Red Bull M.E.O - Azerbaijan 2019

Red Bull M.E.O. AZERBAIJAN 2019

Mobil oyunları ilə aran necədir? Əla? Elə isə Red Bull M.E.O. Azerbaijan 2019 turnirində iştirak et.

Bu platformanın üç oyunundan biri olan Clash Royale oyunu üzrə turnirdə iştirak et. Ölkə üzrə qalib ol və Madrid, İspaniyada keçiriləcək Dünya Finalında iştirak etmək şansını əldə et.

Turnir 14 və 15 dekabr, 2019-cu ildə keçiriləcək. Tələs, yerlər məhduddur.

Clash Royale - mobil strategiya oyunudur. Turnir daxili oyunların formatı olimpiya sistemi üzərində qurulub, yənı ki, uduzan – çıxır. Final görüşün qalibi isə, 3 oyun nəticəsi ilə müəyyən olacaq. Bildiyin kimi oyunlar təkbətək keçirilir. İştirak etmək üçün minimum 18 yaşın olmalıdır.

Red Bull M.E.O. (Mobile Esports Open) Clash Royale oyunu üzrə seçmə mərhələləri dünyanın 36-dan çox ölkəsində keçirilir və 2020-ci ilin fevral ayında İspaniyada Dünya Finalı keçiriləcək.

İştirak pulsuzdur.