Birincilik siyahılarında hip-hop musiqi janrı digər musiqi janrlarından daha üstün pillələrdə yerləşir və ən başlıcası digər musiqi janrlarına qarışmaqda davam edir. Dr.Dre, Lil Kim, Foksi Braun və Neyt Dogg kimi öncüllər bu musiqiyə yeni gələnlərə yol açdı və bu gün eşitdiyimiz mahnılara təsir göstərməkdə davam edirlər. Bəziləri düşünür ki, sənətçinin və ya mahnının məşhurluğu onun internetdə paylaşılmasından, gecə klublarında səslənməsindən və verdiyi mesajdan asılıdır. Digərləri isə sənətçinin və ya mahnının məşhurluğunu onun ümumilikdə musiqinin inkişafına göstərdiyi təsiri ilə ölçür.
Bəs 2010-cu ildən bəri hansı sənətçilər və mahnılar hip-hopun inkişafına əhəmiyyətli dərəcədə təsir göstərmişdir? Biz musiqiçilərdən, prodüserlərdən, DJ-lərdən və musiqi sahəsində digər yaradıcı insanlardan son 10 ilin ən məşhur mahnıları haqqında məlumat aldıq. Sizə Kanye West, Kendrick Lamar, Azealia Banks and Drake kimi musiqiçilərin iştirak etdiyi onilliyin ən məşhur 13 hip-hop mahnısı sorğunu təqdim edirik.
This is America - Childiş Gambino (2018) və Poetic Justice - Kendrik Lamar (ft. Drake) (2013)
Yaradıcı iş adamı Christina Cheng (Scarborough/Toronto, ON) tərəfindən seçilmişdir
Bu o qədər çətin sual idi ki. Mən seçim etməkdə çətinlik çəkdim.
Childish Gambino - This is America (2018): Nədən başlamalı olduğumu bilmirəm. Bu mahnıdakı mesaj və vizual effektlər çox dərin, çox ağır və çox mühümdür. Rejissoru Atlantalı Hiro Murai olmuş bu videoda qaranlıq məqamlar çoxdur. “This Is America” mahnısı Amerika tarixi və pop mədəniyyəti ilə əlaqəlidir. Burada Amerikanın silah zorakılığı da, xor da, Cim Kraunun duruşu da, arxa plan elementləri də kəskin mənaya malikdir. Hadisələri nəql edən bunun kimi mahnılar gələcəyi müsbətə doğru dəyişə bilər (əsasən də narkomaniya və narkobiznes sahəsində).
Kendrik Lamar - Poetic Justice (ft. Drake) (2013): Köhnə məktəbin təmsilçisi kimi mən Canet Ceksonun 1993-cu il "Anytime, Any Place" mahnısının Kendrik Lamar tərəfindən "Poetic Justice"-də sınanmasını çox yaxşı qarşıladım. Bundan əlavə, 1993-cü ildə Canet Cekson və (dünyasını dəyişmiş) Tupak Şakurun iştirakı ilə çəkilmiş "Poetic Justice" filmi mənim ən çox sevdiyim filmlərdəndir. Daha dəqiq desək, mən Lamarın filmin müxtəlif hisslərinə istinad etməsini bəyənirəm. Məs., filmdə Canet Cekson öz itkisini unutmaq üçün şeir yazır. Mahnıda isə Kendrik bu qadını qiymətləndirmək üçün şeir yazır.
Bu yalnız mənim fikrim deyil. Mahnını dinləyəndə mən düşünürdüm ki, mahnıda məni vəsf edir. Lakin Kendrik onu dinləmək istəyən qadına yazır. O yalnız qadının xoşuna gələcəyi və ozünü yüksəklərdə hiss etdirəcəyi sözləri deyir. Onun sayəsində qadın özünü qadın kimi hiss edir. Həmçinin o, qadınların keçdikləri sınaqlar haqqında da yazır (rəfiqələrinə zəng edib sevgilisindən qeybət qırmaq kimi). Bir sözlə, bu mahnıda o çox qabiliyyətlidir :-)
Versace - Migos (2013)
Prodüser Frank Dukes tərəfindən seçilmişdir (Toronto, ON).
Bu mahnı hər kəsin 2010-cu illərdə qoşulduğu tam yeni bir rep üslubunu meydana gətirmişdir.
Kendrick Lamar - Backseat Freestyle (2012)
Bare Selection və ISO Radio-nun həmtəsisçisi və Genesis Sound Inc-nin təsisçisi Freeza Chin (Toronto, ON).
IMO Kendrikin hər cəhətdən, yəni performans, bəstəkarlıq, təsirlilik və s. cəhətlərdən son 10 ilin ən yaxşı reperi olması şübhəsizdir. m.A.A.d city albomu meydana gəldikdə mən onun bir şah əsəri olduğunu və heç nəyin bu cür səslənmədiyini düşündükdə yanılmadım.
