Musiqi
Musiqinin yaradılması üçün 7 proqram
Səni evdə musiqinin hazırlanması və redaktə edilməsi üçün proqram maraqlandırır? Biz buna dair sizin üçün qısa şərh hazırlamışıq.
Biz tez-tez, öz miksini necə hazırlamaq olar sualı ilə qarşılaşırıq. Gündən-günə, ev şəraitində musiqinin yaradılmasını təmin edən proqramlar inkişaf edir. Bu məqalədə, bir neçə populyar proqram haqqında danışacayıq!
1) MAGIX Samplitude Music Studio
Hətta yeni başlayanların da istifadə edə biləcəyi ən bəsit və funksional studiya. Məsələn, miksin yaradılmasından sonra ona keyfiyyət və səs vermək istəyirsənsə, bu studiya masterinq və qarışdırma üçün böyük spektr effektlərə malikdir.
2) FL Studio
Yalnız mikslərin qarışdırılması deyil, həm də nəticədə keyfiyyətli və layiqli materialın yaradılmasına imkan verən, tam funksionala malik olan miks yaradılması üçün ən populyar virtual studiyalardan biri. İlk başlayanların 90% məhz FL Studio-nu seçirlər. Çunki o, başa düşülən interfeysə malikdir, xüsusi termin və anlayışları bilmədən də istifadəsi asandır və həmçinin xeyli miqdarda quraşdırılmış plaqin və effektlər, tərkibindəki minlərlə presetlərin köməyi ilə sənin miks rəqiblərin mikslərindən daha yaxşı ola bilər.
3) Cakewalk SONAR
Mikslərin yaradılmasında istifadə edilən və heç də az tanınmayan Sonar – bu sahədə “pioner”-lərdən biri olan Cakewalk-dandı. Proqram keyfiyyətli mikslər üçündür və uzun müddətdir ki, professional DJ-lər tərəfindən set və kompozisiyaların yaradılması üçün istifadə edilir. İntuitiv şəkildə anlaşılan intyerfeysi (FL Studio-dan çox fərqlənməyən) günü gündən, yeni başlayanları özünə cəlb edir.
4) Steinberg Cubase
Professionallar arasında ən populyar proqramlardan biri. Analoqlarından ən başlıca fərqi- presetlərin manual quraşdırılmasıdır. Bu həm böyük uğura yol aça bilər, həm də “uğursuz” seçim ola bilər. Lakin uğursuzluq yalnız tələsikliyin nəticəsi ola bilər, çünki Cubase öz yaradıcılığına çox ciddi yanaşan insanlar üçün nəzərdə tutulub və səslə məhdudiyyətlər qoymadan idarə etməyə imkan verir.
5) Ableton Suite
Bu proqram da, redaktə, treklərin yaradılması və qarışdırılması üçün geniş funksionala malikdir. Yeni başlayanlar üçün interfeys mürəkkəb ola bilər, lakin yalnız başlanğıcda. Bir neçə saat istifadə - və sən mikslərin qarışdırılması üçün bundan yaxşı köməkçi tapa bilməzsən.
6) Presonus Studio One Pro
Əvvəllər Presonus şirkəti digər proqramlar üçün faydalı və maraqlı plaqinlər yaradardı, lakin anidən öz profillərini məhdudlaşdırmaq qərarına gəlirlər. Və təcrübədən də göründüyü kimi, bunu əbəs yerə etməyiblər. Studio One Pro-nun başlıca cəhəti, onun yalnız yaratmaq deyil, həm də mövcud olan miksləri redaktə etməsidir. Öz unikallıq və funksionallığına görə, proqram qısa müddətdə FL Studio ilə bir sırada durmağı bacardı. İlkin olaraq, böyük və keyfiyyətli funksionala, iri standart alət toplusu və hazır mikslərin sürət və keyfiyyətinə görə.
7) Propellerhead Reason 4
Musiqi yaradılması üçün dünyada ən populyar proqramlardan biri. Heç də səhv duymadız, məhz dünyada. Funksionllağına görə digər 6 proqramı sözün əsl mənasında geridə qoyur, amma mənfi cəhəti də var - mürəkkəbdir. Onunla professionallar, yəni FL studio da birdən çox mikslər yaradanlar və ya keyfiyyətli miks xətrinə “dağı dağ üstə qoyan” səbirli yeni başlayanlar işləyə bilir. İlk növbədə, bu funksionala görədir. Belə ki, funksional, analoq sintezavtorlar, semplerlər, siqnal qurğuları, sekvenserlər və mikşerlər quraşdırılmış trek sütununu təqlid etməyə imkan verir. Qorxunc səslənə bilrər, amma yalnız ilk çağlarda.