Horizon Chase
© Aquiris Game Studio
Oyunlar

İnternet olmadan oynanılan 11 ən yaxşı mobil oyun

Tutaq ki, hansısa bir səbəbdən internet bağlantın yoxdur. Belə hallarda darıxmamağın üçün sənə internet tələb etməyən ən yaxşı mobil oyunların siyahısını veririk.
Şefik Akkoç tərəfindən yazılıb
4 min read tarixində nəşr olunub
Günümüzün ən populyar mobil oyunlarının demək olar ki, hamısı internet bağlantısı tələb edir. Əlbəttə, internet paketləri odan hallarda narahat olmağa dəyməz. Bəs telefonunun internetə bağlanmaq imkanı olmazsa? Metroda gedərkən və ya təyyarədə uçarkən oyun oynamaq istəsən necə? Bunu necə edəcəksən? Belə hallarda köməyinə internetsiz oyunlar gələcək. Əslində, siyahı çox böyükdür, lakin sən burada 10 ən yaxşı internetsiz oyun tətbiqi ilə tanış olacaqsan.

Alto's Odyssey

Alto's Odyssey

Alto's Odyssey

© Snowman

Bu oyunda əsas rolu insanın görmə və eşitmə qabiliyyətləri oynayır. 2015-ci ildə çıxan Alto's Adventure oyununun davamı olan Alto's Odyssey oyununda oyunçular ilk oyunun qarlı dünyasından fərqli olaraq səhralarla örtülmüş bir dünyaya düşür. Oyunda əsas məqsəd qum üzərində sürüşməklə maneələri aşıb irəliyə hərəkət etməkdir. Nə qədər uzun məsafə qət etsən, oyun bir o qədər maraqlı olar. Oyundan tam ləzzət alman üçün oyunun əvvəlki buraxılışını da əldə et.

Crashlands

Crashlands

Crashlands

© Crashlands

Üç il əvvəl çıxan və "ilin oyunu" da daxil olmaqla bir çox ada layiq görülən Crashlands oyunu, oyunçuları maraqlı bir macəra dünyasına aparır. Bir çox cəhətdən Don’t Starve oyununa bənzəyən bu oyunda əvvəlcə düşdüyümüz məkanı araşdırmalıyıq. 500-dən çox inşaat elementi, personajların RPG üslubunda hazırlanması və döyüş sistemləri bu oyunun əsas komponentləridir.

Crossy Road

Crossy Road

Crossy Road

© Crossy Road

1981-ci ildə işıq üzü görən məşhur Frogger oyununu xatırlayırsanmı? Oyunda bir qurbağanın yolu keçməsinə kömək edirdik. Bunu edərkən yoldan keçən maşınlara diqqət yetirmək və yolun kənarındakı arxda üzən kötüklərdən istifadə etmək lazım idi. Crossy Road oyununda da eyni işi görmək lazımdır, sadəcə burada müxtəlif personajlar var. Bu oyun səndən diqqət və ani reaksiya tələb edir.

Eternium

Eternium

Eternium

© Eternium

Daiablo-nun mobil versiyası hazırlanmaqda ikən mobil platformalarda çoxlu sayda oxşar proqramlar var. Onlardan birində, yəni Eternium oyununda düşmən ordularını məhv etməklə bol-bol qənimət əldə edir, yeni ixtiralar edir və xüsusi qabiliyyətlər qazanırıq. Oyuna ilk dəfə başladıqda bir daha internetə bağlanma zərurətini duymamaq üçün onun bütün bölmələrini startfonununa yüklənməsini gözləyirsən.

Kingdom Rush Origins

Kingdom Rush Origins

Kingdom Rush Origins

© Ironhide

Kingdom Rush oyunu indiyədək yaradılan qala müdafiə oyunlarından ən yaxşısı olduğunu desək, yanılmarıq. İlk oyunu 2011-ci ildə işıq üzü görən bu silsilənin bu üçüncü oyununda sən əsrarəngiz elf meşələri və qədim sivilizasiya xarabalıqları kimi ən müxtəlif mövzulu xəritələr görəcəksən. Qeyd edim ki, bu silsilənin dördüncü oyunu olan Kingdom Rush Vengeance 2018-ci ilin noyabrında çıxıb.

Monument Valley

Monument Valley

Monument Valley

© us two games

Ən yaxşı puzzle oyunlarından sayılan Monument Valley səviyyələrin mürəkkəb, lakin olduqca maraqlı dizaynı sayəsində oyunçuları ciddi intellektual sınaqlara çəkir. Yeni bölmələrdə oyunçunun qarşısına daha gözəl tikililərilə çıxan bu oyun House of Cards filmində də yer almışdır. Qeyd edək ki, 2017-ci ildə Monument Valley 2 oyunu yaradılıb.

Plague Inc.

Plague Inc.

Plague Inc.

© Plague Inc.

Mövzu baxımından oyun bazarında ən maraqlı oyunlardan biridir. Bu günə qədər dəfələrlə filmlərin mövzusu olmuş və bəşəriyyəti məhv edən xəstəliklərin yayılmasına rəhbərlik etmək vəzifəsini yerinə yetirmək istərdinmi? Bu suala müsbət cavab versən, deməli Plague Inc. oyunu məhz sənin üçün nəzərdə tutulmuşdur. Oyuna başlayarkən 10-dan çox xəstəlik növündən birini seçirik və doğru strategiyalardan istifadə edərək dünya əhalisinin sonuna çıxmağa çalışırıq.

Reigns: Her Majesty

Reigns: Her Majesty

Reigns: Her Majesty

© Devolver Digital

Texniki baxımından populyar Tinder mobil tanışlıq tətbiqini xatırladan Reigns oyun silsiləsi müxtəlif ssenarilərə malik əyləncəli bir oyundur. Silsilənin ikinci oyunu olan Reigns: Her Majesty oyununda taxtımızı qorumaq üçün tarazlığı təmin edəcək düzgün qərarlar verməyə çalışırıq. Bir müddət əvvəl silsilənin olduqca əyləncəli olan Reigns: Game of Thrones oyunu da çıxıb.

The Room: Old Sins

The Room: Old Sins

The Room: Old Sins

© The Room: Old Sins

Fizika qanunlarının öndə olduğu sirlərlə dolu oyun silsiləsinin sonuncu oyunu. Bir hekayə ilə paralel olaraq irəliləməli və çətin bulmacaları həll etməli olduğumuz The Room: Old Sins oyununda bir-birindən fərqli onlarla obyekt var. Oyunun güclü və dinamik səs effektləri və musiqisi var.

Thimbleweed Park

Thimbleweed Park

Thimbleweed Park

© Thimbleweed Park

Monkey Island və Maniac Mansion kimi məşhur oyunların yaradıcıları olan Ron Gilbert və Gary Winnick tərəfindən hazırlanmış bir oyun. Bu oyun o dövrü əks etdirən bir quruluşa malikdir. Müxtəlif personajlarla dolu bu oyundakı hadisələr 1987-ci ildə cərəyan edir. Burada biz şəhərin qeyri-adi sirlərini açmağa çalışırıq.

Dirt Bike Unchained

1 dəq.

Dirt Bike Unchained

Bike Unchained oyunlarından xəbəri olan hər kəs bu mobil oyunların nə qədər mürəkkəb və maraqlı olduğunu, eləcə də asılılıq yaratdığını bilir. Oyunun Finlandiyalı proqramçısı Kuuasema onu həm İOS, həm də Android üçün yaratmışdır. Pulsuz oynaya biləcəyin bu oyun iki təkər üzərində inanılmaz həyəcan vəd edir. Hər şey sənin öz əlindədir!