"Backseat Freestyle" “yeni rep məktəbi” elementlərindən istifadə edən və repə müasirlik gətirən mahnılardan idi: güclü 808 bas və qulaqlarının çox yaxınlığında imiş kimi səslənən zərb alətləri – bir sözlə, onunla əlaqədar hər şey HARD dərəcəsindədir. O, albomla qastrol səfəri zamanı Torontoya gələndə Tre Mission ilkin mərhələdə çıxış edirdi, mən isə Tre üçün DJ rolunu aparırdım. Şou Sound Academy-də (indiki Rebel) təşkil olunmuşdu və Kendrik Backseat Freestyle mahnısını ifa etməyə başlayanda səhnənin çökəcəyini düşündüm. Belə bir izdiham və gənclərin cuşa gəlməsini mən heç zaman görməmişim. Bunu mən heç zaman unutmaram.
Demək olar ki, Dreykin bütün mahnıları
Müğənni və bəstəkar Jessie Reyez (Toronto, ON) tərəfindən seçilmişdir
Dreykin son 10 il ərzində musiqiyə, əsasən də hip-hop musiqinə verdiyi töhfə şübhəsiz çox böyük olmuşdur. Həmçinin məndədə, Torontoda anadan olduğum üçün, yerlibazlıq hissi yaranmışdır. Lakin bu hiss işimə müdaxilə edə bilməz. Bu qədər yaxşı mahnılar arasında düzgün seçim etmək çox çətindir. Dreyk oyununda köklü dəyişikliklər etdi. O, reperlərin mahnı oxuyub rep deməsini "mədəni" cəhətdən məqbul hala saldı. Onu müəyyən qaydaya uyğunlaşdırdı. Bilirəm ki, buna, həmçinin Neyt Dogg da məhdud çərçivədə nail olmuşdur, Dreyk isə bunu daha qlobal halda etdi, Dreyk onu məşhulaşdırdı.
2 B’s (Danny Glover) – Young Thug (2014)
Bare Selection, ISO Radio Josephine Kruz (Toronto, ON) tərəfindən seçilmişdir.
Düşünürəm ki, 10 illiyin ən güclü və təsirli hip-hop mahnısı Young Thugın ifa etdiyi "Danny Glover" mahnısıdır. Zənnimcə, bir neçə səbəbdən bu mahnıya hip-hop mədəniyyətində dəyişiklik nöqtəsi demək olar. Birincisi, mahnı haqqında mən İnstagramdan məlumat aldım. 2019-2020-ci illər üçün bu normaldır, musiqinin bu cür tapılması əvvəlki dövrə nisbətən isə bir yenilikdir.
Güman edirəm ki, bu, mənim Kanye pərəstişkarlığımın ən yüksək nöqtəsi oldu (Yeezus albomu çıxdıqdan sonra). Bir dəfə mən instagramda Kanyenin Paris Dəb Həftəsində "Danny Glover" mahnının sədaları altında oynaması videosunu izlədim və bu, mənim çox xoşuma gəldi. Sonralar mən yalnız bu rəqs və Thugger haqqında düşünə bilirdim. Mən onun qəribə, melodik, gur səsini unuda bilmirdim. Bu səs sanki gələcəyin səsidir. Səhv etmirəmsə, bu mahnını o cəmi səkkiz dəqiqə ərzində yazmışdır. Bu məlumatı mən haradasa oxumuşam. Diqqət yetirsəniz, hal-hazırki reperlərin demək olar ki, hər birində onun təsirini görərsiniz: geyim üslubunda, oxuma tərzində və hətta improvizə etməsində belə. Əyləncə gecələrində lazımi anda səsləndirildiyi zaman "Danny Glover" hələ də insanları cuşa gətirir, onlara enerji verir, onların ağlını başından alır.
Miss Me - Drake ft. Lil Wayne (2010)
Golden Child Inc-nın həmsahibi və Daniel Caesar, Charlotte Day Wilson and Sean Leon kimi müğənnilərin meneceri və prodüseri Matthew Burnett (Toronto, ON) tərəfindən seçilmişdir.
Öz seçimimə aydınlıq gətirməzdən əvvəl qeyd edim ki, son 10 ildə hip-hopun inkişafına töhfə vermiş mahnıların sayı çox olduğundan, onlardan hansısa birini seçmək çox çətindir. Onlardan birinin seçilməsi zəruri olduğu halda mən məhz Miss Me mahnısını seçərdim. Zənn edirəm ki, mahnının təsirli olması onun kütləviliyinə bağlı deyil. Mahnın təsirli olması onun müəyyən musiqi üslubunun inkişafına nə dərəcədə töhfə verməsindən və onun yaranmasının səbəblərindən asılıdır. Dreyk ötən onilliyin çox məşhur (ən məşhur desəm, yanılmarıq) hip-hop üslublu mahnı ifaçılarından biridir. O, bütün səsləndiyi dövrdə inkişaf edən hip-hop üslublu musiqini məşhurlaşdırdı. Rep şeirləri daha musiqili, zərif, yaxın və ahəngdar oldu (həm lirika, həm də musiqi cəhətdən).
