ƏTRAF MÜHİTİN QORUNMASI

Dəmir bankanın birdən çox ömrü var.

Biz, Red Bull-da ətraf mühitə qarşı məsuliyyətimizi yaxşı bilirik. Biz təmiz ekoloji şüurla Red Bull içməkdə Sizə kömək edirik.

Xahiş edirik bankanı müvafiq təkrar emal konteynerinə at.

... bu, təkrar emal dövriyəsinin necə başladığını göstərir.

ALÜMİNİUM

Alüminium qutularının hər biri 100% təkrar emal edilə bilər.

Alüminium haqqında faktlar

Alüminium bankaları dünyada ən çox təkrar emal edilən qablaşdırma növüdür.

Alüminium haqqında faktlar

100%

Alüminium qutularımızın 100%-i təkrar emal edilə biləndir.

Alüminium haqqında faktlar

95%

Təkrar emal ilə enerjiyə 95% qənaət edilir.

Alüminium haqqında faktlar

Alüminium bankaları dünyada ən çox təkrar emal edilən qablaşdırma növüdür.

Alüminium haqqında faktlar

100%

Alüminium qutularımızın 100%-i təkrar emal edilə biləndir.

Alüminium bankası yenidən emal edilə bilən az sayda qida qablaşdırmasından biridir - o, hətta əridilə bilər və keyfiyyətini itirmədən qeyri-məhdud sayda yenidən istifadə edilə bilər. Bu, mühüm üstünlükdür, çünki alüminium içki qutusunun təkrar emalı zamanı yeni qutunun istehsalı ilə müqayisədə 95% az enerji işlədilir. Alüminium bankalar çəki nöqteyi-nəzərindən həddən artıq yüngül, işığa davamlı, dadı dəyişməyən, formaca kompakt (yığcam), bərk və möhkəmdir. Bu cür rəqibsiz xüsusiyyətlər istehlakçı üçün yüksək keyfiyyət və içkilərin uzun müddət qalma müddətini təmin edir. Bundan əlavə, nəqliyyatla daşınma zamanı kompakt və rahat forma, həmçinin yüngül çəki nəticəsində CO₂ tullantıları azaldıla bilər.

BANKANIN HƏYAT DÖVRÜ

Təkrar Emal

Sən alüminium qutunu əridə və keyfiyyətini itirmədən qeyri-məhdud sayda yenidən istifadə edə bilərsən. Bununla əhəmiyyətli dərəcədə enerjiyə qənaət edəcəksən.

Enerjiyə qənaət

Alüminiumdan təkrar emal etməklə yeni alüminium qutunun istehsalı ilə müqayisədə enerjiyə 95% qənaət edilir.

Dəmir bankanın həyat dövrü

Alüminium ən sürətli şəkildə təkrar emal edilə bilən materiallardan biridir. Səmərəli şəkildə təkrar emal edildikdə banka cəmi 60 gün ərzində yenidən bir banka formasına salına bilər.

İSTEHSAL

Biz ardıcıl şəkildə resursları qoruyaraq istehsalı həyata keçiririk.

İSTEHSAL ÜZRƏ FAKTLAR

>16 milyon

"Divardan-divara istehsalı" ilə >16 milyon kilometrə qənaət olunur.

İSTEHSAL ÜZRƏ FAKTLAR

>11,000

Hər ik >11,000 ton az CO₂ tullantısı

İSTEHSAL ÜZRƏ FAKTLAR

Bizim karton qablaşdırmamızın, reklam ləvazimatlarımızın və qutularımızın 100%-i təkrar emal edilə bilən xam-malından hazırlanır.

İSTEHSAL ÜZRƏ FAKTLAR

>16 milyon

"Divardan-divara istehsalı" ilə >16 milyon kilometrə qənaət olunur.

İSTEHSAL ÜZRƏ FAKTLAR

>11,000

Hər ik >11,000 ton az CO₂ tullantısı

Avstriya və İsveçrədə iki istehsal sahəmizi "divardan-divara istehsal" adlandırılan formaya dəyişməklə, biz qutuların daşınma məsafələrini minimuma endirə bildik. Bu cür yenilikçi prosesdə, içkinin və qutunun istehsalı, həmçinin doldurma prosesi eyni yerdə həytata keçirilir. Doldurmadan sonra, biz qutuların əksəriyyətini dəmir yolu nəqliyyatı ilə müxtəlif yaxın portlara nəql edirik və sonra gəmi ilə bütün dünya ölkələrinə göndəririk.

DİVARDAN-DİVARA İSTEHSALI

Mərkəzləşdirilmiş ekoloji təmiz

171 bazarın hamısı üçün Red Bull bankalarının əksəriyyəti "divardan-divara" prinsipi ilə mərkəzi istehsal obyektində istehsal edilir. Bu, o demıkdir ki, istehsal və doldurma eyni məkanda həyata keçirilir - bu, böyük ekoloji faydalar təmin edir.

CO₂ -yə qənaət

"Divardan-divara" istehsalatı ilə, hər il 5 milyarddan çox dəmir qutu təyinatı üzrə çatdırılmaq üçün zavodu tərk etmədən öncə nəql edilməli və ya emal olunmalı deyil. Bununla da, hər il 30,000-dən çox yük maşınının səyahətində qənaət edilir ki, bu, da təxminən 13,000 ton CO₂ deməkdir.

Keyfiyyətə Zəmanət

Mərkəzi istehsalın əlavə üstünlükləri: yenilikçi, səmərəli texnologiyalardan dərhal istifadə edilə bilir və bu, da resursları qoruyub saxlamağa kömək edir. Əlavə olaraq, müasir proseslər və yüksək keyfiyyətli tərkib hissələri, məsələn, Alp bulaqlarından dağ suları bütün dünyada ən yüksək məhsul keyfiyyətinə zəmanət verir.

