Red Bull Neymar Jr’s Five

2 məkan, Azərbaycan

22 Avqust – 12 Sentyabr 2021
AzerbaijanAzerbaijan, Azerbaijan

"Red Bull Neymar Jr's Five" 6 qitədə keçirilən və beş-beşə komandaların yarışdığı, sürətli, texnikalı və əyləncəli bir futbol turniridir. Budəfəki Seçim isə Azərbaycanda keçiriləcək.

Qaydalar? Çox sadədir. Hər matç həyəcan dolu 10 dəqiqədən ibarətdir. Qapıçı da yoxdur və bir komanda qol vurduqda, rəqib komanda bir oyunçusunu itirir. Dünya Finalına bilet qazanmaq üçün isə hamını üstələməlisən. Builki turnirdə 18-25 yaş arası 5 oyunçudan ibarət komandalar iştirak edə bilər. Komandalar heyətləri üçün 25 yaşdan yuxarı 2 oyunçu seçməkdə sərbəstdirlər.

“Red Bull Neymar Jr's Five 2021” çox səs gətirəcək! Odur ki, elə indi komandanı topla, meydana çıx, seçim mərhələsində partlat! Beləliklə, Dünya Finalında Neymar Jr və dostları ilə qarşı-qarşıya gəlmək şansı qazan!