Baku
© Unplash

Həftə Sonu Əylənə Biləcəyin Top 9 Klub

Həftə Sonu yaxınlaşır və sən hələ də plan qurmamısan? Narahat olma! Sənin üçün Bakının səs-küylü və unudulmaz gecə klublarının siyahısını hazırlamışıq. Hazırsansa, Bakı gecələrinə doğru səyahət edək!
Nicat Əsgərzadə tərəfindən yazılıb
5 min readPublished on
FOMO
Fomo Baku

Fomo Baku

© fomobaku.com

FOMO Baku dünya səviyyəli gecə klubları arasında sürətlə yüksəlir. 2024-cü ildə DJ Mag–ın “Top 100 Clubs” siyahısına 75-ci yerdən daxil olsa da 2025-ci ildə mövqeyini daha da yaxşılaşdıraraq artıq 65-ci yerə çatıb. Ən müasir texnologiya ilə təchiz olunmuş FOMO, sənə unudulmaz təcrübə vəd edir. FOMO konseptual gecələrdən tutmuş musiqi seçimlərinə qədər sanki elektron musiqi həvəskarları üçün cənnətdir. Həm xarici sənətçilər, həm də yerli istedadlar burada çıxış edir. DJ-lər səhərə qədər rəqs meydançasını canlı saxlayır. FOMO-nun həmçinin restoranı və gizli bar kimi digər layihələri də mövcuddur. Məsləhətimiz budur ki, rəqs meydançasına yaxın yaxşı bir yer tutmaq üçün tez gəl. Dəbli və rahat geyin, çünki klubun qonaqları da dəblidir.
Barfly Social Hub
RBMA Club Nights 2016 Tallinn, Estonia

RBMA Club Nights 2016 Tallinn, Estonia

© Harry Tiits / Red Bull Content Pool

Bakının mərkəzində, İçərişəhərdə yerləşən Barfly Social Hub musiqiləri və kokteyl barı ilə həm yerli sakinlər, həm də turistlər arasında sevilən məkana çevrilib. Məkan tez-tez canlı musiqi tədbirlərinə və tematik gecələrə ev sahibliyi edir. Bar klassik içkilərdən tutmuş müasir kokteyllərə qədər hər kəsin zövqünə uyğun müxtəlif unikal kokteyllər hazırlaya bilən peşəkar barmenləri ilə tanınır. Barfly Social Hub həmçinin içkinlə mükəmməl uyğunlaşan qəlyanaltılar və yemək seçimləri ilə Azərbaycan ləzzətlərini də təqdim edir. İçkilərin dadını çıxarmaq üçün imza kokteyllərini sınamağı unutma. Xüsusilə həftəsonları erkən gəlmək məsləhətdir.
Pasifico Lounge & Dining
Pasifico

Pasifico

© pasifico.az

Pasifico Lounge and Dining Club heyrətamiz atmosfer və əla musiqi təklif edir. Məkanın interyeri və barı yüksək səviyyədədir. Atmosfer, musiqi və interyer səni heyran edəcək. Amazon cəngəllikləri ab-havasında olan Pasifico Lounge and Dining, Bakının ən eksklüziv klubları arasında yerini alıb. Klub dünyanın hər yerindən DJ və musiqiçilərə ev sahibliyi etməsi ilə tanınır. Xoş atmosfer, yüngül dəniz mehi və keyfiyyətli xidmət səni gözləyir.
4 Loft
Tin Man

Tin Man

© Flemming Bo Jensen / Red Bull Content Pool

4 Loft daha çox bar və lounge atmosferinə malik olsa da, gecə əyləncəsi üçün əla məkandır. Red Bull ilə hazırlanan "Monkey Red Bull" kokteyllərini yoxlamağı unutma. Bu məkan dostlarla yığışıb keyfiyyətli içkilərdən zövq almaq və gecəni sonlandırmaq üçün əla yerdir.
Maize Beach
Party

