Sports FC 27-nin gətirdiyi əsas sosial yenilik klassik "Clubs" rejimini yenidən formalaşdıran, "The Grounds" adlı açıq dünyalı yeni sosial mərkəzdir. Burada bəyənəcəyin çox şey var.

Orijinal Red Bull

Red Bull Enerji İçkisi

Red Bull Energy Drink
PlayStation 5, Xbox Series X|S, PC və Nintendo Switch 2 platformalarında əlçatan olacaq bu yeniliyi EA "oyun oynamağın ən sosial yolu" adlandırır. Çünki bu ortaq məkanda təkcə sən və dostların deyil, eyni anda 100-ə qədər oyunçu bir araya gələ bilir.
Mərkəzdəki "Terrace" hissəsi oyunöncəsi gözləmə otağı rolunu oynayır. Buradan məkanı seçib, Avropa və Cənubi Amerikanın futbol mədəniyyətinə ilhamlanan üç fərqli meydançadan birində səmimi, yığcam futbol matçlarına qatılırsan. Oyun işıq üzü görəndə aktiv olacaq meydançalar bunlardır: Fransanın küçə futbolu havasını daşıyan Monklert (Montclair); Argentinanın Seysa (Zeiza) məhəlləsi; və Böyük Britaniyadakı şənbə səhəri həvəskar futbol ruhunu yaşadan Parksayd (Parkside).
"The Grounds" konseptini qavramaqda çətinlik çəkirsən? Heç narahat olma – oyun sənə bu mühitdəki hər şeyi başa salacaq dörd mentor təqdim edir. Bunlar Aleks Hanter (FIFA 17-dən FIFA 19-a qədər davam edən "The Journey" hekayə rejiminin baş qəhrəmanı), Kilian Mbappe, Xloya Kelli və Paulo Dibaladır. Mentorunu diqqətlə seç – istər 11v11 matçlara qatıl, istərsə də dostlarınla yeni 1v1, 2v2 və 3v3 formatlarında oyna, onların təcrübəsi oyun üslubunun formalaşmasına kömək edəcək.
02

Təkmilləşdirilmiş "Clubs"

Four men in tracksuits in EA Sports FC 27.

Dostlarla oynamaq hər zamankından daha rahatdır.

© EA Sports

"Clubs" rejimi EA Sports FC 27-də yenidən qarşımızdadır, lakin bu dəfə Liqalar və Pley-offlarla birgə "The Grounds" mərkəzinin tərkibinə daxil edilib. "Clubs" təcrübəsinə, eləcə də 11v11 Klub Turnirləri kimi genişləndirilmiş canlı tədbirlərə keçid etmək üçün sadəcə öz Clubhouse-a daxil olmaq kifayətdir.
Bu rejim dostlarınla birgə başqa klublara qarşı gücünü yoxlamaq üçün yeni imkanlar açır. Müxtəlif raundlardan ibarət turnirlər, daim dəyişən matç qaydaları və mükafatlar oyunu hər an dinamik və maraqlı saxlayır. Çox sevəcəyin (bəlkə də bir az çəkinəcəyin) xüsusi qaydalardan bir neçəsi bunlardır: "Mystery Ball", "King of the Hill", "Survival" və "Headers and Volleys".
03

Mini oyunlarla əyləncənin dozası artır

Bucketball action in EA Sports FC 27.

"Bucketball" oyunu tamamilə alt-üst edir.

