İşdən sonrakı vaxtı optimal dəyərləndirmək üçün 5 məsləhət

© Red Bull Content Pool
Gününün hardasa 7-8 saatını ofisdə keçirənlər olaraq işdən sonrakı vaxtı necə lazımdır, dəyərləndirməliyik.
Tarlan Asadli tərəfindən yazılıb tarixində nəşr olunub
Əksər hallarda işdən evə çatan kimi ya zamanımız qalmır, ya da artıq enerjimizin son damlalarını vermiş oluruq. Amma vaxtını optimal bölüşdürərək işdən sonrakı vaxtdan zövq almaq da öz əlindədir. Zamanını daha yaxşı və daha məntiqli dəyərləndirməyin üçün bəzi ipuclarını bir arada topladıq.
Prioritetlərini ard-arda sırala
Prioritetlərini ard-arda sırala
Prioritetlərini ard-arda sırala
Asan görünsə də, prioritetləri müəyyənləşdirib onlara fokuslanmaq real həyatda çətin bir işdir. Gündəlik olaraq sənin üçün ən vacib məsələləri təyin elə və diqqətini yalnız və yalnız onlar üzərində cəmlə. Zamanına bitməz-tükənməz bir qaynaq kimi yox, qızıldan da dəyərli bir investisiya kimi yanaşmağa çalış. Xırda və lazımsız məsələlərlə beynini məşğul etməyə dəyməz.
Plan igidin yaraşığıdır.
Prioritetlərini ard-arda sırala
Prioritetlərini ard-arda sırala
Planlı yaşamaq ilk baxışda səni məhdudlaşdırırmış kimi görünsə də, əslində sənə sərbəstlik və öz vaxtına nəzarət etmək imkanı verir. Plansız hərəkət edən insanlar gün sonunda çox yorğun olur və gününü boşa xərcləmiş kimi hiss edir. Bunun ən vacib səbəbi isə növbəti addımını düşünməməkdən və bir işlə məşğul olarkən beynin digər işə fokuslanmasından qaynaqlanır. Halbuki planlı insan, tam əksinə, nəyi nə zaman edəcəyini hamıdan yaxşı bilir, diqqət dağınıqlığı kimi problemlərdən də uzaq olur.
Beyninə dinclik ver
Beyninə dinclik ver
Beyninə dinclik ver
Xüsusən indiki dönəmdə günlər elə stresli və intensiv gəlib keçir ki, nə baş verdiyini anlamağa belə macal tapmırsan. Hər kəsə, hər şeyə ayırmağa birtəhər vaxt tapırıq, amma di gəl ki, nədənsə, özümüzü yenə də ən son sıraya qoyuruq. Bu mövzuda bir az eqoist davransan, heç nə olmaz. İş saatı bitdikdən sonra axırıncı iclası, səhər neçə e-mail cavablamalı olduğunu, müdirlə danışacağın gərgin maaş mövzusunu hələlik ağlından çıxar. İndi ən çox ehtiyacın olan şey enerjini bərpa etməkdir. Güclü motivasiya və xoş düşüncələrlə yekunlaşan gecələr, daha məhsuldar sabahın xəbərçisidir.
Sosial şəbəkələrdə vaxt itirmə
Bilirik ki, sən də Facebook, Instagram, Twitter kimi sosial şəbəkələrə daxil olan zaman səhifəni yeniləyə-yeniləyə heç nə etmədən saatlarla vaxt itirirsən. Sanki hər yeniləmə hərəkəti bizə daha maraqlı paylaşımı gətirəcəkmiş kimi elə hey sosial şəbəkələrdə dolaşırıq. Zamanını həqiqətən də dəyərli istifadə etmək istəyirsənsə, sosial şəbəkələrdən istifadə üçün özünə məhdudiyyət qoy. Az-az başla, sonra yavaş-yavaş bu məhdudiyyəti çoxalt. Axı dama-dama göl olar. Bunun üçün özünə xüsusi vaxt təyin et və daha sonra bütün şəbəkələri bağlayaraq daha vacib işlərə yönəl.
Neqativləri kənarlaşdır
Neqativləri kənarlaşdır
Neqativləri kənarlaşdır
Ətrafında yalnız sənə daha yaxşı təcrübələr yaşadan və inkişafına dəstək verən insanlara yer ayır. Demirik ki, tənqidi düşüncələrdən özünü təcrid et, əsla! Tənqid inkişafın ana qaydasıdır. Amma konstruktiv mövqedən insana heç nə qatmayan neqativ fikirlər elə düşünülməsə, yaxşıdır. Diqqətini yayındıran, səni motivasiyadan salan və neqativ təcrübələr yaşadan insanları özündən uzaqlaşdırmaq üçün isə daha böyük səbəblər axtarma. Qoy əhatən, necə deyərlər, az olsa da, saz olsun!