15 illik məşqçi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, bir çox tələbələrimdə idmandan, işdən, ümumi həyati problemlərdən, stresdən motivasiya və mənəvi bərpalaşma problemləri olur. Bu, hətta peşəkar idmanlar məşğul olanlar arasında belə qlobal bir problemdir. Bir çox faktorlar bu problemə yol açır. Bir çoxları idman zalına iş saatlarından sonra gəlirlər. Ofis işində çalışan şəxslər fiziki olaraq yoruğunluq hiss etməsələr də, mənəvi olaraq özlərini çox sıxılmış hiss edirlər və bu səbəbdən də idman etməyə motivasiyaları qalmır.
Digərləri isə zala işdən əvvəl gələrək lazım olduğundan daha tez saatlarda oyandıqlarına görə motivasiya çatışmazlığı və mənəvi çöküş yaşayırlar.
Bəziləri hətta özlərini zala gəlməyə məcbur belə edirlər. Taqətləri qalsın deyə kofe və tərkibində kofein olan başqa məhsullardan istifadə edirlər. İdmandan öncə sizə gümrahlıq və mənəvi yüksəliş verən qidalardan da istifadə edə bilərsiniz.
Məsələn, profisitdəsinizsə, yəni əsas məqsədiniz arıqlamaq deyil, formada qalmaq və çəki artırmaqdırsa, idmandan 1 saat öncə Red Bull enerji içkisini qəbul edə bilərsiniz.
250 ml Red Bull enerji içkisində kofein var və araşdırmalar onun əksər idman və məşq növlərində performansı artırdığını göstərir. 80 mq kofein mərkəzi sinir sistemini stimullaşdıraraq diqqəti və ayıqlığı artırır. Təbii və ya sintetik olmasından asılı olmayaraq, kofein eyni təsirə malikdir.
Bu, orqanizminizdəki karbohidrat göstəricilərini yüksəldə və qanda şəkərin normaya gəlməsini təmin edərək sizə daha da gümrah hiss etdirəcək.
Yox, əgər quruma dövründə və kalori defisitindəsinizsə, məqsədiniz çəki atmaqdırsa, eynilə idmandan 1 saat öncə şəkərsiz, yəni Red Bull Sugar Free enerji içkisini qəbul edə bilərsiniz.
Mənəvi yorğunluq zəif qida rasionu və yuxu problemlərindən də irəli gələ bilər. Sağlam insan orqanizminin ən az 6 saat gecə saatlarında yatmağa ehtiyacı var. İdmana gələcəyiniz gün ərzində ən azı iki dəfə yemək yeməlisiniz. Son qida qəbulu idmandan iki saat öncə olmalıdır, yəni mədə yarı boş olmalıdır.
Bəs siz motivasiyanızı nə ilə artırırsınız?