FIFA 20 Karyera rejimində elit səviyyəli baş məşqçi olmaq üçün 5 məsləhət
© EA Sports
Oyunlar

Fifa 20 karyera rejimində mükəmməl məşqçi olmaq üçün 5 addım

İstər Fransa İkinci Liqasında olan komandanı seçərək, onu üst bir liqaya qaldırmağı, istərsə də, Mançester Siti klubunun pullarını xərcləməyi arzu et, fərq etməz, bu məsləhətləri bəyənəcəksən.
Cek Stüart tərəfindən yazılıb
4 min readPublished on
FIFA 20 üçün Karyera Rejimini inkişaf etdirmək yolunda EA Sports çox böyük və inqilabi addımlar atmışdır. Artıq FIFA 20 oyununun Karyera Rejimində təkmilləşdirilmiş mənəvi sistem, baş məşqçinin şəxsiləşdirilməsi və dinamik potensial kimi bir sıra yeni xüsusiyyətlər mövcuddur.
Mövsümi oyunçular yeni rejimdə oynamaq üçün qollarını çırmaladıqları zaman bu yeniliklərə uyğunlaşmaq məcburiyyətində qalacaqlar, lakin bu beş məsləhətlə sən öz komanda üzvlərini çevik şəkildə seçə biləcəksən. Oyuna liderlik et, öz klubunun Çempionlar Liqasının mükafatını qazanmaq uğrunda mübarizədə onlara dəstək ol.

1. Qeyri-adi potensiala malik oyunçular axtarmağa davam et

Dünyanın ən parlaq gənc istedadlarını transfer etməyə çalış

Dünyanın ən parlaq gənc istedadlarını transfer etməyə çalış

© EA Sports

Karyera Rejiminin ən yaxşı xüsusiyyətlərindən biri öz gənc oyunçularının inkişaf edərək dünyanın ən yaxşı oyunçularına çevrilməsini izləməkdir. İlk mövsümün başlanğıcında təkmilləşdirmək istədiyin sahələri nəzərdən keçir və daha sonra bu vəzifəni icra etmək üçün inkişaf edəcək parlaq potensiallı bir oyunçu tap.
Karyera Rejimində hər bir oyunçunun çata biləcəyi ümumi göstəricini izah edən “potensial” adlı gizli meyar var ki, sən ona skaut hesabatlarında rast gələ bilərsən. “Böyük potensialı var” ifadəsi müəyyən oyunçunun təxminən 80-84, “parlaq gələcəyi var” ifadəsi oyunçunun 85-89, “mükəmməl oyunçu olma potensialı var” ifadəsi isə sözügedən oyunçunun 90 və ya daha yüksək ümumi göstəriciyə qədər yüksələ biləcəyini göstərir. Oyuna yenicə əlavə edilmiş dinamik potensial sayəsində oyunçular öz həddini aşaraq daha yaxşı oyun nümayiş etdirə bilir.

2. Yep-yeni standart vəziyyət sistemini öyrən

FIFA 20 oyunu üçün cərimə zərbəsi və onbir metrlik cərimə zərbəsi (penalti) sistemləri tamamilə yenilənmişdir. Xüsusilə də zərbə endirdiyiniz zaman topun burulmasına nəzarət baxımından cərimə zərbələrinə alışmaq müəyyən vaxt aparacaq.
Sol coystik ilə zərbə endirmək istədiyin hissəni hədəfə al və tamam fərqli bir burulma zərbəsi endirmək üçün sağ coystiki hərəkətə gətir – bunu nə qədər sürətli edərsənsə, bir o qədər də topun burulması çox olar. Zərbənin daha maili, daha dik və ya daha dərindən endirilməsini seçə və zərbənin qola çevrilmə ehtimalını artırmaq üçün müəyyən vaxt ərzində tamamlama funksiyasından istifadə edə bilərsən. Yüksək mürəkkəblik səviyyəsində oynamaq xüsusi bacarıq tələb edir. Məhz buna görə standart vəziyyətlərdə göstərəcəyin hərəkət ustalığı qalibiyyət və məğlubiyyət arasında fərq yarada bilər.