"Miss Me" bütün bunların gözəl bir nümunəsidir. Düşünürəm ki, musiqiyə öz töhfəsini verməklə bu mahnı onun öz DNT-sinin bir hissəsini hip-hop üslublu musiqinin inkişafı üçün istifadə etməsinə çox güclü təkan verib.
New Slaves - Kanye West (2013)
Prodüser My Best Friend Jacob (Dartmouth, Nova Scotia) tərəfindən seçilmişdir.
Bütün dünya ekranlarında göstərilən videoçarxa baxanda və o sözləri dinləyəndən sonra mən hip-hop mühiti və onun verdiyi mesajlara tamamilə başqa gözlə baxmağa başladım. Bugünün mənzərəsinə baxarkən, mən Kanyenin irqçilik və sosial standartlara qarşı mübarizə aparmaq cəsarətinin digər müğənnilərin öz dərisinin qara olmasını ifadə etməsinə müsbət təsir göstərməsini anlayıram. Mən əmin deyiləm ki, kiminsə dialoqu dəyişmək və yaşadığımız dünyaya şüurlu sürətdə irqçilik dünyası kimi baxan mənim tək dinləyiciləri ələ almaq cəhdi olmadan "To Pimp A Butterfly" albomu tək albom yaranacaq.
“New Slaves” və Yeezus boyunca o, dinlənilməyənlərin hekayəsini əsəbi və bəzən də qıcıqlı səslə danışır. Bu səs mənə "Fear Of A Black Planet"-də çoxlu sayda haqqı tapdalanmışın səsini xatırladır. Kompozisiyanın quruluşu Vestin məhz sənin üstünə qışqırırmış kimi təsəvvür yaradır: uzun müddət dinlənilməyən qaradərililər özlərini məhz belə hiss edir.
2010-cu ilin əvvəllərində mən elə hesab edirdim ki, səsi olmayan insanlara yeni hip-hop yaratmağa imkan verməklə biz hip-hopun ayrılmaz bir hissəsini itirdik. Lakin bu heç də belə deyil. Zənnimcə, bəziləri üçün qıcıqlandırıcı və kobud olsa da, "New Slaves" bizim növbəti illərdə yenidən hip-hopla bu real problemlə mübarizə aparmağa başladığımız anın qığılcımı oldu.
Alright - Kendrick Lamar (2015)
Exclaim! jurnalının Hip-Hop redaktoru Erin Lowers (Toronto, ON) tərəfindən seçilmişdir.
Bu mahnı xüsusilə də qaradərili Amerikalıların öz gündəlik həyatlarında rast gəldikləri ictimai və siyasi çəkişmələr, travma və ağrılarla dolu məqamları əks etdirir. To Pimp A Butterfly və ondan əvvəl çıxan Jay-Z və Kanye Vest-in Watch the Throne albomunun bu sahədə daha çox səs-küyə səbəb olmasına baxmayaraq, bu mahnı yeni nəsli reperlərin həyatın bütün sahələrində baş verənlərdən narahat və məyus olduqlarını ifadə etməsinə yol açdı.
İzdihamlı səhnələrdə və ya siyasi çıxış zamanı oxunmasından asılı olmayaraq, hətta azadlığı bayram etdiyimiz zaman belə "Alright" mahnısı bizə düşünməyi vadar edəcək və ağrı hiss edəcək qədər güclüdür.
Yonkers - Tyler, The Creator (2011)
DJ və təşkilatçı Nino Brown (Toronto, ON) tərəfindən seçilmişdir.
Libra DJ üçün bu çox çətin sualdır. Bu mahnı haqqında bir neçə söz – döyüntü, axın, obraz, xarizma, narahatlıq mənim üçün çox təsirlidir.
Hot N*gga - Bobby Schmurda (2014)
Müğənni və bəstəkar Prado (Vancouver, BC) tərəfindən seçilmişdir.
İnternetdə tez yayılan bu videoçarxı görən gün mən məktəb bufetində oturub öz iPodumda Twitter proqram tətbiqində küçələrdə dolaşan bu yeniyetmə oğlanı axtarırdım. Öz ağ zəminli baş geyimini havaya atdıqdan sonra hər kəs həmin baş geyimin haraya düşməsi ilə maraqlanırdı. Twitter-də özündə musiqi və pop mədəniyyətini birləşdirən internet tez yayılan meme yox idi. Məktəbin dəhlizində bir neçə həftə ərzində eşitdiyim yalnız "Bir həftə əvvəl" ifadəsi idi.
