MTB freerider Carson Storch pushes fear to the back of his mind as he takes a huge drop from a cliff.
© Blake Jorgenson/Red Bull Content Pool
Fitnes

Qorxuya necə qalib gəlmək olar?

Qorxuna qalib gəlməkdə sənə kömək edəcək 5 məsləhət
Gary Grinham tərəfindən yazılıb
3 min readPublished on
Hansısa fəndi cəhd etməyə qorxursan və ya bəlkə elə bir yol var ki, sənə çox çətin gəlir? Yaxud da, hər şeydən yüksəkdə olan hansısa bir tramplin gecələrinə haram qatıb və səni yuxusuz qoyub? Etiraf etməyə dəyər: bu qorxudur.
Nicholi Rogatkin crashes during qualifying at Red Bull Rampage 2015 MTB Event in Virgin, Utah

Nicholi Rogatkin crashes out

© Dean Treml/Red Bull Content Pool

Bəs yaxşı, qorxu nədir axı belə? Qeri Qrinxemin, ekstremal idman üzrə dünyanın ən məşhur atletləri ilə işləyən məşqçisinin, sözlərinə görə, qorxu – sadə bir sözdür və bu sözlə biz, müəyyən emosiyalar qrupunu adlandırırıq. Amma əgər həmin emosiyalara başqa bir yarlık “yapışdırsaq”, tamamilə başqa nəticə alınacaq. Qerinin qorxuya üstün gəlməkdə kömək edən beş məsləhəti ilə tanış olaq.

1. Mümkün nəticələrdən ən pisini təsəvvür et və onu qəbul et

Etməli olduğun ən vacib şey mümkün nəticələrdən ən pisini müəyyən edib onunla barışmaqdır. Əgər bunu etmək alınmırsa, davam etməyə dəyməz. Lakin əgər ən pessimistik variantı qəbul etsən, əlavə narahatlıq keçirmədən tam sərbəst hərəkət edə biləcəksən. Müsabiqələrdə yarışdığın zaman zədələnməmək üçün nə etməli olduğunu düşünsən, nəyə qadir olduğunu heç vaxt göstərə bilməzsən. Həmişə müsbət nəticə barədə düşün və özün üçün məhz bu cür müsbət sonluq təsəvvür et.
A rider crashes out during the downhill racing at UCI DH MTB World cup round in Fort William, Scotland.

Medics tend to a crashed rider

© Lukáš Navrátil

2. Uğurlu nəticəni vizuallaşdır

Öz şüuraltınla əlaqəyə gir, çünki məhz sənin şüuraltın arzu etdiklərinə nail olmaqda kömək edəcək. Özün üçün müsbət bir nəticə təsəvvür et və sənin şüuraltın ona nail olmağa çalışacaq. Əgər yalnız pis şey düşünsən, onda şüuraltın belə qərara gələcək ki, sən məhz bu cür nəticə əldə etməyə can atırsan, çünki sənin başında yalnız bu cür şəkil fırlanacaq və bu isə onu çaş-baş salacaq. Diqqətini topla və fikrini ehtiyat etdiyinə deyil, istədiyinə yönəlt.
MTB rider Matt Jones loops the helix during his Frames of Mind video shoot.

Matt Jones had to visualise each part of the Frames of Mind course

© Fred Murray/Red Bull Content Pool

3. Uğursuzluq haqda düşüncələrini başından at

Qorxunun daha çox məlum olan səbəbi uğursuzluq haqda ehtimallardır. Amma uğursuzluq deyilən şey mövcud deyil. Uğursuzluq anlayışını insanlar hansısa bir düşüncəyə əsasən düşünüb tapmışlar. Səncə, ibtidai insan ilk dəfə ocaq qalamağa cəhd etdiyi zaman heç belə bir şey düşünmüşdürmü: “Bir bax, yenə alnmadı”, yaxud yüzlərlə cəhddən sonra: “Həə, indi mən isti ocağa 100 addım yaxınlaşdım”? Uğursuzluq və uğur - eyni vəziyyətə iki müxtəlif baxış. Uğursuzluq mövcud deyil, sadəcə, daha yaxşı olmaq üçün nə etməli olduğuna dair informasiya vardır.
Close up of Claudio Caluori before his Mont-Sainte-Anne course preview.

Focus Claudio, focus!

© Nathan Hughes

4. Qorxularınla üz-üzə dayan

Uğursuzluğun mövcud olmadığını, sadəcə düşünmək üçün informasiyanın mövcud olduğunu dərk edən kimi, qələm və kağız götürüb qorxularının siyahısını tutmağın əsl vaxtı gələcək ki, sonra bir-bir onları aradan qaldırasan. Onlara üstün gəldiyin zaman sənin dünyan dəyişəcək və daha əvvəlki kimi olmayacaq. Bundan başqa, qorxuya qarşı həssaslığın daha az olacaq – həm nəzəriyyədə, həm də gercəklikdə.
BMX rider Drew Bezanson stops to visualise a landing during his Uncontainable video shoot.

Drew Bezanson facing the fear of the unknown during Uncontainable

© Scott Serfas/Red Bull Content Pool

5. Çağırışı qəbul et və nəticə özünü çox gözlətməyəcək

Fizioloji dəyişiklikləri hiss et, onlardan ləzzət al, onları açıq qollarla qarşıla. Öz-özünə de ki, qaliblər özlərini məhz bu cür hiss edirlər və bu hisslər fikrini cəmləməkdə və minlərlə məşq saatlarını uğurlu nəticəyə çevirərək potensialını maksimum şəkildə açmaqda sənə kömək edir. Bu hisslər yalnız vacib olduğu zaman yaranır.
Mountain biker Max Stöckl holds his bike aloft in celebration after racing down the Streif in Austria.

Victory! Another incredible high-speed adventure in the books

© Samo Vidic/Red Bull Content Pool