Gündəlik musiqi dinləyənlərin, klub üzvlərinin və milli dövriyyədə olan incəsənət adamlarının düşüncələrinə musiqinin təsiri festivalların yığılmasında olan başlıq adlarından çox daha fərqli olur. Lakin məsələ musiqinin bizə verdiyi sadə zövqdən danışmağa, onu təqdir etməyə gəldikdə hamımız eyni fikirlərin üzərində dayanırıq. Sadəcə qulaq asma, təcrübə, musiqi yaratma və ya musiqi dinləmə fəaliyyəti ilə musiqinin mental, fiziki, hətta ruhi məsələlərə belə faydasının olduğunu demək mümkün olur.
Musiqinin mental gücün artırılmasına olan faydalarını kəşf etmək üçün NYX Collective üzvləri ilə danışmaq qərarına gəldik. NYX Collective xoral səslərlə musiqinin sağaldıcı potensialını kəşf etməyə çalışan qadınlardan ibarət bir dron qrup hesab edilir. Onların bir çoxu səs terapiyası, psixoakustika üzrə, xüsusilə, səs və dronla əlaqədar, araşdırmaçı mütəxəssislər hesab edilirlər. Elə bu şəxslərə misal olaraq Sian O’Gorman-ı qeyd etmək olar. Belə ki, bu şəxs qrupla oxumanın şəfalı gücünü nümayiş etdirən seminar olan “Like Nobody’s Listening”i işləyib hazırlamışdır. Burada onlar gündəlik həyatda musiqi ilə mental gücün harmonik şəkildə birləşdiyi 6 yol barəsində müzakirələr, diskussiyalar aparırlar.
1. Musiqi bizə hislərlə əlaqə qurmağa kömək edir
Gəlin ən göz qabağında olan, lakin, heç şübhəsiz, ən vacib faktorlardan biri ilə məsələyə başlayaq: musiqi bizi öz hislərimizlə və müxtəlif vəziyyətlərlə əlaqələndirir. İstər xoşbəxt, istər bərbad, istərsə də rahat vəziyyətdə canlı və ya səsyazma musiqisinə qulaq asmaq bizi çoxlu sayda yollardan emosional vəziyyətə keçirmək bacarığını özündə varındırır. Bizi qəm dünyasına qərq edən musiqidən tutmuş, dünyanın ən xoşbəxt insanı edən mahnılarınadək hər bir mahnının insanı hislərlə əlaqələndirmək kimi bir qabiliyyəti var.
Səs dizayneri, bəstəkar və NYX ilə əməkdaşlıq edən Alicia Jane Turner fikrini belə ifadə edir: “İstifadə olunan musiqinin təsirini görə biləcəyin ən aydın yollardan biri pleylistlərin istifadəsi və “rahatlanma”, “təhsilə fokuslanma”, “sakitləşməni” insana aşılayan CDlərdir. O iddia edir ki, fərqli növ səslər sadəcə bizə fiziki və ya mental təsir etmir, həmçinin qərb musiqisinin tarixinə və musiqi nəzəriyyəsinə təsir göstərir – nə üçün kiçik akkord ardıcıllıqları qəmgin, böyül akkord ardıcıllıqları xoşbəxtlik ifadə edir.
Musiqinin ab-havanı sənin rahatlıq və özgüvəni axtardığın yerə daşımaq kimi bir gücü vardır
Vokalçı Ruth Corey-ə görə musiqi insanın özünü necə hiss etdiyinin təzahür formasıdır. “Bəzən biz özümüzü necə hiss etdiyimizi ifadə edə bilmirik və ya bəzi hallarda isə hətta necə hiss etdiyimizdən belə xəbərsiz oluruq. Çünki düşüncələrimiz, xatirələrimiz və hisslərimiz gündəlik həyat tərəfindən blok edilir və ya onları silib bir kənara atmaq istəyi vasitəsilə qarşısı alınır. Həm musiqiyə qulaq asmaq, həm də musiqi bəstələmək başqalarının hisslərini başa düşməyə və öz hisslərimizdən daha çox xəbərdar olmağa kömək edir.”
