Qaçışa yaxşı təsir edən yoqa növləri
© Romina Amato / Red Bull Content Pool
Kəşf Et

Qaçışa yaxşı təsir edən yoqa növləri

Bu yoqa növləri ilə məşğul olsan, qaçış zamanı özünə heyran qalacaqsan. Məqaləni oxuyaraq sənə hansı yoqa növünün daha yaxşı təsir etdiyini kəşf et!
Gülnur Ələkbərova tərəfindən yazılıb
3 min read tarixində nəşr olunub
Bildiyin kimi, yoqanın bədənə faydaları saymaqla bitməz. Hətta həyatımızda xüsusi yerə malik olan yoqanın bir neçə növü mövcuddur ki, qaçışı sevənlərin köməyinə çatacaq! Qaçış zamanı səni bir addım önə atacaq bu yoqa növləri ilə mütləq tanış olmalısan!

Yoqa və qaçışın harmoniyası

Yoqa və qaçışın harmoniyası

Yoqa və qaçışın harmoniyası

© Samo Vidic / Red Bull Content Pool

Qaçış və yoqanı tamamilə iki fərqli dünya kimi düşünə bilərsən. Ancaq bir az yaxından müşahidə etsən, bu iki fəaliyyətin bir-birini necə tamamladığını görəcəksən. Qaçış və yoqa çeviklik, tarazlıq və zehni fəaliyyətin gücləndirilməsi kimi elementləri özündə birləşdirərək bədənə müəyyən müsbət təsirlər yaradır. Elə isə gəl yoqanın qaçışa təsir etdiyi bu müsbət yönləri birlikdə kəşf edək!

Hatha yoqa: balansın təməli

Hatha yoqa: balansın təməli

Hatha yoqa: balansın təməli

© Paris Gore / Red Bull Content Pool

Hatha yoqa xüsusi nəfəs alma texnikaları ilə edilir. Bu yoqa növü sənə bədənini gücləndirməyə, elastikliyini artırmağa və nəfəs alma qabiliyyətini yaxşılaşdırmağa kömək edir. Bu yoqa sanki bədənində xüsusi enerji hissi yaradır. Hatha ilə qaçışçıdan öncə bu xüsusi nəfəs alma texnikalarına diqqət yetirərək bədənini gücləndir. Addım-addım nəfəs almaq texnikasını işlə, eyni zamanda əsas balansı qoru və yoqanın dərinliklərinə səyahət et. Hatha yoqa ilə qaçışda tarazlıq və dözüm əldə etməklə yanaşı, daxili rahatlıq da tapacaqsan.

Vinyasa yoqa: koordinasiya və çeviklik

Vinyasa yoqa: koordinasiya və çeviklik

Vinyasa yoqa: koordinasiya və çeviklik

© Freepik.com

Vinyasa yoqa sənə hərəkət və tənəffüsün bir arada olduğu təcrübə təqdim edir. Qaçışçılar üçün addım-addım koordinasiyanı təkmilləşdirərkən bu yoqa növü sənə elastikliyini və çevikliyini artırmağa kömək edir. Həmçinin dözümlülüyünü artıraraq tənəffüs nəzarətini də gücləndirir. Vinyasa zehni diqqəti yaxşılaşdırmaqla yanaşı, qaçış zamanı daha diqqətli və hazırlıqlı olmağına səbəb olur. Həm fiziki, həm də zehni faydaları olan bu maraqlı yoqa növünü sınamağa nə deyirsən?

Yin yoqa: dartılma və elastiklik

Yin yoqa: dartılma və elastiklik

Yin yoqa: dartılma və elastiklik

© Desiré van den Berg / Red Bull Content Pool

Qaçış çox vaxt əzələlərdə gərginliyə səbəb ola bilər və Yin yoqa bu gərginliyi aradan qaldırmaq və elastikliyi artırmaq üçün idealdır. Qaçışçılar üçün ideal yoqa növü olan Yin, dərin dartınma pozaları vasitəsilə əzələlərə yumşaq şəkildə gərginlik tətbiq edir. Yin yoqanın sakit atmosferi qaçış zamanı stresi azaltmaqla bədənini və zehnini yenidən balanslaşdırmağa kömək edir. Bu yoqanı edən zaman özünü həm buludların üzərindəymiş kimi hiss edəcək, həm də zehni rahatlıq tapacaqsan. Elastikliyi sevirsənsə, bu yoqa növü tam sənlikdir!

Kundalini yoqa: enerji və pozitivlik

Kundalini yoqa: enerji və pozitivlik

Kundalini yoqa: enerji və pozitivlik

© javi_indy / Freepik.com

Kundalini yoqa daxili enerjini sərbəst buraxmağı hədəfləyir. Qaçışçılar üçün olan Kundalini yoqa növünü mütəmadi olaraq etsən, enerjini artıracaq və stresə qarşı dözümlü olacaqsan. Kundalini yoqa daxili enerjini artırmağında sənə köməkçi olacaq. Bu da qaçış zamanı daha yüksək enerjiyə çatmağınla nəticələnəcək. Eyni zamanda, meditasiya və fokuslanma üsulları ilə qaçış zamanı stresin azalacaq, qaçışdan öncə xoş bir yoqa təcrübəsi yaşayacaqsan.

Aştanqa yoqa: güc və çeviklik balansı

Aştanqa yoqa: güc və çeviklik balansı

Aştanqa yoqa: güc və çeviklik balansı

© viarprodesign / Freepik.com

Aştanqa yoqa, güc və çevikliyi özündə birləşdirir. Bu yoqanı edərkən qaçışdan öncə həm əzələlərini gücləndirəcək, həm də elastikliyini artıracaqsan. Güclü və dinamik pozalar qaçışçılarda bədənini tarazlamağa və daha dözümlü olmağa kömək edəcək. Artan elastiklik isə Aştanqa yoqanın sənə verdiyi başqa bir faydadır. Bu yoqa təcrübəsi bədəni müxtəlif istiqamətlərə uzatmaqla əzələlərin elastikliyini artıracaq. Aştanqa yoqa növünün sənə qatdığı çevikliklə bərabər həm hərəkətliliyin artacaq, həm də mümkün zədə riskin azalacaq.
Qeyd olunan yoqa növləri ilə günün stresini və yorğunluğunu geridə qoyaraq növbəti qaçışa daha enerjili və hazır başla. Unutma ki, sağlam bədəndə sağlam ruh olar!