3. Parlayan və yüksələn ulduzlarınla oyna

Sanço FIFA 20 marketinqinə indiyə kimi ən çox cəlb olunmuş futbolçudur

Sanço FIFA 20 marketinqinə indiyə kimi ən çox cəlb olunmuş futbolçudur

© EA Sports

Daha əvvəl qeyd etdiyimiz kimi, dinamik potensial oyunçuların gözlənilən ümumi göstəricidən daha yüksək bir göstəriciyə çatmasına imkan verir. EA qeyd edir ki, hər mövsümün sonunda sənin oyunçularına nəzər salan bu oyun, oyunçuların potensialının artıb-artmayacağını müəyyənləşdirmək məqsədilə onların oynadıqları dəqiqələri, yarış üzrə orta göstəriciləri və digər statistik məlumatları (hücumçular üçün qol və ötürmələr, müdafiəçilər üçün isə qol buraxılmayan oyunlar) qiymətləndirəcək.
Dinamik potensial yalnız sənin klubunda olan oyunçulara aiddir, başqa yerdən oyunçu cəlb etməyiniz heç bir təsirə malik olmayacaq. Gənc oyunçularına inan və onların maksimum səviyyədə inkişaf etməsi üçün onlara ilk komanda oyunlarına çıxmaq şansı ver.

4. Bir-birini əvəz edən iki heyətin olsun

Bir-birini əvəz edən iki heyətin olsun

Bir-birini əvəz edən iki heyətin olsun

© EA Sports

Həmişə olduğu kimi, həmçinin bu dəfə də FIFA 20 oyununda daxili gücünü və yorğunluğunu idarə etmək xüsusi əhəmiyyət kəsb edəcək, xüsusilə də, komandan Avropa səviyyəli turnirə qatıldığı və həftə ərzində çoxlu sayda oyun keçirdiyi zaman bu, özünü daha çox göstərəcək. Keçmişdə Karyera Rejimi oynayan oyunçuların püşkatma problemlərini görən EA bu cür problemlərin aradan qaldırılması ilə məşğul olmuş və bu məsələ öz həllini yolunu tapa bilmişdir.
Sən kubok oyunları və həftəiçi keçirilən digər oyunlar üçün növbələşərək oynayacaq B-komandası adı altında birləşən çoxlu sayda komanda heyətləri yarada bilərsən. Bu nəinki sənin ulduz oyunçularının öz performanslarının ən pik səviyyəsində çıxış etməsinə imkan verəcək, həm də heyətində olan gənc oyunçuların mütəmadi inkişaf etməsinə çox yaxşı imkan yaradacaq, onlara bir qədər mənəvi güc verəcək. Yeri gəlmişkən, bir qədər mənəvi vəziyyət barəsində danışaq...

5. Komandanın mənəvi vəziyyətinə diqqət yetir

Oyunçuların göndərdiyi mesajlara düzgün cavablar tap, onlar xoşbəxt olsun

Oyunçuların göndərdiyi mesajlara düzgün cavablar tap, onlar xoşbəxt olsun

© EA Sports

Bu ilin daha bir yeniliyi öz oyunçularının ruh yüksəkliyini artırmaq istəyən baş məşqçilərə daha çox imkanlar yaradan və oyunçuların mənəvi vəziyyətinə müsbət təsir göstərən təkmilləşdirilmiş mətbuat konfransları və oyunçularla keçirilən müzakirələrdir. Lakin nəzər al ki, həmçinin oyun üçün ayrılmış vaxt, maaşlar, komandanın performansı və fərdi performanslar da oyunçuların əhvalına təsir göstərəcək.
Oyunçuların əhval-ruhiyyəsi oyundan əvvəl onların atributlarına təsir edəcək, çünki oyunçuların ruh səviyyəsi onların göstəricilərinin artması və ya azalması ilə nəticələnir. Real həyatdakı baş məşqçilərin etdiyi kimi sən də komanda heyətinin daim yüksək əhval-ruhiyyədə qalması üçün əlindən gələni et, axı son nəticədə bundan sən də bəhrələnəcəksən.