Dizayner dəbi dövründən çıxaraq, hip-hop qüruru da, qeyri-müəyyənliyi də Kanye Vest, A$AP Mob və bir çox digər əsas reperlər sayəsində inkişaf etdi. Nyu Yorkun Bruklin rayonundan olan gənc bir repçi musiqini və internet hekayələrini ən təmiz, ən qatqısız şəkildə yaradırdı. İnternetdə yerləşdirib layk qazanmaq və ya haypa səbəb olmaq məqsədi yox idi. Bu video Bobbynin idi. Bu onun Amerika qaradərili gənci kimi yaşayış tərzi idi. Bir neçə il keçdikdən sonra biz qaradərililərə qarşı polis vəhşiliyinin və zorakılığın bir partlayışını gördük. Bu məqam, həmçinin Twitterdə də dərc olunmuşdu. 2010-cu illərdə Bobbinin albomunun qara mədəniyyətə və hip-hop mədəniyyətinə etdiyi təsir son dərəcə güclü və bənzərsiz olmuşdur. 2020-ci ildə Bobby Schmurdanın yeni albomunun çıxacağı gözlənilir. Biz onun uğurlu karyera quracağından və yeni maraqlı əsərlər yaradaraq gələcək onilliyin hip-hopunda layiqincə təmsil olunacağından əminik.
Hotline Bling - Drake (2016)
Rapseason/Ink Entertainment şirkətinin direktoru Jonathan Ramos (Toronto, ON) tərəfindən seçilmişdir.
Bu, üç və ya dörd mahnıdan hər hansı biri ola bilər, amma onların hamısının ortaq cəhəti var: Dreyk. Mən seçməli olsam (bu olduqca çətin tapşırıqdır), Hotline Bling mahnısını seçərəm. Torontodan olduğum üçün mahnının tam şəkildə müstəqil olduğunu hiss etdim. İlk əvvəl loosie şəklində buraxılmış bu mahnın mənim üçün xüsusi dəyərlidir. Belə ki, onun prodüserliyi Nineteen85 tərəfindən edilmişdir, videonun memesi isə Director X (mən onun dostu və pərəstişkarıyam) tərəfindən hazırlanmışdır. Bunların hamısı birlikdə Toronto üçlüyünü təşkil edir.
İnternetə düşdüyü gündən bir neçə ay ərzində hər məkanda bu mahnı səslənirdi: klublar, mağazalar, maşınlar, onlayn - hər yerdə. Dreykin bir çox digər mahnılarıtək uğurlu olub, Qremmi, AMA və digər mükafatları qazanması onu daha da məşhurlaşdırdı və mənim qürurlu olmağıma (bu artıq mənim üçün adi hissdir) səbəb oldu. Hətta bu mahnının şöhrətinin azalması düşünüldüyü zaman belə o, Views albomunda bonus mahnısı kimi təqdim olunur.
Runaway - Kanye West (2010)
Saintwoods-da tərəfdaş Zach Macklovitch (Montreal, Quebec) tərəfindən seçilmişdir.
Kanye Vestin VMA-da Runaway mahnısını oxumasını heç zaman unutmaram. Mən Kanye Vestin böyük pərəstişkarıyam, əmimin oğlu artıq bir neçə ildir onun DJ-dir. Mən onun yaradıcılığını, mahnılarını College Dropout musiqi albomunun işıq üzü görməsindən sonra izləyirəm. Bu albomun buraxılması ilə bağlı yaranmış səs-küy mərhələsinin bitməsindən sonra Vest özünün 808s & Heartbreaks albomunu buraxır. Bu çox cəsarətli bir addım idi, lirikaya üstünlük verilmişdi. Bəzi insanlar bu keçidi başa düşmədilər. Bir müddət gözdən itdikdən sonra o, G.O.O.D. Friday mahnisı, daha sonra isə My Beautiful Dark Twisted Fantasy albomu ilə yenidən gündəmə gəldi.
Kayne Vestin qırmızı kostyumda, qırmızı Louis Vitton idman ayaqqabısında, mikrofon və ritm-kompüter aləti ilə VMA səhnəsinə çıxmasını gördükdə hər birimiz nələrinsə baş verəcəyini anladıq. Runaway mahnısını və albomu müğənnilərin və brendlərin indiki durumunu müəyyənləşdirdi. Bəziləri bunu dəblə, musiqi videosu və o zaman onunla işləyənlərin böyüməsi ilə əlaqəndirir. Əhəmiyyət kəsb edən yalnız bir məqam var: bu mahnı ötən onillikdə hip-hopla bağlı baş verən ən əhəmiyyətli hadisədir.