Bu təsadüfi deyil! Bədənini hərəkətə gətirəndə, əslində beynin "Super güc" rejimini işə salırsan. Hazırsınızsa, növbəti böyük ideyanı tapmağa kömək edəcək bu enerjinin sirrini açaq!
Tədqiqatlar göstərir ki, hərəkət zehni sakitləşdirməklə yanaşı, onu radikal şəkildə yenidən proqramlaşdırır. Məsələn, adi bir gəzinti belə yaradıcı nəticəni orta hesabla 60% artırır!
Oturmaq Zehni Niyə "Bloklayır"?
Biz tez-tez ən yaxşı ideyalarımızın duşda, gəzintidə və ya qaçarkən ağlımıza gəlməsinə təəccüblənirik. Stanford tədqiqatçıları insanların oturarkən və gəzərkən yaradıcılıq səviyyələrini müqayisə etdilər. Onlar müəyyən etdilər ki, gəzinti zamanı yaradıcı nəticə orta hesabla 60% artır. Bu, hərəkətin zehni resurslarımızı işə saldığını göstərən ciddi bir faktdır.
Artım sadəcə mənzərənin dəyişməsi ilə bağlı deyil. Oturmuş iştirakçıları əlil arabasında gəzdirdilər lakin bu gəzintinin effektini təkrarlamadı. Yaradıcılığın artması yalnız görmə dəyişikliyi ilə deyil, bədənin özünün fəal hərəkəti ilə bağlıdır. Ritmik hərəkət beyinin idrak resurslarını sadəcə masada fikirləşməkdən azad edir və onu daha geniş zehni kəşfiyyata yönəldir.
Fizikidən zehni çevikliyə keçid
Yaradıcılıq fikirlər yaratmaq, onları fərqli kateqoriyalara uyğunlaşdırmaq və orijinal həllər tapmaq qabiliyyətidir. Fiziki fəaliyyətin tələbə qrupları üzərində aparılan araşdırması göstərdi ki, idman yaradıcı problem həll etmə qabiliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.
Bu yaxşılaşma xüsusilə üç vacib göstəricidə özünü göstərdi. Axıcılıq (Fluency), Orijinallıq (Originality) və Çeviklik (Flexibility). Yeni motor fəaliyyətlər öyrənmək (məsələn, yeni idman növü) beyni daim çevik olmağa, səhvləri tez düzəltməyə və yeni yollar axtarmağa məcbur edir. Bu fiziki çeviklik dərsi birbaşa koqnitiv sahəyə keçir, nəticədə sən problemlərə eyni şəkildə yox, fərqli bucaqlardan baxmağa başlayırsan.
Beyinin turbo düyməsi
Hərəkət beyni yenidən qurur. Hərəkət zamanı beynin müəyyən bölgələrində dopamin ifrazı tətiklənir. Beyin standart rejimdə vaxt qazanmaq üçün tanış yolları seçir. Dopamin isə yanacaq kimi funksiya göstərərək beynə yeni, zahirən əlaqəsiz məlumatları və ideyaları sərbəst şəkildə birləşdirməyə şərait yaradır. Bu da, innovasiya və kəşfiyyat üçün əsas neyrokimyəvi zəmin deməkdir.
Çempionlardan dərslər
Axın vəziyyəti təkcə bir anlıq yüksək performans deyil. Harvard Universitetindən olan araşdırmalar sübut edib ki, axın vəziyyəti həm də uzun müddətə yaradıcılığı gücləndirir. Yəni, axından sonrakı gün belə kreativliyiniz yüksək olur. Tennis ulduzu Stefanos Tsitsipas Red Bull-un Mind Set Win podkastında flow-un ən böyük uğurlarında həlledici olduğunu vurğulayır. Tsitsipasın ən vacib dərsi budur ki, flow-u məcbur etmək olmaz. O deyir “Axın vəziyyətində olmaq istədiyini düşündüyün an, ona çatmayacaqsan. O, tədricən gəlir, yığılır, bu bir kulminasiya nöqtəsidir.” Bu, analitik düşüncəni dayandırmalı və fəaliyyətə tam təslim olmalısan deməkdir.
Sörfçü Kai Lenny də axın vəziyyətini tamamilə cəlb olunduğu, lakin düşünmədən etdiyi bir fəaliyyət kimi təsvir edir. Onun təcrübəsi onu göstərir ki, hərəkətin mürəkkəbliyi beynə istirahət etməyə və tam fokuslanmaya imkan yaradır.
Qanadlarını açmaq üçün addım at!
Hərəkət dopamin ifrazını artırır, daxili tənqidçini susdurur və səni çempionların çatdığı optimal zehni vəziyyətə aparır. Növbəti dəfə beyninin "bloklandığını" hiss etdikdə, masadan qalx, bir az gəz və ya sevdiyin bir fiziki fəaliyyətə başla. Unutma, sən hərəkətdəykən, fikirlərinə qanad verirsən.