Kanan Calilov
© Kənan Cəlilov

Məşq zamanı davamlı qalmağın sirləri

Kənan Cəlilov peşəkar idman təcrübəsinə arxalanaraq bizimlə məşq zamanı tez yorulmaq hissini necə aradan qaldıra biləcəyimiz barəsində biliklərini bölüşdü.
Nilufər Bağırova tərəfindən yazılıb
dəq. oxuPublished on
İdmanla məşğul olan bir çox insanların qlobal problemi məşq zamanı tez yorulmaqdır. Bu, müxtəlif səbəblərdən ola bilər, məsələn, düzgün qidalanmaya fikir verməmək, bəzən yuxusuzluq, gündəlik həyatda baş verən hadisələrə emosional reaksiyalar və s. Bütün bu məqamlar məşqin keyfiyyətinin aşağı olmasına gətirib çıxarır. Biz isə yaxşı məşq etmək, əzələ yığmaq və gümrah olmaq istəyiriksə, gərək onun keyfiyyətli keçməsinə diqqət yetirək.

Orijinal Red Bull

Red Bull Enerji İçkisi

Red Bull Energy Drink
Düzgün bədən forması yığmağın 70%-i qidalanmadan, 30%-i isə məşqdən asılıdır. Bu səbəbdən də bu 30%-lik məşq prosesinin aktiv formada keçməsi çox vacibdir.
Stres, yorğunluq, işdəki problemlər, yuxusuzluq, pis qidalanma məqsədimizə çatmaqda bizə maneələr yaradacaqdır. Bu vəziyyətdə tək həll yolu təbii turşuların qandakı səviyyəsinin arıtırılmasıdır. Onların arasında amin turşusu olan taurin böyük rol oynayır.
Alimlər araşdırıblar ki, taurin məşq və ağır iş zamanı dözümlülüyümüzü artırır. Məşq zamanı əzələdə olan zədələri aradan qaldırır, onları daha tez bərpa edir. Ona görə də taurin qəbul etmək məşqimizi daha intensiv və gümrah etməyə kömək edəcəkdir. Bu həmçinin keyfiyyətli məşq müddətini artacaq, bununla isə məqsədə daha tez nail olmaq mümkün olacaq. Məşqin müddəti hansı növ idmanla məşğul olmaqdan (fitnes, pauerliftinq, krossfit və s.) asılıdır.
İdmandan asılı olmayaraq 40 dəqiqəlik intensiv məşqin ilk 15 dəqiqəsində bədənimiz idmana yorğunluqla etiraz edə bilər.
Burada da köməyimizə taurin çatır. Taurin insan orqanizmində təbii olaraq mövcuddur və müxtəlif fizioloji proseslərdə iştirak edir. Bu maddə süd məhsulları, dəniz məhsulları, toyuq və hinduşka ətində və uşaq qidalarında da rast gəlinir.
Red Bull enerji içkisinin tərkibində də bizə lazım olacaq miqdarda taurin vardır. Burada taurin maye halında qəbul edildiyi üçün daha tez orqanizmimiz tərəfindən həll olunacaqdır.
Məşq etdiyin dövrdə amin turşularını qəbul edirsənmi? Onları hansı məhsullardan qəbul edirsən?