Fitnes
Red Bull Gym Clash hazır olmaq üçün Noah Ohlsen-dən peşəkar məsləhətlər
Red Bull Gym Clash-da qalib gəlmək istəyirsən? Funksional fitnes ustası Noah Ohlsen-in bu ağıllı hərəklərini öyrən və oyunu fərqli səviyyəyə qaldır!
Functional fitness pro Noah Ohlsen is known not only for his explosive power and elite athleticism, but also his infectious energy and love for the sport. A longtime functional fitness competitor, Ohlsen is bringing that same passion to Red Bull Gym Clash – a team-based fitness competition designed for athletes of all levels.
For Ohlsen, it's more than just lifts and lunges: it's about celebrating the people who push you and the gym community that supports your journey.
What is Red Bull Gym Clash?
Red Bull Gym Clash — gücü, komanda işini və zal ruhunu sınayan beynəlxalq fitnes yarışıdır.
Dörd nəfərlik komandalar (iki kişi və iki qadın) öz zallarını təmsil edərək dörd çətin məşqdən ibarət sınaqlarda iştirak edirlər. Bu məşqlər dözümlülüyü, bacarığı, gücü və komanda işini yoxlamaq üçün xüsusi hazırlanıb.
Yarış yerli seçim mərhələlərindən başlayır və böyük dünya finalı ilə tamamlanır. Bu, hər səviyyədən idmançılar üçün öz limitlərini aşmaq, digərlərini ruhlandırmaq və “Yer üzünün Ən Güclü Zalı” tituluna sahib olmaq imkanıdır.
Red Bull Gym Clash kimlər üçündür?
Red Bull Gym Clash iştirakçıların gücünü və komanda işini sınağa çəkəcək
© Joerg Mitter/Red Bull Content Pool
Red Bull Gym Clash üçün hazırlıqdan danışırıqsa, Noah Ohlsen bu sahədə əsl mütəxəssisdir.
O, artıq 11 dəfə CrossFit Games-də iştirak etmiş, həmçinin HYROX və World Fitness Project kimi yarışlarda da yüksək nəticələr göstərmiş təcrübəli idmançıdır. Artıq 10 ildən çoxdur ki, idman dünyasının zirvəsindədir və bu müddətdə sarsılmaz zəhmətsevərliyi və pozitiv enerjisi ilə tanınır.
Onun devizi – “xoşbəxt, amma ac” (happy but hungry) – həm fiziki gücü, həm də motivasiyası ilə insanlara ilham verir. Noah üçün fitnes sadəcə məşq deyil, sevinc dolu bir yolculuqdur, və o, başqalarını da bu ruhu paylaşmağa çağırır.
Noah Ohlsen üçün Red Bull Gym Clash sadəcə yarış deyil — bu, fitnesin insanları birləşdirən ruhunu və dostluğu qeyd edən bir bayramdır.
“Ohlsen deyir ki: “Red Bull Gym Clash hər kəs üçündür. Fitnes yolunda olan hər kəsin bir zalı, məşq yoldaşı və ya səylərini paylaşdığı bir qrup insan olur. Red Bull Gym Clash məhz bu birliyi və fədakarlığı qeyd edir.”
Bu tədbir bütün səviyyələrdəki idmançılar üçün nəzərdə tutulub. Komanda əsaslı tapşırıqlar və əyləncəli atmosfer zal ruhunu, gücü və birliyi nümayiş etdirmək üçün mükəmməl fürsət yaradır.
Red Bull Gym Clash üçün necə hazırlaşmaq olar?
Red Bull Gym Clash-a hazırlaşmaqdan danışarkən, Ohlsen məşqlərdə çoxşaxəliliyin vacibliyini vurğulayır.
O deyir: “Gym Clash üçün ən yaxşı hazırlıq — güc və funksional dözümlülük üzrə müxtəlif hərəkətləri birləşdirməkdir. Yəni çəki qaldırma, kardio və bədən çəkisi ilə məşqlər.”
Məsələn:
- Squat hərəkətlərinin fərqli növlərini (arxa, ön, overhead) həm ştanqa, həm də dambıl ilə məşq et.
- Kardio üçün müxtəlif alətlərdən istifadə et — rower, qaçış trenajoru, velosiped və ya ski erg.
- Bədən çəkisi ilə məşqlər et: burpee, lunge, push-up və pull-up.
Ohlsen-in sözlərinə görə, bu hərəkətlərin müxtəlif versiyalarını müntəzəm məşq etməklə, Red Bull Gym Clash-in qarşına çıxara biləcəyi istənilən çətinliyə hazır olacaqsa
Məşqlər nə qədər intensiv olsa da, Ohlsen iştirakçılara avadanlıq məsələsində sadəliyi qorumağı xatırladır.
O deyir: “Gym Clash üçün əsas lazım olan avadanlıq — sənin bədənin! Qaçış və ağırlıq qaldırma üçün fərqli ayaqqabılar, bəlkə bir çəki kəməri və bilək sarğıları kifayət edər. Və əlbəttə ki, soyuq bir Red Bull tövsiyə olunur!"
Komanda quranlar üçün Ohlsen strateji yanaşmanı və pozitiv abu-havanı birləşdirməyi tövsiyə edir.
“Əgər mən komanda seçsəydim, əvvəlcə adətən birlikdə əyləndiyim üç nəfəri seçərdim. Yarış olsa da, bu, əyləncəli olmalıdır və xoş abu-hava adətən daha rahat çıxışa səbəb olur.”
Amma əyləncədən əlavə, balans da əsasdır. “Hər kəs kifayət qədər çoxşaxəli olmalıdır, amma komandada biri gücdə, biri kardioda, digəri isə bacarıqda ixtisaslaşsa, birlikdə dayandırılmaz dördlük yaranacaq.”
Və əgər Noah Ohlsen-in yaxşı bildiyi bir şey varsa, o da fitnesi həm əyləncəli, həm də ilhamverici şəkildə yaşamağı bacarmasıdır.
Bu hekayənin bir hissəsi