© EA Sports

Hər matç ilin ən vacib final görüşü olmalı deyil. Hərdən sadəcə rahatca top qovmağın da öz ləzzəti var. Məhəllədə dostlarla topu divara çırpdığın günləri xatırlayırsan? Ya da parkda qapı tirini vurmaq üçün yarışdığın o anları? EA Sports FC 27 bir sıra yeni, yığcam funksiyalarla məhz həmin uşaqlıq əyləncəsini geri qaytarır və futbola fərqli gözlə baxmağına imkan yaradır.
Xüsusilə, yeni "Kickabouts" funksiyası dörd fərqli mini oyunu sınaqdan keçirməyə imkan verir:
Goal Control: Ayrılan vaxt ərzində rəqibə mümkün qədər çox qol vurmağa çalışırsan.
Big Race: Topla maneələri keçərək finiş xəttinə birinci çatmaq yarışıdır.
Bucketball: 2v2 futbolla basketbolun sintezidir. Orta ölçülü meydançada keçirilən 3 dəqiqəlik matçlarda topu qapıya yox, rəqibin səbətinə keçirməlisən.
Balloon Ball: "Dodgeball" (yandır-yandırdı) oyunundan bəhrələnən, dörd nəfərin "hər kəs təkbaşına" formatında qarşılaşdığı çox dinamik rejimdir.
04

Bocce Ball

Tamamilə yeni oyun üsullarına xoş gəldin.

Tamamilə yeni oyun üsullarına xoş gəldin.

© EA Sports

Sırf əyləncə üçün EA Sports FC 27 oyuna tamamilə yeni "Bocce Ball" mini oyununu daxil edib. Bu, hərəsi 1 dəqiqə davam edən 3 raundluq, 3 nəfərlik ("hər kəs təkbaşına") bir qarşılaşmadır. Aydın məsələdir ki, bu bildiyimiz futbol deyil, amma dəqiqliyini və əsəblərini yaxşıca sınaqdan keçirəcək.
Hər raundda əlavə olunan yeni maneələr oyunu getdikcə daha da çətinləşdirir. Xal qazanmaq üçün topları dərhal hədəf zonasına ötürməli və ya birbaşa ora vurmalısan.
Top hədəfə düşən kimi vaxt geriyə saymağa başlayır. Vaxt bitəndə həmin hədəf daha da kiçik zonalara bölünür və bu proses 3 raund boyunca belə davam edir. Hədəf bölünən anda onun daxilində nə qədər çox topun qalsa, bir o qədər çox xal yığırsan. Oyunun sonunda ən çox topu hədəfdə saxlayan qalib gəlir.
05

Daha çox əyləncəli yeniliklər

Oyun üslubun necə olursa-olsun, özünə uyğun rejimi rahatlıqla tapacaqsan

Oyun üslubun necə olursa-olsun, özünə uyğun rejimi rahatlıqla tapacaqsan

© EA Sports

EA FC 27-nin multiplayer rejimində əyləncəli məqamlar bununla bitmir. "The Grounds" daxilində vaxtaşırı "Drop Kick Targets" funksiyası peyda olacaq – bu, oyunçulara qarşılarına çıxan hədəfi dərhal nişan almaq şansı verir. Məlumata görə, bu funksiya oyun işıq üzü görəndən sonra da inkişaf etdiriləcək.
Həmçinin oyuna "Amps" funksiyası əlavə olunub. Bu, nostalji yarış oyunlarındakı təsadüfi "gücləndiricilər" kimi, matçın gedişində idmançına müvəqqəti üstünlük verən bir özəllikdir. Məhdud müddət ərzində aktiv olan bu gücləndiricilərin hər biri oyunçunun konkrekt bir göstəricisini artırır.
"The Grounds"un növbəti üstünlüyü isə geniş fərdiləşdirmə imkanlarıdır. Burada idmançını istədiyin stildə geyindirə bilərsən – müxtəlif rəsmi klub sponsorlarının orijinal matç geyimləri də xidmətindədir.
Son olaraq, EA "The Grounds" mühitini oyun çıxdıqdan sonra da müntəzəm yeniləyəcəyini vəd edir. Bura yeni mövsümlər, yeni tapşırıqlar, Klub və Liqa Pley-offları, hətta mövsümi vizual yenilənmələr daxil olacaq.
Bütün bunlar onu göstərir ki, EA FC 27-də multiplayer rejimi sadəcə xatirinə yaradılmış bir əlavə deyil – əsas oyunla paralel yaşayan, daim böyüyən və uzunömürlü olacaq əsl sosial məkandır.