NYX-ın digər vokalçısı Binky Hyde bu tapıntıların necə mental sağlamlıq problemləri ilə baş apardığına dair erkən bir ifadə işlədir: “Əsəbilik və depressiya ilə əlaqəli olan açar problemlərdən biri istinad çərçivəsidir. Hansı ki, bizim müəyyən anda dünyaya baxdığımız çərçivə… Mənə görə musiqi elə ilk andan etibarən bunu dəyişə bilən nadir məfhumlardan biridir. Musiqinin bircə anın içində ab-havanı sənin rahatlıq və özgüvəni axtardığın yerə daşımaq kimi bir gücü vardır.”
2. Musiqi ifa etmək və ya bəstələmək müshil buraxılış da ola bilər
Musiqi dinləməkdən, ifa etməkdən və ya praktika etməkdən başqa (istər solo, istər qrup, istərsə də DJ şəklində, fərq etməz) bu, həmçinin hisslərin buraxılması formasıdır. O’Gorman-a görə heç bir musiqi performansı bu məqsədə yaxşı qədim sinqalonq kimi çata bilməz: hamamda çimərkən, parkın düz ortasında və ya maşında təkbaşına, öz-özünə və ya radio ilə birlikdə mahnı oxumaq insanın ümumi əhval-ruhiyyəsini qaldırmaqla birlikdə onun mühsil buraxılışını özündə birləşdirir və çox ciddi gənc həyatında olmayan uşaqtək sevinmə nəşəsini təmin edir.”
Pərdə arxasında duran məsələ, xüsusilə, dron digərləri ilə harmoniya şəklində olduqda, bizi daha ilkin vəziyyətə götürür. O’Gorman bu məsələyə bu cür yanaşır: “Mahnı oxumaq inam və daxili bağlılıq hisslərini işə saldıqda oksitosin bədəndən ayrılır. Yəni biz digər insanlarla mahnı oxuduqda qəbul və sevgi hissi ətrafı bürüyür. Eyni zamanda kollektivin, təbii səs mənbələrinin bir parçası olmaq və mahnı yaratmaq fəaliyyəti bizi daha yüksək bir vəziyyətə qaldırır. Lakin bu, o zaman mümkün olur ki, biz həqiqətən özümüzdən daha böyük bir məfhumun bir hissəsi olduğumuzu hiss edək. Bu, bizi öz mənşəyimizə daşıyan, xüsusi bir inam, bağlılıq hissidir. Mahnı oxumaq və musiqi daha güclü, daha hazırlıqlı qrupların yaradılmasına köməklik göstərən, onların ayaqda qalma şanslarını artıran bir sosial mexanizm kimi çıxış edirdi.
3. Musiqi şüurluluğa təsir edə bilər
Mark Williams-a, Oxford Mindfulness Centre-nin keçmiş direktoruna, əsasən şüurluluq bədənimizlə əlaqə və onun təcrübəsi hesab olunur. Bu, zaman-zaman baş verən düşüncə və hisslərdən xəbərdar olmaqdır. Hər kəs üçün olmasa da, bizim düşüncə, hiss və bədən qeydlərini götürmək kimi inteqrativ düşüncə-bədən məşqləri insanlara öz mental sağlamlıqlarını tənzimləməyə yardım edə bilər. Hydey-ə görə şüurluluğu praktika etməyin yeganə uyğun yolu hər gün musiqiyə şəxsi və şüurlu şəkildə yanaşmaqdır.
O’Gorman-a görə “aktivlik, dərindən qulaq asmaq” mənasını verir. “Ətrafındakı səslərin hər bir incəliklərinə xüsusi zaman ayırmaqla, fikrində əvvəlcədən rəy yaratmadan – istər musiqi treki, istər otaq səsləri, istər nəfəs axını olsun – qulaq as. Daha sonra isə daha dərinliklərə və mahnı dinlədiyinə görə nələrin baş verdiyinə fikir ver. Bunun həm fiziki, həm emosional təsiri var. Bu zaman əsl müşahidə vəziyyətində otur və musiqini və ya reaksiyalarını tənqid etmə.”
