Azərbaycanda maraqla izləyə biləcəyin 5 telegram kanalı
© Christian Wiediger/Unsplash

Azərbaycanda maraqla izləyə biləcəyin 5 telegram kanalı

Həyatımıza hər il müxtəlif sosial şəbəkələr daxil olur. Bunlardan ən faydalısı isə yəqin ki, Telegramdır.
İlham Akbarli tərəfindən yazılıb
3 min readPublished on
Çünki Telegram ilk dəfə digər sadə messencerlərdən fərqli olaraq kanal açmaq funskiyasını təqdim etdi və bu kifayət qədər marağa səbəb oldu. Artıq dünya üzrə ən çox istifadə olunan tətbiqlərdən olan Telegram-da minlərlə əyləncəli, öyrədici kanallar var. Eyni zamanda ölkəmizdə də bu cür kanalların sayı kifayət qədər çoxdur. Bu gün sənə izləmən üçün çox fərqli kanallar təqdim edəcəyik. Burada sən çox müxtəlif kanallar görəcəksən.
Vugarixx haqqında biz sənə DJ kimi danışmışdıq, amma o həm də yenilikçi telegram istifadəçisidir. O öz açdığı kanalda əsasən texnologiyayla bağlı, əyləncəli və fərqli görünən məlumatları təqdim edir. Burada sən ən son çıxan oyunlarla bağlı da məlumat ala bilərsən, həmin an dünya gündəmində olan ən gülməli videonu da tapa bilərsən. Odur ki, Vugarixx-i telegramda da izləməyə başla. Onun kanalında hər gün yeni nəsə tapacaqsan.
Dizaynəəə - https://t.me/dizayneee
Telegram ən çox kreativ sektorda istifadə olunan vasitədir desək yanılmarıq. Məhz bu səbəbdən orada bir çox dizaynla, yaradıcılıqla, digitalla bağlı kanallar mövcuddur. Sənin də əgər bu sahəyə marağın varsa, orada özünə uyğun kanalı tapa bilərsən. Dizaynə adlanan kanal da məhz bu kanallardan biridir. Bu kanal xüsusən qrafik dizaynerlər üçün ilhamverici kontentlər, əlavə vasitələr və trendlər paylaşır. Kreativ artist üçün isə ilhamlanmaq hər şeydən önəmlidir. Bu kanal isə səni hər gün motivasiya edəcək.
Bir yeni söz – https://t.me/biryenisoz
Azərbaycan dili ilə bağlı bir çox mənbə tapa bilərsən, amma mütəmmadi yeni nəsə öyrənmək, untuduğun bir sözü xatırlamaq üçün “Bir yeni söz” kanalını izləyə bilərsən. Burada həm unudulmuş sözlərdən, həm neologizmlərdən xəbər tutacaqsan. Üstəlik bu kanal bu tip öyrədici kontenti çox yaradıcı tərzdə çatdırmağı bacarır. Dilimizlə bağlı bu cür kontentləri görmək əminik ki, səni də sevindirəcək.
Əcəbsəndəl - https://t.me/acabsandal
Yox, bu yemək kanalı deyil. Bu kanal adını daşıdığı yeməkdə olduğu kimi özündə qarışıq məlumatları ehtiva edir. Üstəlik düşünürük ki, bu kanal ölkəmizin ilk kütləvi telegram kanallarından biridir. Bu kanalın müəllifi oxuduğu, öyrəndiyi məlumatları çox yaxşı dillə izləyicilərinə çatdırmağı bacarır. Burada sən həm yeni məlumatlar öyrənirsən, həm də öyrəndiyin məlumatlara sözün əsl mənasında təəccüblənirsən. Bu, kanalı izlədiyiniz kanallar arasına almaq üçün kifayət qədər güclü səbəbdir.
Eyyubun kanalının müəllifinin isə çox güclü arxivi var. Kanalın öz izahıyla desək bu kanalda müxtəlif dövrlərə aid keyfiyyətli, bəzən də nadir tapılan Azərbaycan musiqilərini dinləyə bilərsən. Bu kanalda gəzdikcə çoxdan dinlədiyin bəzi musiqiləri yenidən xatırlayacaq, bəzi musiqilərin ilk ifasını dinləyəcəksən. Nostalji yaşamaq üçün Eyyubun kanalını izləməyin məsləhətdir. O bizə mədəniyyətimizin ən nadir nümunələrini təqdim edir.
Bu kanalları izlədikcə artıq qarşına digər maraqlı kanallar da çıxacaq. Biz də yeni kanallar kəşf etdikcə bunu sənlə paylaşacağıq.