Məhsuldarlıq

İş dünyasının son 20 ilində inkişaf edən 6 trend

© Yasmina H/Unsplash
20 il bundan öncə biznes mühitində nə kanban metodu vardı, nə də üzərində iş prosesi izlənən tətbiqlər. 2020-ci ili bitirməyə az qalmış, iş dünyasının son illərində ortaya çıxan trendlərə nəzər salaq.
Tarlan Asadli tərəfindən yazılıb tarixində nəşr olunub
Hər kəs hamı üçün əlçatan oldu
Hər kəs hamı üçün əlçatan oldu
Hər kəs hamı üçün əlçatan oldu
Yəqin ki, oxucularımız arasında faks səsini xatırlayanlar olar. Ya da “dial-up” internetin sinir sistemimizi tarıma çəkən səsini. İşlərin əksər hissəsi fiziki kağızlarda, sonradan isə elektron məktublar vasitəsilə öz həllini tapırdı. İndi isə dönəm dəyişib. Cavab alacağını ağlına belə gətirmədiyin şəxslə bir saniyə içində əlaqə qura bilirsən. E-mail partlayışı sonu görünməyən iş yığınından bezən işçiləri də bərabərində gətirdi. Nəticədə layihə menecment alətləri (Trello, Basecamp, Asana) yavaş-yavaş populyarlıq qazanmağa və hər ofisin vazkeçilməzləri siyahısında özünə yer etməyə başladı. İndi bir ofisi bu alətlər olmadan heç kəs təsəvvür edə bilməz.
İş geyimi daha da rahatlaşdı
İş geyimi daha da rahatlaşdı
İş geyimi daha da rahatlaşdı
Düzdür, hələ də “ön cəbhə” işçiləri qalstuklardan, sözün əsl mənasında boyun qaçıra bilmir, amma illər keçdikcə digər iş yerləri yavaş-yavaş rahat geyimə alışmağa başlayır. Əgər “casual Friday” etmək olursa, niyə də bu ənənə həftənin bunun günlərində keçərli olmasın? İndi isə adi futbolka, cins şalvar və krossovka normal ofis işçisinin dress-koduna çevrilib. Stiv Cobs, Mark Zukerberq kimi rəqəmsal əsrə öz adını yazdıran innovatorlar biznesmenlərin kostyumdan çıxmasında və sadə geyimdə özlərini rahat hiss etməsində böyük pay sahibidirlər.
“Networking” onlayna daşındı
“Networking” onlayna daşındı
“Networking” onlayna daşındı
Axırıncı dəfə nə vaxt biznes kartı almısan? Ümumiyyətlə, masanın üzərindəki bir yığın biznes kartını xatırlaya bilirsən? Həqiqətən də, son illər biznes dünyasındakı şəbəkələşmə anlayışını tamamilə dəyişdirə bildi. Doğrudur, irimiqyaslı tədbirlərə təşrif buyuran iş adamları elə oradaca özünə “dostlar” tapıb, təsir areallarını genişləndirmə fürsəti axtarır. Amma LinkedIn və Twitter-in inanılmaz yüksəlişi bütün biznes dünyasını tamamilə fərqli yönə doğru çəkdi. İndi sadəcə LinkedIn vasitəsilə potensial müştərilərə “oynamaq”, onlarla əl sıxmadan, biznes kartı dəyişmədən də yeni bir layihənin təməllərini atmaq mümkündür.
Ev ofisi anlayışı normallaşdı
Ev ofisi anlayışı normallaşdı
Ev ofisi anlayışı normallaşdı
Birgə işləmə alətlərini burada da xatırlamalı olacağıq. Çünki onların biznes dünyasına gətirdiyi yeniliklər bitmək bilmir — evdən işləmək kimi. Son ilə qədər evdən işləmək sadəcə bir seçim idisə, indi artıq məcburiyyətə çevrilib. Dünya üzrə aktiv işləyən əhalinin təxminən dörddə biri bu ilin iyul və avqust aylarında tamamilə evdən çalışdığını deyir. Ümumiyyətlə, uzaqdan işləmək anlayışının populyarlaşması həm də “digital nomad”lər (noutbukunu alıb, kofe mağazalarında, kitabxanalarda, çimərlikdə ... hər yerdə işləyə bilən “köçərilər”) və kovörkinq ofislərinin artması ilə bağlıdır. Bu tendensiyanın müdafiəçiləri düşünür ki, ev ofisinin səbəb olduğu müsbət dəyişikliklər çoxdur: daha az yanacaq sərfiyyatı, daha az ofis xərci, daha az diqqət dağınıqlığı və iş saatlarında sərbəstlik.
İş saatlarında sərbəstlik dəbə mindi
İş saatlarında sərbəstlik dəbə mindi
İş saatlarında sərbəstlik dəbə mindi
Sərbəst və ya azaldılmış iş qrafiki yeni deyil. İqtisadçılar və siyasətçilər uzun illərdir ki, həftə üzrə sərf etdiyimiz iş saatlarının azaldılması üçün müzakirələr aparır. Amma qəlibləşmiş 9-6 iş saatından çıxma ideyası son zamanların trendidir. Məsələn, smartfonların varlığı cavab verməli olduğun e-mail-ə elə marşrutdaca geridönüş etmənə imkan yaradır. Artıq bəzi şirkətlər bacarıqlı kadrlar üçün arzulanan iş yeri olduqlarını sübut etmək naminə, sərbəst iş qrafiki də təklif edirlər. Həqiqətən də, qaçaqaçlarla dolub-daşan bu dönəmdə iş görəcəyin saatları seçmək azadlığı nəyə desən, dəyər.
Ofis divarları tarixə qarışdı
Ofis divarları tarixə qarışdı
Ofis divarları tarixə qarışdı
Hollivud filmlərində tez-tez rast gəlmişik: yarıqapalı kubikllarda oturan və demək olar ki, həmkarlarından tamamilə izolyasiya olunmuş ofis işçiləri. 2000-ci illərin başlanğıcında isə bu divarlar da “yıxıldı”. Hamımızın alışdığı o məşhur “open office” çalışma sahələri elə bu vaxtda dəbə mindi. Bəziləri hesab edir ki, açıq ofis məkanı yaradıcılığa və komanda ruhunun formalaşmasına pozitiv təsir göstərir. Digərləri isə belə mühitdə diqqət toplamanın mümkün olmadığını irəli çəkir. Kim bilir, bəlkə də, pandemiyanın biznesə təsirlərindən biri də açıq ofislərin yavaş-yavaş ortadan qalxması olacaq.
Trend nə olur olsun, əsas olan ona uyğunlaşa bilməkdir. Yeni ildə bütün işlərinizdə uğurlar!