Orxan Şahbazov
© Orxan Şahbazov

Orxan Şahbaz: Yaradıcılıq, Strategiya və Fərqli Düşüncənin Gücü

Orxan Şahbazın düşüncə tərzini və marketinqə yanaşmasını daha yaxından tanımaq üçün videoya keçid et.
Red Bull tərəfindən yazılıb
2 min readPublished on

25 dəq.

Orxan Şahbaz: Yaradıcılıq, Strategiya və Fərqli Düşüncənin Gücü

Marketinq təkcə reklam deyil - bu, dünyaya baxış bucağı, insanı oxuma sənəti və davranışların arxasındakı gizli mexanizmləri duya bilmək qabiliyyətidir. Azərbaycanda bu sahədə özünəməxsus iz buraxan, həm düşüncəsi, həm də üslubu ilə seçilən simalardan biri Orxan Şahbazdır.
1992-ci ildə Bakıda dünyaya göz açan Orxan Şahbaz, biznes idarəetməsi və marketinq sahəsində akademik təhsilini uğurla tamamlayıb. Odlar Yurdu Universiteti ilə USA Lincoln Universitetinin ikili diplom proqramı çərçivəsində əldə etdiyi BBA dərəcəsi ona nəzəri bilikləri praktiki düşüncə ilə birləşdirmə imkanı verib. Peşəkar fəaliyyətinə şəxsi inkişaf və yumşaq bacarıqlar üzrə təlimlər verməklə başlayan Orxan Şahbaz, 2016-cı ildən etibarən minlərlə insanın faydalandığı seminar və çıxışlarla geniş tanınıb.
Fərdi inkişaf, kommunikasiya, liderlik və motivasiya mövzularında müxtəlif auditoriyalarla açıq və səmimi dildə ünsiyyət qurub. İllər keçdikcə fəaliyyət istiqamətini marketinq, idarəetmə və sosial psixologiya sahələrinə doğru genişləndirən.
Orxan Şahbaz, 2022-ci ildən qurucusu olduğu Beyinix Marketinq Agentliyi vasitəsilə şirkətlərə və fərdi şəxslərə brend strategiyası, sosial media inkişafı və marketinq həlləri təqdim edir. Onu başqalarından ayıran ən mühüm cəhət marketinqə sırf satış aləti kimi deyil, insan davranışını, seçim dinamikasını və ruhunu anlamağın bir yolu kimi yanaşmasıdır. Sosial mediasında aktiv həyat tərzi, fəlsəfə, ictimai məsələlər və marketinq mövzuları onun kontentinin əvəzsiz bir parçasına çevrilib.
Orxan Şahbaz həm də “ZİDD” kitabının müəllifidir. Həm əsərinin səhifələrində, həm də çıxışlarında eyni mesaj qabarıq hiss olunur: öz sərhədlərini sorğula, köhnə qəlibləri qır və daxilindəki gizli gücü kəşf et. Velosiped sürmək, fitnes, təbiət gəzintisi və vloq yaratmaq onun yalnız hobbisi deyil, həyata baxışının canlı təcəssümüdür. Həyat fəlsəfəsini isə iki sözdə ifadə edir: Causa sui - öz səbəbinin özü olmaq, bir sözlə öz taleyinin yaradıcısına çevrilmək.
Bu gün Orxan Şahbaz həm yeni nəslin sahibkarları, həm də mövcud çərçivələrin xaricində düşünməyə cəsarət edən gənclər üçün əsl ilham qaynağına çevrilib.