İş vaxtı
© Jakub Zeman / Red Bull Content Pool

Məhsuldarlıq sirri fasiləni necə "Əsl İşə" çevirmək Olar?

Dayan, nəfəs al və gücünü yenilə! Fasiləni səmərəli keçirmək üçün məqaləmiz səni gözləyir.
Nicat Əsgərzadə tərəfindən yazılıb
3 min readPublished on
Məhsuldarlıq haqqında düşünəndə çox vaxt ağlına daha uzun saatlar işləmək, daha çox kofe içmək və daha sürətli hərəkət etmək gəlir. Amma sənə bir sirr açım? Əsl yüksək performansın tək yolu bu deyil. Bəzən qanadlanmaq üçün sadəcə dayanıb nəfəs almaq lazımdır.
Mütəxəssislər fasiləni vaxt itkisi kimi deyil, əksinə, zehni optimal vəziyyətə gətirmək üçün vacib investisiya kimi görürlər. Əgər sən də enerjini sıfırlamaq, fokusunu kəskinləşdirmək və yanma (burnout) riskini geridə qoymaq istəyirsənsə, oxumağa davam et!

Təzyiq fəlsəfəsi

Ofisdə Skeytbord Şousu

Ofisdə Skeytbord Şousu

© [unknown]

Kriket ulduzu Smriti Mandhana, zirvədə qalmağın sadəcə fiziki bacarıqdan çox, zehni intizam tələb etdiyini sübut edir. Onun yanaşması, fasilənin qaçmaq deyil, əksinə zehni hazırlıq üçün intizamlı addım olduğunu göstərir. Mandhananın əsas aləti zehni sakitliyi təmin etmək üçün oyunlardan bir neçə dəqiqə əvvəl etdiyi "qəddar dürüstlüklə jurnal yazmaq" prosesidir. Bu jurnal sadəcə qeydlər aparmaqdan daha çox, bir növ aktiv zehni fasilədir.
Bəs yüksək gözləntilər altında boğulmaq əvəzinə, təzyiqi necə sevməyi öyrənmək olar? Mandhana üçün təzyiq, sənə qanad verən gücdür. O təzyiqi "imtiyaz" hesab edir və bunun "səni irəli aparan şey" olduğunu vurğulayır. Böyük tamaşaçı kütləsi qarşısında çıxış etməyin əlavə təzyiqini enerji mənbəyi kimi görür. Mandhana sakitliyə nail olmaq üçün nəfəsinə nəzarət edir və stadionu vizuallaşdırır. O deyir ki, fasilə bu sakitliyi əldə etmək üçün zehni təlimdir.

Mükəmməllik tələsindən qurtul

Ofisdə ara

Ofisdə ara

© Fabio Wibmer

Məşhur Hindistanlı mentor Gaur Gopal Das, fasilənin sadəcə işdən uzaqlaşmaq deyil, daxili məqsədi və enerjini bərpa etmək olduğunu öyrədir. Das vaxtı idarə etməyin illüziya olduğunu, əsas məqsədin enerjini idarə etmək olduğunu deyir. Enerjinin idarə edilməsi uzun müddətli və sakit məhsuldarlığa gətirib çıxarır.
Mükəmməllik axtarışı səni tez-tez hərəkətsiz qalmağa məcbur edə bilər. Məhsuldarlıq sənin nə qədər qüsursuz işləməyinlə deyil, nə qədər ardıcıl irəliləməyinlə ölçülür. Sən mükəmməlliyi gözləməyi dayandırmalısan və hərəkəti seçməlisən. Hətta tam hazır olmasan belə ilk addımı atmaq vacibdir.

Y-Break və mikro-fasilələr

Office Yoga

Ofisdə yoga

© Alamy

Şirkətlər yanma ilə mübarizə aparmaq və fokusu artırmaq üçün qədim Yoqa və Pranayama texnikalarını iş gününə inteqrasiya edirlər.
Bəzi aparıcı şirkətləri işçi məmnuniyyətini və stressin azaldılmasını təmin etmək üçün “Y-Break” protokolunu hazırlayıblar. Bu protokol, mütəxəssislərin iş zamanı “de-stress”, “refresh” və “refocus” etməsi məqsədilə bir neçə dəqiqəlik qısa fasilələrlə edilə bilən sadə təcrübələrdən ibarətdir. Y-Break (Yoqa Fasiləsi) üç əsas komponenti əhatə edir. Duruşlar (asanas), nəfəs texnikaları (pranayama) və meditasiya (dhyana).
Bu fasilə, sadəcə dincəlməklə kifayətlənmir həm də konsentrasiyanı və yaddaşı gücləndirir, nəticədə iş səmərəliliyini artırır. Fasilənin şəxsi seçim deyil, məcburi korporativ sağlamlıq strategiyasına çevrilməsi, yüksək yanma səviyyəsinə sakit və elmi əsaslı bir cavabdır.

Səmərəli çay fasiləsi

 İş vaxtı fasilə

İş vaxtı fasilə

© Dereck Hard

Qeyri-rəsmi “Çay fasilələri” və ya ofis ətrafında qısa gəzintilər uzun müddətdir “mikro-çiller” kimi fəaliyyət göstərir. Bu qısa anlar xüsusilə yaradıcılıq tələb edən işlərdə sənin zehnini təmizləyən və yeni perspektivlər yaradan bir “reset düyməsi” rolunu oynayır.
Unutma ki, fasiləni həqiqətən səmərəli etmək üçün, sadəcə işdən uzaqlaşmaq kifayət deyil. İş bildirişlərini söndürməyi və zehni, fiziki sağlamlıq üçün fasilələrə üstünlük verməyi tövsiyə edirik.

Dayandıqda qanadlanırsan

Məhsuldarlıq yarışında qalib gəlmək, fasiləni lüks deyil, intizamlı bir hərəkət kimi qəbul etməkdən asılıdır. Mütəxəssislərin yanaşması aydın bir mesaj verir. Dayanmaq, daxili fokuslanmağa və strateji enerji idarəçiliyinə imkan verir.
Enerjini idarə et, təzyiqi idarə et və unutma ki, daxili sakitliyin də səni irəli aparacaq! İlk beş dəqiqəlik nəfəs fasiləni indi tətbiq etməyə başlaya bilərsən.