F1 Grand Prix
© Getty Images
F1

F1 2025 Monza Qran Prisi: Qalib Maks Ferstappen

Monza sürət və qırmızı rənglə tanınır, özünəməxsus aurası ilə seçilir. “Sürət məbədi” adlanan bu trasda Maks Ferstappen sözün əsl mənasında tarix yazdı – rekordlar qırdı və möhtəşəm qələbə qazandı.
Rauf Haciyev tərəfindən yazılıb
dəq. oxuPublished on

Sıralanma turunda rekordla gələn poul

F1 GP - İtaliya

F1 GP - İtaliya

© Getty Images

Əslində sərbəst yürüşlərdən sonra əksəriyyət sıralanma turu üçün McLaren və Ferrari-nin şanslarını daha üstün görürdülər. Lakin Formula 1 atalar sözü deyir ki, sən saydığını say, gör Maks Ferstappen nələr sayır.

Orijinal Red Bull

Red Bull Enerji İçkisi

Red Bull Energy Drink
Red Bull komandasının pilotu sıralanma turunun ikinci sessiyasından etibarən üstün görünməyə başladı və bu üstünlüyünü son final sessiyasına da daşıyaraq, poul aldı. Özü də necə? Dördqat Dünya Çempionu 264.682 kilometr/saat orta sürətlə Formula 1 tarixinin ən sürətli dövrəsini vurdu. Bu isə yeni rekord demək idi. Bununla da Maks 2018-ci ildə Kimi Rəykkönenin bu trasdakı 263.588 kilometr/saatlıq orta sürətli rekordunu qırmış oldu.
Ferstappen bu dəfə əfsanəvi Şumaxerin rekordunu qıraraq yarışı qazanır
F1 Grand Prix İtaliya

F1 Grand Prix İtaliya

© Getty Images

Monza yarışının xüsusilə ilk dövrələri çox maraqlı keçdi. Maks Ferstappen yarışın bu fazasında rəqibi Lando Norrislə mübarizə aparsa da, burada üstün təsir bağışladı. O, bu yarışda başqa səviyyədə sürürdü və “sürət məbədi” ifadəsinin qarşılığını verirdi. Bunun məntiqi nəticəsi kimi Maks Ferstappen 22 illik bir rekordu qırdı. Belə ki, dördqat Dünya Çempionu yarışı 1 saat 13 dəqiqə 24.32 saniyədə tamamlayaraq, Mixael Şumaxerin Montsadakı 1 saat 14 dəqiqə 19.838 saniyəlik rekordunu geridə qoydu.
Beləliklə, Maks mövsümdə üçüncü qələbəsini qazandı. Özü də bu üç qələbədən ikisi İtaliyada keçirilən yarışlara təsadüf edir – İmola və Monza.
Bununla da, əfsanəvi trasda bu dəfə də tarix yazıldı, amma tarix kitabının üzündə artıq bir adamın adı var – Maks Ferstappen
Növbəti dayanacaq – Bakı
 F1 GP İtaliya

F1 GP İtaliya

© Getty Images

Mövsümün növbəti yarışı isə Bakıda baş tutacaq. Sürücülər “Sürət məbədi”ndən çıxıb, ən sürətli şəhər tipli traslardan birinə gələcəklər.
Red Bull Bakı Şəhər Halqasında ən çox yarış qazanmış komandadır. Onlar paytaxtımızda 4 dəfə damalı bayrağı hamıdan öndə görüblər. Honda motorlarının Monzadakı maksimal sürətlərini nəzərə alsaq, paytaxtımızda da Maks Ferstappendən növbəti qələbəni görə bilərik.
Bəs bu dəfə nələr olacaq? Yarışda nələr baş verə bilər? Məlumatlı olmaq üçün bizi izlə.