Holi Bayramı - Rənglər Festivalı
© fthmb.tqn.com
Kəşf Et

Holi Bayramı - Rənglər Festivalı

Holi Bayramı - Rənglər Festivalı
Aysel Mirzoyeva tərəfindən yazılıb
tarixində nəşr olunub
Artıq bir neçə il ölkəmizdə rənglər festivalı populyarlaşır. Festival zamanı hamı bir birin üzərinə rəngli boyalar səpələyir. Ləkələnmiş paltar şənliyin heç bir iştirakçını dayandıra bilməz! Gəl bu bayramın yaranmasından danışaq. Rənglər bayramı bizə Hindistandan gəlib, hər il fevral ayın axırı - martın əvvəlinə təsadüf edir.
Holi - dünyanın ən parlaq və gözəl bayramlarından biri, baharın gəlişini və hind cədvəli üzrə Yeni ilin başlanmasının rəmzidir.
Holi üçün hazırlıq bayrama bir neçə həftə öncə başlanır. Xüsusilə, bayram tonqalı üçün odun, çırpı yığılır. Ocaqlar Holi ilahənin axşamı yandırılır. Hesab edilir ki, od qışdan qalan soyuğu və zalım ruhları qovmaqda köməklik edir.
Holi Bayramı - Rənglər Festivalı
Holi Bayramı - Rənglər Festivalı
Bayram qabağı binaların divarları parlaq rənglərlə boyadılır, məkan isə güllərlə bəzədilir. Adamlar kütləvi halda su üçün xüsusi çiləyici cihazlar və rəngbərəng boyadılmış tozlar alırlar. Bu tozlar - qulal, narın qarğıdalı undan istehsal olunub, müxtəlif rənglərlə boyadılır.
Holi bayramını rəngarəng parad, milli mahnılar, rəqslər və ümumi şənlik müşayiət edir. İştirakçılar bir birini boyadıcı tozla səpələyib, su tökürlər. Bayram şənliyində təbəqəyə, dərəcəyə, yaşa, cinsiyyətə baxmayaraq hamı iştirak edir. Və bu çox sevindiricidir.
Bir qədər bizim qədim Novruz Bayramını xatırladır.