Hazal Nehir
© Samo Vidic / Red Bull Content Pool
Parkur

Parkur və Sərbəst Qaçış arasında hansı fərqlər var?

Yəgin ki, hamımızın qarşısına binaların üstündən tullanan, bir göz qırpımında hündür divarlara dırmaşan insanların videoları çıxıb. Parkur ya Sərbəst Qaçış? İndi bu sualların cavabını tapacıq.
Kənan Əhmədzadə tərəfindən yazılıb
3 min readPublished on

Sürət ilə fəndlərin birləşdiyi sənət

Parkur ilk Fransada yaranıb, və daha bütün dünyaya yayılıb

Parkur ilk Fransada yaranıb, və daha bütün dünyaya yayılıb

© Rutger Pauw/Red Bull Content Pool

Son 20 ildə bu iki idman növü gənclər arasında çox məşhurlaşıb. Jason Paul, Hazal Nehir, Didi Alaoui kimi atletlərin viral videoları hamıda bu sahəyə maraq oyadıb. Bu videoların ən bilinənlərindən biri də Paul-un Münhen Hava Limanında təyyarəyə çatmaq üçün etdiyi Sərbəst Qaçış idi.
Kənardan baxan biri üçün bənzər görünə bilər amma əslində iki sahə arasında fərqlər mövcuddur. Bəs bu fərqləri ən doğru şəkildə kimdən öyrənə bilərik? Əlbəttə ki, bir çox idmançının karyerasında rol oynayan Red Bull Art of Motion-un idman direktoru Nico Wlcek-dən. Gəl indi birlikdə məsələni araşdıraq!

Hər şey hərbidən başladı

Bakıda Parkur

Bakıda Parkur

© Samo Vidic/Red Bull Content Pool

Parkur əvvəllər hərbi təlim kimi yaranmışdı. Əsas məqsəd o idi ki, a nöqtəsindən b nöqtəsinə səmərəli və sürətli şəkildə gedəsən. O zamanlar sadəcə qaçmaq, tullanmaq və maneələri aşmaq lazım gəlirdi.
Bəs indi vəziyyət necədir? Nico Wlcek deyir ki, bu sahə hərbidən uzun müddətdir ayrılıb. Parkur artıq idman, mədəniyyət, həm də sənətin bir formasına çevrilib. Sadəcə parkur adı o qədər məşhurlaşıb ki, insanlar Sərbəst Qaçışa da Parkur deyir, bəzən də əksinə.

Sərbəs Qaçışın yaranma səbəbi nə idi?

Parkur Oyunu

Parkur Oyunu

© MLMEDIA

Parkur sürətli və effektiv olma istiqamətində ciddi şəkildə inkişaf edirdi. Bu yanaşma isə təbii olaraq başqa bir qolun yaranmasına yol açdı. Qeyd olunan səbəblərə görə Sébastien Foucan buna beynəlxalq bir ad vermək qərarına gəldi: Sərbəst Qaçış. Yeni ad yaradıcılığa daha çox imkan tanıyır, daha az qayda ilə daha fərqli hərəkətlər etməyə imkan yaradırdı.
Əvvəlcə fliplər (havada çevrilmələr) gəldi. Sonra idmançılar hərəkətlərə tvistlər (fırlanmalar) əlavə etdilər. Nəticədə, indiyə qədər Parkurda görülməmiş, gözə daha xoş xitab edən stillər ortaya çıxdı.
Art of Motion kimi yarışlarda gördüyümüz Sərbəst Qaçışın mahiyyəti budur: yaradıcılıq, şou və estetik hərəkətlərin birləşməsi.

Bəs hələ də iki sahəni ayıran fərqlər mövcuddur?

Sidney Opera Evində parkur

Sidney Opera Evində parkur

© Andy Green/Red Bull Content Pool

Nico Wlcek deyir ki, 5 il əvvəl fərqlər daha dəqiq idi, amma indi hər şey yenidən bir-birinə qarışıb. İnsanlar artıq hamısına Parkur deyirlər.
Məsələn, dağdan sürüşməyə bir adla, “snowboard” parkında fəndlər etməyə başqa bir adla səslənmirik. Hər ikisi “snowboard” sayılır. Nico Wlcek istəyir ki, bu mədəniyyət tək bir ad altında yenidən birləşsin. Adın nə olacağını bilmirik, amma əsas məsələ bir yerdə təmsil olunmaqdır.

Sərbəst Qaçış Parkurdan daha maraqlıdır?

Parkur 5

Parkur 5

© Motasem Awad

Bir çoxları Sərbəst Qaçış üçün mənəvi, ruhani sözlərini işlədir. Edilən fəndlərin bir növ idmançının ruhunu təmsil etdiyindən danışılır. Lakin Nico Wlcek deyir ki, fərq daha çox hərəkətin stilindədir. Parkurda fokus daha çox effektivliyə, sürətə və texnikaya yönəlib.
Məsafəni qısa zamanda qət etmək əsas götürülür. Sərbəst Qaçışda isə fəndlər, hərəkət ardıcıllığı və yaradıcılıq çox böyük rol oynayır. Burada təkcə məsafəni tez qət etmək yox, havada necə göründüyün, nə hiss etdiyin də önəmlidir.
Sərbəst Qaçışda bir fənddən digərinə keçid də gözəl olmalıdır, yəni hərəkətlər arasındakı əlaqə vacib bir məqamdır.

Qərarı sən ver

Artıq bilirsən ki, Parkur daha çox effektivlik, Sərbəst Qaçış isə yaradıcılıq və şou deməkdir. Amma unutmayaq ki, aradakı sərhədlər getdikcə yoxa çıxıb. Bəs səni hansı daha çox cəlb edir: sürət, yoxsa yaradıcı hərəkətlər?