Keyfiyyət

Müasir istehsal prosesi sayəsində, biz bütün dünyada eyni məhsul keyfiyyətinə zəmanət verə bilirik.

Regional inqrediyentlər

Bundan əlavə ən müasir proseslər və istehsal bölmələrimizin yerləşdiyi yerlərdən çıxan alp suyu və şəkər kimi yüksək keyfiyyətli kənd təsərrüfatı inqredientləri dünyanın dörd bir yanında yüksək məhsul keyfiyyətinə zəmanət verir.

Yeni texnologiyalar

Səmərəliliyin artırılması və eyni zamanda təbii resursların qorunmasına kömək edən yeni texnologiyalar dərhal icra oluna bilər.

NƏQLİYYAT

Biz daima nəqliyyatla daşımanı ekoloji təmiz şəraitdə həyata keçiririk.

NƏQLİYYAT ÜZRƏ FAKTLAR

20%

Alüminium qutuların daşınmasında plastik qablaşdırmaya nisbətən 20% yerə qənaət edilir.

NƏQLİYYAT ÜZRƏ FAKTLAR

40%

Nəqliyyatla daşınma zamanı, alüminium qutulara nisbətən şüşə butulkalar üçün 40% daha çox yer tələb olunur.

NƏQLİYYAT ÜZRƏ FAKTLAR

Qutuların çəkisinin əhəmiyyətli dərəcədə azaldılması ilə resurslara qənaət edilə bilər.

NƏQLİYYAT ÜZRƏ FAKTLAR

20%

Alüminium qutuların daşınmasında plastik qablaşdırmaya nisbətən 20% yerə qənaət edilir.

NƏQLİYYAT ÜZRƏ FAKTLAR

40%

Nəqliyyatla daşınma zamanı, alüminium qutulara nisbətən şüşə butulkalar üçün 40% daha çox yer tələb olunur.

Red Bull-da, nəqliyyat və məhsul dövrünü optimallaşdırmaqla daima tullantıları azaldırıq. Kompakt və yüngül alüminium qutu nəqliyyatla daşınma, qablaşdırma və saxlama zamanı CO₂ -nin azaldılmasına gətirib çıxaran əsas faktordur. Alüminium qutuları nəqliyyatla daşınma zamanı polietilen konteynerlərə nisbətən 20%-ə qədər və hətta şüşə butulkalara nisbətən 40%-ə qədər daha səmərəlidir. Əlavə olaraq, mümkün olan hər bir vəziyyətdə biz iqlimə uyğun nəqliyyat formalarına üstünlük veririk.

Red Bull qutuları doldurulduqdan sonra, onlar Avstriya və İsveçrədən 171 ölkəyə nəql olunur. Mümkün olan zaman, daşınma gəmi və ya dəmir yolu ilə həyata keçirilir. Başqa bir seçim olmadığı zaman, yük maşınlarından istifadə edilir. Biz Red Bull-da daha çox nəqliyyat vasitəsini gəmi və dəmir yolu ilə əvəz etməyə səy göstəririk.

SƏMƏRƏLİ QABLAŞDIRMA

-40%

Nəqliyyatla daşınma zamanı, alüminium qutulara nisbətən şüşə butulkalar üçün 40% daha çox yer tələb olunur.

-20%

Nəqliyyatla daşınma zamanı, alüminium qutulara nisbətən polietilen butulkalar üçün 20% daha çox yer tələb olunur.

11q (250ml)

Hər banka üçün 11 qram - daşınma üçün daha az çəki daha az yanacağın sərf olunması və ekoloji izin daha kiçik olması mənasına gəlir.

SOYUDUCU

Biz hətta soyuducularla da enerjiyə qənaət edirik.

SOYUDUCULAR ÜZRƏ FAKTLAR

Bizim soyuducu avadanlığımızın 95%-i artıq ECO-dur.

SOYUDUCULAR ÜZRƏ FAKTLAR

45%

EKO Soyuducular sayəsində 45% enerjiyə qənaət olunur.

SOYUDUCULAR ÜZRƏ FAKTLAR

7

EKO Soyuducu bir 100 Vatlıq lampa qədər enerji sərf edir.

SOYUDUCULAR ÜZRƏ FAKTLAR

Bizim soyuducu avadanlığımızın 95%-i artıq ECO-dur.

SOYUDUCULAR ÜZRƏ FAKTLAR

45%

EKO Soyuducular sayəsində 45% enerjiyə qənaət olunur.

Red Bull ECO soyuducuları, LED işıqlandırma, enerjiyə qənaət edən havalandırıcı və gecə rejiminin avtomatik işə düşməsi kimi, enerji tənzimləyən cihazlarla ətraf mühitə daha az təsirin göstəriləməsinə töhfə verir. Bizim soyuducu avadanlığımızın 95%-i artıq ECO-dur.

ENERJİYƏ QƏNAƏT

Təbii sərinləşdiricilər sayəsində, EKO soyuducular ənənəvi soyuduculara nisbətən ətraf mühitə qarşı daha sərfəlidir və 45% az enerji tələb edir. EKO soyuduculardan və sərinləşdiricilərdən istifadə istixana qazlarının qarşısını almaq üçün daha effektivdir. Buna görə də, biz Red Bull-da EKO Soyuducular istehsal etmək öhdəliyini üzərimizə götürmüşük.

Dəmir bankaların həyat dövrünü yenidən nəzərdən keçirmək istərdin?