Ramil Ahmadov
© Red Bull
Fitnes

Məşqən 1 saat əvvəl nələr etməliyik?

Pauerliftinq üzrə Dünya və Avropa çempionu Ramil Əhmədov kofein və taurinin bədənimizə necə təsir etdiyini və məşqdən əvvəl enerjini artırmağın ən rahat və effektiv yollarını bizimlə bölüşür.
Nicat Əsgərzadə. tərəfindən yazılıb
2 min readPublished on
Məşqdən öncə bədənin düzgün şəkildə enerji ilə təmin olunması, əzələlərin optimal fəaliyyət göstərməsi və yorğunluğun qarşısının alınması üçün vacibdir. Bədənimizdə taurin səviyyəsini artırmaq isə bu prosesin əsas hissələrindən biridir.

Orijinal Red Bull

Red Bull Enerji İçkisi

Red Bull Energy Drink
01

Taurin Nədir və Niyə Vacibdir?

Taurin, əsas aminturşularından biri kimi tanınır və orqanizmimiz tərəfindən müəyyən miqdarda istehsal olunur. Bu aminturşu ürək-damar sistemi, sinir sistemi və əzələlər üçün olduqca əhəmiyyətlidir. Xüsusilə intensiv fiziki fəaliyyət zamanı taurin:
- əzələlərin bərpasına və güclənməsinə kömək edir
- elektrolit balansını qoruyur və hüceyrədaxili maye səviyyəsini tənzimləyir
- yorğunluğun qarşısını alaraq, daha uzun və məhsuldar məşq etməyə şərait yaradır
Taurin əsasən dəniz məhsullarında, süd və toyuq məhsullarında olur. Lakin məşqdən əvvəl bu qidaların istehlakı hər kəs üçün rahat olmaya bilər. Buna görə də, məşqdən əvvəl taurin qəbulunun ən asan yollarından biri Red Bull enerji içkisidir.
02

Məşqdən Əvvəl Red Bull: Taurin və Kofeinin Gücü

Məşqdən təxminən bir saat əvvəl Red Bull qəbul edərək, taurin və kofeinin birgə təsirindən maksimum yararlanmaq mümkündür. Kofein sinir sistemini stimullaşdıraraq, beyin və bədən arasında əlaqəni daha effektiv edir. Taurin isə əzələ funksiyalarını dəstəkləyərək, məşq zamanı dözümlülüyü artırır.
Bu kombinasiya yorğunluğu gecikdirir, refleksləri sürətləndirir və diqqəti artırır, nəticədə daha uzun və məhsuldar məşq etməyə imkan yaradır.
Sən də növbəti məşqində bu üstünlükləri hiss etməyə hazırsıan?