Party

© Thibault de Rivaz

Maize Beach Yaponiya və Peru qastronom mədəniyyətinin unikal qarışığını təqdim edir. Əsl çimərlik atmosferi, rahat oturacaqlar və həyəcanverici partilər səni gözləyir. Klassik və ekzotik kokteyllər müxtəlif mətbəx nümunələri ilə seçilir. Maize-də tez-tez "Ethnic Tales" kimi tədbirlər keçirilir. Bu məkan Sea Breeze Resort-un bir hissəsidir.
Madrid Restobar
RBMA Club Nights 2014 Los Angeles, California, United States

RBMA Club Nights 2014 Los Angeles, California, United States

© Carlo Cruz

Bakıda İspaniya ab-havasını yaşamaq istəyənlər üçün Madrid Restobar əla seçimdir. Rahat atmosferi, dadlı kokteylləri və enerjili musiqisi ilə seçilir. Barmen sənətinin incəliklərini burada kəşf edə bilərsən. Həmçinin, məkanın özünəməxsus musiqi seçimi və İspan toxunuşları ilə dolu ab-havası var. Bakının ən yaxşı barlarından biri kimi tanınır. Həm dadlı yeməklərdən həzz ala, həm də gecəyə qədər rəqs edə bilərsən.
360 Bar (Hilton Baku)
Party people

Party people

© Thibault de Rivaz / Red Bull Content Pool

Hilton Bakı hotelinin 25-ci mərtəbəsində yerləşən 360 Bar, şəhərə və Xəzər dənizinə heyrətamiz panoramik mənzərəsi isə başqa bir aləmdir. Barın özü saatda tam bir dövrə vuran fırlanan platformadadır, bu da qonaqlara oturduqları yerdən dinamik və daim dəyişən bir mənzərə təqdim edir. Müasir dizaynı, yüksək səviyyəli təklifləri ilə seçilir. Həftəsonları və xüsusi tədbirlərdə canlı DJ performansları ilə atmosfer daha da canlanır. Məkan çeşidli kokteyl seçimi, yerli şərablar və yüksək keyfiyyətli içkilər təklif edir. Həmçinin, yerli və beynəlxalq mətbəxdən yeməklər, xüsusilə təzəliyi və dadı ilə təriflənən suşiləri var. Bu məkan həm romantik görüşlər, həm də dostlarla şən bir axşam keçirmək üçün idealdır. Xüsusilə həftəsonları və xüsusi tədbirlər zamanı yerini əvvəlcədən rezerv etmək tövsiyə olunur. Gün batımını izləmək üçün erkən gəlmək əla fikirdir. Smart-casual geyim tərzi məkanın yüksək səviyyəli ab-havasına uyğundur.
IN Club
RBMA Club Nights 2016 Tallinn, Estonia

RBMA Club Nights 2016 Tallinn, Estonia

© Harry Tiits

IN Club Bakıya texno musiqisini gətirən məkanlardan biri kimi tanınır, dəlisov və ekstravaqant elektron musiqi partiləri ilə məşhurdur. Coşğulu gənc kütləsi, dəli musiqi ritmləri səni sanki başqa aləmdəymiş kimi hiss etdirən interyer dizaynı və tükənməz enerjisi ilə seçilir. Burada “underground” elektron və texno-musiqi həvəskarları üçün unikal bir atmosfer yaradılıb. Bu klub Azərbaycanın ən yaxşı gecə həyatı məkanlarından biri hesab olunur və unudulmaz əyləncə vəd edir. Ən son texno ritmlərini və enerjili atmosferi yaşamaq istəyirsənsə, IN Club-a baş çək. Xüsusi DJ gecələri və tədbirlər üçün klubun sosial media səhifələrini izləyə bilərsən.
ETUD Baku (ETUD Café & Bar)
Party people

Party people

© Thibault de Rivaz

Canlı caz musiqi məkanı kimi tanınan ETUD Baku (bəzən ETUD Café & Bar və ya ETUD Jazz Club kimi də adlanır), caz həvəskarları üçün əvəzolunmaz bir yerdir. Burada yerli sənətçilərin caz ifalarını dinləmək olar. Xoş interyer, dostyana atmosferi və dadlı içkisi ilə seçilir. Çərşənbə axşamı və çərşənbə günləri canlı caz musiqisi olur. İçki qiymətləri nisbətən aşağıdır və qəlyanaltı etmək istəyənlər üçün menyu da mövcuddur.