4. Davamlı olaraq konsertlərə getmək sənin mental gücünü inkişaf etdirə bilər
Bu məqamda Corey Qoldsmis Universitetinin Ortaq Mühazirəçisi Patrick Fagan və O2 (Birləşmiş Krallığın ən geniş musiqi mərkəzlərindən bəzilərinin sahibi) konsertlərin insanın sağlamlığına, xoşbəxtliyinə və gücünə olan təsirini kəşf edən ən son araşdırmalardakı tapıntılara diqqətini yönəldir. İzah etdiyi kimi araşdırmaçılar iştirakçıların ürək döyüntüsünə nəzarət edir və yoqa, itlə gəzinti və konsertə getmə fəaliyyətləri daxil olmaqla bu fəaliyyətlərin tamamlanmasından sonra onlardan anket sorğusu alırlar. O deyir: “Onlar belə bir qərara gəliblər ki, ümumilikdə musiqi insanın emosional gücünü 20%-dən çox artıra bilir. Konsertə gedənlərin özünə dəyər vermə hissi 25% artarkən, 75% mental vəziyyətin artması müşahidə edilir.”
5. Musiqi terapiya növü kimi təzahür edir
Yaradıcı direktor Philippa Neels-ə görə musiqi terapiyası 2 formada təzahür edir: “passiv” – “biz fizioakustik və auditoriya mühitini şüurluluq vəziyyətini əldə etmək üçün necə istifadə edə bilərik – və “aktiv” – “özlərini yaradıcı formada ifadə edə bilmək üçün necə insanlara ləvazimatlar, boş yerlər və icazələr verə bilərik”.
Tanıma və sürətli yaddaşın inkişaf etdirilməsi üçün musiqi vacib bir alət kimi göstərilir
Turner qeyd edir ki, passiv musiqi terapiyasında olan ən önəmli inkişaflardan biri musiqi və yaddaş arasında olan əlaqə və bunun dementiya ilə insanlara necə dəstək ola biləcəyi və qayğıya yardım kimi necə istifadə edilə biləcəyidir. O, bu fikrini belə izah edir: “Nevroloji üstünlüklər formalaşdırıldığına görə yaddaş itkisinə musiqinin necə yardım edə biləcəyi kəşf edilir. Yaddaş itkisi bu xəstəliklərin əsas simptomu hesab edilir. Buna oxşar olaraq musiqi tanıma və sürətli yaddaşın inkişaf etdirilməsi üçün vacib bir alət kimi göstərildiyinə görə bu, eyni zamanda müəyyən mental sağlamlıq problemi yaşayan insanlar üçün terapevtik alət kimi də istifadə edilə bilər.”
6. Sən şüurluluğun düzəliş edilmiş vəziyyətlərini əldə edə bilərsən
Neels-ə görə NYX-in qeyri-adi mahnı oxuma mühiti özü-özlüyündə pozitiv şeylər təmin edir: “Biz zamanı və boşluğu manipulyasiya etmək məqsədilə dərin rahatlığı maksimallaşdırmaq imkanı verən dron və mühit janrları ilə işləyir və insanlara şüurluluğun düzəliş edilmiş vəziyyətə çatmasına imkan yaradırıq. Bu musiqinin ən alicənab, ən insani janrı hesab edilir. Bu, sənin nəfəsindir. Bu, sənə öz enerjini çatdırmağa imkan verir və aşağı düşməyən səslərin şəbəkəsi kimi çıxış edir. Dron sinxronizə etmə bacarığına malik olan mühit nəzəriyyəsi əsasında fəaliyyət göstərir. Bizim bədənimiz təbii olaraq təkrar bir şeyi eşidərkən sinxronizə olur. Dronun hazırlanması isə saxlanılmış eyforik minimallığın bir növü kimi çıxış edir. Bu, auditoriyaya və performans göstərənlərə eyni nəfəs almağa, eyni ürək döyüntülərinin olmasına, şüurlu dinləmə olmasa da, dərindən qulaq asmağa imkan verir. Bunun olduqca böyük şəfalı gücü var və hər kəs bunu edə bilər.”
NYX-i Rewire Festivalında Iona Fortune ilə mart ayının 31-i, həftənin bazar günü izlə.Biletləri buradan tapa bilərsən.
NYX Electronic Drone Choir qrupunun facebook səhifəsini izlə.